Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Rəqqasədən öyrəndiklərim

Zamin Hacı
13/03/2023 12:15
243
BAXIŞ
FacebookTwitterTelegram

“Oynamaq bilmir, deyir yerim dardır”
(ata sözü)
Universitetlərimizin birində rəqqasə ilə görüş keçirilmişdir, hadisə zəhmətkeşlərin hiddətinə səbəb olmuşdur. Deyirlər nə üçün ora alimləri-zadı çağırmırsınız, tələbələr rəqqasədən nə öyrənəcəkdir və sairə.

Əlbəttə, kökündən yanlış düşüncədir və qəzəbdir. Birincisi, bizim bir düşmənimiz var, o da xarici qara qüvvələrdir, gərək qəzəbimizi onlara yönəldək, daxildə isə yumruq kimi birləşək. İkincisi, yaxşı rəqqas və rəqqasədən öyrənməli şeylər çoxdur.

Məsələn, elə bu yaxında mədəniyyət naziri əvəzi Adil müəllim deputatlarla görüşündə rəqslərin vacibliyini önə çəkmişdi. (Diqqətli oxucular xatırlayar, mən bu temada “Yaxşı rəqqasın yumurtaları” adlı köşə qaralamışdım). Əgər rəqs vacib deyilsə, niyə dövlətimizin prioritetlərindən biridir?

İkincisi, ac alim olmaqdansa, tox rəqqasə olmaq yaxşıdır. Yaxşı yadımdadır, bir dəfə buna oxşar mövzuda manıs Nadir Qafarzadəyə sual vermişdilər, o da demişdi ki, gedin ac yazıçıların da (yanılmıramsa, konkret Seymur Baycanın adını çəkmişdi) soyuducusuna baxın, mənimkinə də. Soyuducusunun ağzınacan təpili-tıxılı olmasıyla fəxr eləmişdi.

Mən özüm şəxsən taksi sürənlər, ofisiantlar, süpürgəçilər, suvaqçılar, dərzilər və sairə xidmət sektorunun nümayəndələri arasında çoxlu sayda ali savadlı mütəxəssisə rast gəlmişəm. Bir dəfə toyda masamıza bildirçin kababı daşıyan oğlandan soruşdum, məlum oldu Türkiyədə aerokosmik mühəndislik ixtisasını oxumuşdur. Qarabağ işğaldan azad ediləndən sonra Füzuli bölgəsinə məni aparan taksinin sürücüsü BDU tarix fakültəsinin bakalavrı, Dövlət İdarəçilik Akademiyasının isə magistri idi. İndi mən sizdən soruşuram, əgər bu gənclərə vaxtında rəqqasələr düzgün yol göstərsə, elə əzablı, çətin yollara düşərdilərmi? Düşməzdilər. Gedirsən toyda-nişanda, ayaqaçdıda-xınayaxdıda, nə bilim, gəlingördü-bəyqırdıda (maşallah, el adət və mərasimlərimiz zəngindir, hamısını da YUNESKO irsinə salmışıq) iki kruq fırlanırsan, göbəyini-filanı oynadırsan, təmiz yerindən minimum 1000 manat hazırdır.

Hələ bəzilərinin ürəyindən keçir ki, guya rəqqasənin yerinə universitetə şair-mair, partiya sədri-zad çağırmalıymışlar. Şairlik indi modda deyil, camaat bir qoyun verib AYB üzvlüyü biletini alır. Partiyaçılar da gənclərə düzgün tərbiyə verə bilməzlər. Hamısı boş-boş danışır, həyatda praktik əhəmiyyəti olmayan geopolitik qırıldatmalar edirlər.

Universitetlərimizin tədris proqram və vəsaitlərinə gələndə, onlar da biabırçı makulaturadan ibarətdir. Məsələn, gedirsən iqtisadiyyat üzrə oxumağa, ötən əsrin 60-cı illərindən qalma bir professor qoltuq cibindən 19-cu əsrə aid konspekti çıxarıb başlayır: “Yazın, cari ildə kapitalizm iqtisadiyyatı tənəzzülə gedir”. Yaxud, Allah heç qoymasa guya pedaqoq olmaq istəyirsən, orda da sənə “Qatığı sarımsaqlamalımı, sarımsaqlamamalımı” cümləsinin sintaktik təhlili öyrədilir. Kimə lazımdır, siz Allah, bu şeylər? İndi, 21-ci əsrdə!? Rəqs – başqa məsələ. Ən azı özün üçün oynayıb ləzzət alarsan. Yoxsa cari ildə… Tfu… Adam dilində də danışmırlar.

Bu yaxında başqa, ancaq oxşar temada da qışqırışma, mənasız vay-şivən qoparmışdılar. Abşeron rayonu, Mehdiabad qəsəbəsində müəllim şagirdə sinifin döşəməsini sildirmişdi. Guya bu pis hərəkətdir, uşağın gələcəyini pozur… Nə qədər savadsız yanaşmadır! Uşaq indidən döşəmə silməyi öyrənməlidir, əks halda böyüyəndə oturduğu yeri də zibilləyən nəsil yetişir. Onsuz dərs keçilmir, barı heç olmasa əməyə öyrəşsinlər, sabah təmizlikçi işləyib pul qazansınlar. Yoxsa bekarçılıqdan hamısı patı-matıya qurşanır, sinifdə qəlyan çəkir.

Başqa yöndən, bu əhvalat mənə keçmiş deputat Hadı müəllimin bir intervüsünü xatırlatdı. Orda Hadı müəllim demişdi ki, əsgərliyə çatan kimi Volodya adlı serjant əmr elədi, mən də döşəməni sildim, çünki komsomolçu idim, əmr və tapşırıqları sözsüz yerinə yetirirdim.

Adam eləcə axırda deputat oldu, xoşbəxtliyə qovuşdu. Bəlkə bu uşaq da böyüyüb deputat olacaq? Hər əski murdar deyil, biləsiniz. Bu mövzuda yaxşı ata sözümüz var, bilənlər bilməyənlərə desin, mən gedim görüm Narxozun diplomunu hara soxmuşam.

DAHA ÇOX OXU

export

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13
export

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00
Cəmiyyət

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47
Cəmiyyət

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34
Cəmiyyət

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16
export

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO

22/03/2023 17:00
SON XƏBƏR

Zelenskidən əhaliyə AÇIQLAMA

Bakıda Mehmet Akif Ersoyun yubileyi keçirildi

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

Xəbər lenti

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.