Kanadalı aktrisa, musiqiçi və səs aktyoru Samanta Vaynşteyn vəfat edib.
Medianews.az xəbər verir ki, məşhur 28 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
2013-cü ildə çəkilmiş “Kerri” filmindəki Hizer Şayres obrazı ilə tanınan aktrisa “Babar və Baduun macəraları” animasiyasında Çiku obrazını da səsləndirib.
2005- ci ildə Film Festivalında “Ən yaxşı qısa film” mükafatını qazanıb.
İki ildir yumurtalıq xərçəngi ilə mübarizədə məğlub olan Vaynşteynin ailəsi onun ölüm xəbərini rəsmi İnstaqram hesabından açıqlayıb.