Rusiya xüsusi xidmət orqanları FSB-nin Rostov-na-Donu şəhərindəki qərargahında partlayış baş verib.
Medianews.az TASS xəbər agentliyinə istinadla xəbər verir ki, baş verən yanğında azı bir nəfərin ölüb və azı bir nəfər yaralanıb.
Belə ki, Ukrayna sərhədindən təxminən 110 kilometr aralıda yerləşən şəhərdə FSB binasında baş verən partlayışdan sonra güclü yanğın baş verib.
Partlayışın silah – sursatın partlaması nəticəsində baş verdiyi bildirilir.
Alov bütün binanı bürüyüb, qatı qara tüstünün göyə qalxmasına səbəb olub.
Qeyd edək ki, bu şəhər Rusiya üçün çox kritik vəziyyətdədir. Azov dənizinin ən şimal hissəsində yerləşən şəhər, Moskvanın işğal edə bildiyi Ukraynanın cənub sərhəddi ilə həmsərhəddir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının bəzi döyüş gəmilərinin yerləşdiyi şəhərin hava bazası da var.
Rusiya rəsmiləri qorxur ki, bir sıra partlayışlar və yanğınlar Vladimir Putinin Ukraynadakı müharibəsinə qarşı çıxanların təxribatı nəticəsində baş verə bilər.
Çünki Putin Rusiyanın kəşfiyyat qüvvələri olan və sərhədçilərin də daxil olduğu FSB məxfi xidmətinin keçmiş rəhbəridir.
Medianews.az