Çərşənbə axşamı, 6 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Vahid mövqedə olmayan deputat

Zamin Hacı
26/04/2023 11:40
86
BAXIŞ
FacebookTwitterTelegram

Milli Məclisdə deputat Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında baxılmaq tələbi qoyulmuşdur. Deputat yoldaşları alovlu çıxış edərək Əhmədovun, pis çıxmasın, kəlləsini istəyirdilər. Deyir, mandatını alıb, lakin sakit durmur, orda-burda dövlətçiliyimiz əleyhinə müsahibə verir. (Eh, çoxdandır bu “mandatı almısan, sakit otur” yanaşması ilə rastlaşmırdıq. Adam lap kövrəlir, nostalji olur. Cəlal Əliyevin yeri göründü).

Doğrusu, mən Əhmədovun müsahibəsinə baxmamışam, oxumamışam, orada nə dediyini bilmirəm. Lakin şiddətlə qınayıram. Köhnə kişilərin yadında olar, SSRİ vaxtı belə formula vardı: “Pasternakı oxumamışam, lakin onu qınayıram”. Eyni zamanda bu işin məhz bu yerə gələcəyini öncədən görmək olardı. Axı deputatlara danışmaq icazəsi nə üçün verilibdir? Danışmağa icazələri olmasa, heç bu kimi antixalq, antidövlətçilik durumları da yaranmazdı. Necə deyərlər, birinci pərdədə səhnədən tüfəng asılıbsa, tamaşanın axırında o tüfənglə kimisə vurub öldürəcəklər. Nəticə ilə yox, səbəblə mübarizə aparmalıyıq.

Məsələn, neçə illərdir bəzi dairələrdə deputat ümumiyyətlə yoxdur. Seçki vaxtı nəticələri ləğv eləyiblər, çıxıb gedib işinin dalıyca. Təkrar seçkilər də keçirmirlər. Bu saat ən dövlətçilik mövqeyində olan seçki dairələri elə həmin dairələrdir. Deputat yoxdur – problem də yoxdur. Ancaq ta deputatları seçmişiksə, onların nitqinə, müsahibəsinə, toylarda çıxışlarına, Vatsap statuslarına, Tik-tok paylaşımlarına, İnstaqram layklarına, namaz qılarkən dualarına, taksi sifariş edərkən verdikləri ballara – uzun sözün qısası, bütün yazışmalarına ciddi nəzarət etməyə borcluyuq. Hesab edirəm əlaqədar orqanlar bu məsələlər üzərində vaxtı-vaxtında əməliyyat-istintaq tədbirləri görür, ancaq bəs eləmədiyi ortadadır.

Halbuki Amerikanı təzədən kəşf eləməyə ehtiyac yoxdur, bunu bircə qanunla tənzimləmək olar. Qoy deputatlar qanun qəbul etsin, orda yazılsın ki, Milli Məclisin deputatı bütün müsahibələrini yalnız Milli Məclisin mətbuat xidməti vasitəsilə verir. Vəssalam. Bununla hər şey yoluna düşər.

Oxşar təcrübə dövlət qurumlarımızın çoxunda var. Zəng eləyirsən nəsə məlumat alasan, cavab verirlər: “Mətbuat xidmətimizlə əlaqə saxlayın, jurnalistlərə açıqlama vermək səlahiyyəti yalnız onlardadır”. Möhtəşəm qaydadır. Hətta bəzi nazirliklərin mətbuat xidmətinin özünün də mətbuat xidməti vardır.

Necə ola bilər ki, prokurorluğun, kənd təsərrüfatının, bulvarın, beynəlxalq avtovağzalın, Narxozun, nə bilim, canım sənə desin, akademiyanın mətbuat xidmətləri var, lakin Milli Məclisin yoxdur? Əlbəttə, yanlış anlaşılmasın, MM-də mətbuat xidməti yəqin vardır. Sadəcə, onun səlahiyyətləri azdır. Mütləq yeni qanun yazılmalıdır, deputatların intervülərini onların yerinə MM-in mətbuat xidməti verməlidir. Mətbuat xidmətindən qıraqda, özbaşına intervü verən deputatlar olarsa, bax, o zaman intizam komissiyasında məsələ qaldırmaq lazımdır. Yoxsa indiki halda Vahid Əhmədovu cəzalandırmaq çətindir. Necə ki, bundan qabaq oxşar məzmunda çıxışlar etmiş deputat Erkin Qədirlini cəzalandırmadılar. Bizdə hər şey qanuna əsaslanır. Qanunun qadağan eləmədiyi hər bir zad isə icazəlidir.

Yeri gəlmişkən, son günlər respublikamızda söz azadlığının inkişafı yolunda mütərəqqi addımlar atıldı. Jurnalistlərə mane olanlar 300 manat cərimə ediləcəkdir. Eyni zamanda yalan yazan jurnalistlər 300 manat cərimə olunacaqdır. Burada çalışmaq lazımdır vəsaitin xərclənməsi üst-üstə düşsün. Yalan yazmısansa, bunun çapına mane olmalısan. Nəticədə hesab-kitabın başı bağlanır. Ekonomikada, mühasibatda buna debet-kredit, gəlir-çıxar sənədləşməsi deyilir.

Sonda bir qeyd edim ki, Vahid müəllim yalan olmasın, Nəsib bəy Yusifbəylinin kabinetinin üzvlüyündən üzü bəri bütün hökumət və parlamanlarımızda təmsil olunmaqla çox uzunömürlü vəzifəli şəxsdir. Bəs niyə indi belə siyasi səhv edib, anlaşılmır. Yəqin bir növ arxayınlaşıbdır. Nahaq yerə. Bizim çoxlu xarici düşmənlərimiz var, arxayınlaşmaq olmaz. Cəzaya gələndə, məncə yüngülvari töhmət versinlər, söhbət bağlansın, inşallah. Ramazan ayı təzə bitib, günahların bağışlanması dövrüdür.

DAHA ÇOX OXU

export

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01
export

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13
export

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00
export

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47
Dünya

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24
export

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51
SON XƏBƏR

Şeytanın “Bay Kamal”la müttəfiqliyi – Türkiyə ermənisi Tələt Paşanı niyə aşağıladı?

Optimistlərin də proqnozu doğruldu, pessimistlərin də - Biri Bakıda, biri İrəvanda

Vasif Talıbovu vəzifədən düşürən ŞOK YEYİNTİLƏR - VİDEO

Xəbər lenti

Azərbaycanda məktəbli qız qaçırıldı

06/06/2023 22:15

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13

Eldar Əzizovdan Bakıda söküləcək binalar haqqında VACİB AÇIQLAMA

06/06/2023 21:10

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00

Mövqelərimiz atəşə tutuldu

06/06/2023 20:50

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başlayıb

06/06/2023 20:33

Həmin şəxs körpüdən belə düşürüldü – Video

06/06/2023 20:30

Xalq artisti qızının şad xəbərini paylaşdı – FOTOLAR

06/06/2023 20:10

Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyən qadın saxlanılıb

06/06/2023 19:48

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24

Zaur Kamal: “Rəksanəni palçıqdan Fazil çıxartdı” – VİDEO

06/06/2023 18:06

“Aylarla mənə 101 gül göndərirdi” – Çiçək – VİDEO

06/06/2023 17:49

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35

Lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşdı

06/06/2023 17:30

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Bu görüntülər böyük səs-küyə səbəb oldu

06/06/2023 15:46

Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi – RƏSMİ

06/06/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.