Türkiyəli məşhur müğənni Kibariye mahnı ifa edərkən xoşagəlməz hadisə ilə üzləşib.
Medianews.az xəbər verir ki, Mersində konsert verən məşhur müğənni səhnədən yıxılıb.
Hadisə nəticəsində huşunu itirən Kibariye xəstəxanaya aparılıb. Səhiyyə naziri Fahrettin Koca da Kibariyenin sağlamlıq durumu ilə bağlı açıqlama verib.
Səhnəyə çıxmaq istəyən şəxsə mane olmağa çalışan mühafizəçilərin sərt zərbəsinə tuş gələn Kibariye müvazinətini itirib. Məşhur müğənni zərbənin gücü ilə səhnədən təxminən 2 metr hündürlükdən yıxılıb.
Xəsarət alan Kibariye əvvəlcə yaxınlıqdakı özəl xəstəxanaya, daha sonra Mersin Şəhər Xəstəxanasına aparılıb və orada müalicə olunub.
Kibariyenin yıxılma anları saniyə saniyə telefonunun kamerasına əks olunub.
Səhiyyə naziri Fahrettin Koca sosial media hesabından paylaşım edrək bunları yazıb: “Sənətçimiz Kibariye səhnədə baş verən xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin Şəhər Xəstəxanasında davam edir. O, bir müddət müşahidə altında saxlanılaraq evə buraxılacaq. Ona ən xoş arzularımızı çatdırır və yenidən aramızda görməyi ümid edirik”.
Medianews.az