Cümə, 2 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xiyar niyə əyri bitir

Zamin Hacı
25/05/2023 15:05
29
BAXIŞ
FacebookTwitterTelegram

“Tərtər işi” ilə bağlı məhkəmədə müttəhimlər və zərərçəkənlər daha iri çəkili günahkarların salona gətirilməsini, ifadə verməsini tələb ediblər. Deyirlər ki, əgər ordunun Baş Qərargah rəisləri (keçmiş və indiki), keçmiş korpus komandiri əmr, tapşırıq verməsə, bu işlər – işgəncələr, qanunsuz həbslər, ölümlər – olmazdı. Bir müttəhim leytenantın sözləri çox maraqlıdır: “İndiki halda elə çıxır gizirlər generallara göstəriş verirmiş”.

Bəli. Azərbaycanın əsas problemi elə bu cümlənin altında yatır. Qanun qarşısında hamı bərabər olmaqdansa, xüsusi seçilmiş, təyin edilmiş zümrələr, qruplar var, onlara adətən gözün üstündə qaşın var deyən olmur. Bütün sferalarda bu belədir, təkcə işgəncə monopoliyası yoxdur ki.

Bugünlərdə bir statistika oxudum, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyir Azərbaycanda 300 min işsiz var. Bu isə 5,5 faiz əhali eləyir. Əgər rəqəmə inansaq, belə çıxır hazırda ölkəmizin işsizlik səviyyəsi Almaniyadan (5,6 faiz), İspaniyadan (13,6), İtaliyadan (7,8), Portuqaliyadan (7,2), Finlandiyadan (7,9), Fransadan (7,1), İsveçdən (7,7) yaxşıdır. Çox ölkə saya bilərdim, bəsdir. Ümumən Avropa Birliyindən (6) irəlidəyik. İnanan daşa dönsün. Nəyə görə? Çünki bu dəqiqə az-maz iş elə daşyonanlar üçün var. Heykəl, qəbir daşı, səki qırağı kimi işlər üçün daş yonanlara ölkədə zərurət yaranmışdır. Başqa hansı iş var? Gənc insanları 300 manat maaşa dükanda satıcı işinə götürürlər, sutkada 14 saat, həftədə 7 gün kölə kimi işlədirlər.

Yeni iş yerlərinin regionlar üzrə bölgüsünə də baxanda acınacaqlı durum göz önündədir. Bu ilin ilk üç ayında təzə açılan işlərin 82 faizi Bakıdadır! Bu isə o deməkdir ki, region sürətlə boşalır, hamı paytaxta yığılır. Bakı seçilmişdir, bölgə kiçilmişdir. Bakıda pul var, bölgədə qul. Bakı “general”dır, bölgə “gizir”. Axırda günahı gizirin belinə şəlləyəcəklər.

Bölgə niyə boşalır? Çünki kənd təsərrüfatı tam monopoliyaya alınır. Sən qotur keçiyə verməyə ot tapmırsan, məmurun aqrokompleksinə dövlət büdcəsindən dotasiya ayrılır. Sən əl-üzünü yumağa su axtarırsan, məmurun camışları üçün göl salınır.

Aprel ayında çox maraqlı bir cinayət araşdırması olmuşdu. Təəssüf ki, heç kim ona diqqət ayırmadı. Halbuki yuxarıda yazdığım kimi, vəziyyətimizin açarıydı. Şeytan daha detallarda gizlənmir, ortada yallı gedir.

Cinayət işi bir gömrük generalına və onun bacanağına qarşı dələduzluq etmiş şəxs üçün açılmışdı. Adam generaldan 392 min manat, bacanağından isə 100 min dollar alıb, onlara Səbayeldə dəniz mənzərəli evlər satacağını vəd edib. Ancaq evi verməyib. Məhkəmə general və bacanağına ümumilikdə 562 min manat zərər vurulduğu qənaətinə gələrək həmin adama 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

“Oğrudan oğruya halaldır” ata sözü olan məmləkət üçün yanlış qərardır. Bəs milli mənəviyyat, mentalitet, adətlərə hörmət harada qaldı?

Mən yüz faiz əminəm ki, o məhkəmədə nə prokuror, nə hakim general və bacanağına bu sualı verməyiblər: “Yaxşı, bu kişinin sizi aldatdığını anladıq, bəs siz özünüz yarım milyon manatdan çox pulu haradan, hansı yollarla əldə etmişdiniz? Gətirin gəlir deklarasiyasını, maaşınıza-zada baxaq, görək bu pulu düzgün, qanuni yollarla əldə etməyiniz mümkündürmü?”

18 il cəza alası adamlar başqalarına 8 il cəza kəsir. Xiyar da ona görə əyri bitir və baha çıxır.

P.S. Əyri xiyar gübrə, su çatışmazlığının əlamətidir. Belə məhsulu almaq məsləhət deyil.

DAHA ÇOX OXU

export

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

02/06/2023 10:57
export

Etnoqrafik ulduzlar

02/06/2023 10:05
Cəmiyyət

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

02/06/2023 06:48
Dünya

Bayden yenə yıxıldı – VİDEO

02/06/2023 06:00
Flash

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun 12-də başlayacaq

02/06/2023 04:33
Flash

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib – FOTO, VİDEO

02/06/2023 04:02
SON XƏBƏR

Nagehan Alçı haqqında 14 il əvvəl yazılan yazı - "Xankəndiyə gəlib erməniləri öyən..."

Gənc qalmaq üçün oğlunun qanından istifadə edir - AĞLASIĞMAZ PROSEDUR

Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq

Xəbər lenti

Bu bürclər iyun ayında sevgilisiz qala bilərlər – XƏBƏRDARLIQ

02/06/2023 13:12

Azərbaycan İrana nota verdi

02/06/2023 13:10

Dostunu boğaraq cəsədini pəncərədən atdı

02/06/2023 12:51

Yaşa görə pensiyanın məbləği ARTIRILIR

02/06/2023 12:26

Trump özünü belə müdafiə etdi: “Mən hər şeyi düzgün etmişəm”

02/06/2023 12:05

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17

“Komedixana”dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR – FOTO

02/06/2023 11:07

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

02/06/2023 10:57

Rusiya prezidentinə AĞIR İTKİ

02/06/2023 10:47

Kirayə evlər UCUZLAŞIR: Hansı ərazilərdə? – VİDEO

02/06/2023 10:31

Günün ikinci yarısı yağış yağacaq – FAKTİKİ HAVA

02/06/2023 10:19

Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib

02/06/2023 10:06

Etnoqrafik ulduzlar

02/06/2023 10:05

Qadın sürücünün idarə etdiyi avtomobil sürüyə çırpıldı, özü isə… – DƏHŞƏTLİ QƏZA(VİDEO)

02/06/2023 09:57

Nüşabə Musayevanın qızı evlənir – FOTO

02/06/2023 09:40

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

02/06/2023 09:22

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

02/06/2023 09:03

Salyanda qandonduran hadisə: QƏBİRLƏRİ QAZIB…

02/06/2023 08:51

Tanınmış futbolçuya 400 milyon avroluq TƏKLİF – FOTO

02/06/2023 08:03

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

02/06/2023 06:48

Bayden yenə yıxıldı – VİDEO

02/06/2023 06:00

Türkiyədə yeni hökumətin tərkibinin açıqlanacağı tarix bəlli oldu

02/06/2023 05:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.