ABŞ-dakı restoranlardan birində satılan hamburgerin 12 min manata yaxın qiyməti var.
Medianews.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının Philadelphia şəhərində açılan Drury Beer Garden adlı restoran menyusuna daxil etdiyi hamburgerlə bazar qiymətlərini üstələyib.
Sözügedən hamburgerin tərkibində mal əti, kürü, truffle, lobster, yeməli qızıl və xüsusi növ çedar pendiri var.
Restoranın sahibi George Tsiouris verdiyi açıqlamada “Burgerlər bütün dünyada ən çox sevilən yeməklərdən biridir. Yeni menyu konseptimizlə qonaqlarımıza gözəl, kreativ və ləzzətli seçimlər təqdim etməkdən məmnunuq” – deyə qeyd edib.
Baha qiymətə satılan hamburger Twitter istifadəçilərinin də dilinə düşüb.
Medianews.az