Argentinada keçirilən “Gimnasia Estudiantes” matçında “Gimnasia”nın baş məşqçisi Sebastian Ariel Romero rəqibini yerdə təpiklədiyi üçün qırmızı kart alıb.
Medianews.az bildirir ki, Argentina liqasında keçirilən “Gimnasia” – “Estudiantes” matçının 29-cu dəqiqəsində “Gimnasia”nın baş məşqçisi Sebastian Ariel Romero topa doğru sürüşən Leonardo Qodoyanın təpiyi az qala futbolçunun başına dəyib.
Çirola ləqəbli Romeronun bu hərəkətindən sonra çaşqınlıq yaranıb. Hakim baş məşqçi Sebastyan Ariel Romeroya qırmızı kart göstərib.
Gimnasia meydanında keçirilən qarşılaşmada 2:1 hesabı ilə qalib gəliblər.
Sebastian Ariel Romero kimdir?
27 aprel 1978-ci ildə anadan olan keçmiş futbolçu Sebastyan Ariel Romero Çirola ləqəbi ilə tanınır. Futbolçu karyerası ərzində cinahlarda çıxış edən Romero “Gimnasia La Plata”nın məşqçisidir.
Argentinanın U20 milli komandası ilə 1997-ci ildə Malayziyada keçirilən FIFA Gənclər Dünya Çempionatında parlayan Romero, Gimnasiadan İspaniyanın Betis komandasına transfer olub. Bundan sonra Toulouse, Cordoba, Racing Club, Panathinaikos, Gimnasia, Banfield, Quilmes və yenidən Gimnasia klublarında oynayıb və snora Quilmes forması ilə futbolu tərk edib. O, bir dəfə Argentina milli komandasında çıxış edib. Onun idarəçilik karyerası Gimnasia La Plata ilə məhdudlaşır.