Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

Zahid Səfəroğlu
13/03/2023 12:30
132
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan iki mənfur qonşusu – Rusiya və İran arasında “sendviç” kimi sıxılmaqda davam edir. Biri – Rusiya Bakının ard-arda sərt xəbərdarlıqlarına baxmayaraq, erməni separatçıları durmadan silahlandır, digəri – İran antiislam respublikası isə sərhəd boyu bizi yenə təhdid edir. Moskva və Tehranın Qarabağda Azərbaycan əleyhinə ortaq və çirkin oyunları da ki, öz yerində.

Bu yandan isə Paşinyan hökuməti bir ovuc erməni icmasının məsələsini bəhanə edib sülh müqaviləsini ləngidir. Bu da yenə ən çox Rusiya və İranın işinə yarayır. On görə ki, sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşməsi, iki xalqın barışması ilə şimal və cənub qonşularımızın bölgəyə müdaxilə imkanları sıfra enəcək.

Gəl ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Azadlıq” radiosunun erməni xidmətinə dünənki müsahibəsi Bakı-İrəvan danışıqlarına faktiki son qoyur. Çünki orada Qriqoryan açıq mətnlə bəyan edir ki, “Qarabağın təhlükəsizlik məsələsi” həllini tapmayınca Nikol Paşinyan iqtidarı sülh müqaviləsini imzalamayacaq.

“Bakı Qarabağ erməniləri ilə ultimatum dilində danışmağa çalışır və müxtəlif vasitələrlə Dağlıq Qarabağa təzyiq göstərməyə davam edir. Mən Laçın dəhlizinin blokadasını, eləcə də Bakının təxribat və terror fəaliyyətini (?!- Z.S.) nəzərdə tuturam”, – Qriqoryan sarsaqlayıb.

Xatırladaq ki, Armen Qriqoryan Azərbaycanla danışıqlar prosesinə məsul olan 3 əsas şəxsdən (baş nazir Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzəyanla birgə) biridir. Yəni söhbət yüzdə-yüz İrəvanın rəsmi mövqeyinin ifadəsindən gedir. Ayrı sözlə, bir daha aydın olur ki, Ermənistan sülhü yox, müharibəni seçir. Bu da növbəti dəlil-sübut.

“Ona görə də danışıqların baş tutması üçün müzakirə imkanı yaratmaq, anlaşmalar çərçivəsində qalmaq lazımdır. Biz təhlükəsizlik və hüquqları müzakirə etməyə razılaşdıq. Beynəlxalq mexanizm Stepanakertlə (Xankəndi – Z.S.) Bakı arasında danışıqlar və ya müzakirələr üçün nəzərdə tutulub və müzakirələr nəticəsində mexanizmlər yaradıla bilər”, – deyə erməni rəsmisi ardınca vurğulayıb və əlavə edib ki, həmin mexanizmlərdən biri də diqqət: “Dağlıq Qarabağın təmas xətti ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması ola bilər. Bu hərbsizləşdirilmiş zona Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatı yaradacaq”.

Göründüyü kimi, İrəvan arzularını gerçək kimi qələmə verməkdən əl çəkmir. Guya Bakı-Xankəndi danışıqları ilə bağlı hansısa “beynəlxalq mexanizm” haqda razılaşma var, İrəvan hətta qəbuledilməz yeni şərt irəli sürür – “DQ ətrafında hərbsizləşdirilmiş zona”!

Beləcə, Ermənistan kapitulyant ölkə olsa da, şərt və tələbləri bitmək bilmir. İstisna deyil ki, həm Avropa Birliyinin uzunmüddətli missiyasının Ermənistanda işə başlamasından, həm də Rusiya və İranın separatçılara güclənən ortaq himayəsindən və Hindistandan artan silah tədarükündən cürətlənib, ayağı yer tutmur.

Qısası, ağılları işğal dövrünə gedib. Məğlub tərəf bizimlə az qala şərt dilində danışır. Ermənistanın 10 noyabr sənədinin öhdəliklərini (4 və 9-cu bəndlər) 3 ildir yerinə yetirməməsi, o sırada Qarabağdan qanunsuz silahlı birləşmələri hələ də tam çıxarmaması azmış kimi, üstəlik, heyrətamiz həyasızlıqla mifik Dağlıq Qarabağ ətrafında “hərbsizləşdirilmiş zona”, “təlhükəsizlik zolağı” yaratmağı təklif edir.

Hansı “Dağlıq Qarabağ” və onun “perimetrlərindən”, “təmas xətti”ndən söhbət gedir görəsən? Azərbaycanda belə bir inzibati ərazi vahidi, “təmas xətti”-filan yoxdur. Qarabağ iqtisadi zonası var, onun da kiçik bir hissəsində müvəqqəti olaraq Rusiya SMQ-i yerləşib. Azərbaycan indi öz qanuni ərazisindən – Qarabağdan öz silahlı qüvvələrini sülh sazişi naminə gerimi çəkməlidir? Ki, separatçılarla ruslar birləşib daha rahat şəkildə əraziyə silah-sursat daşısınlar, İran diversantları özlərini tam cəzasız və təhlükəsizlikdə hiss etsinlər? Bunlar Azərbaycan dövlətini nə hesab edirlər görən?

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib: Azərbaycan öz suveren əraziləri ilə, daxili inzibati quruluşu ilə bağlı heç bir başqa ölkə və ya beynəlxalq qurumla danışıq aparmayacaq, torpaqlarımızı “sortlara” bölüb alver predmeti eləməyəcək! Belə bir ilkin razılıq da heç vaxt olmayıb! Qriqoryan gözünün içinədək yalan danışır təbii ki.

Yalnız erməni icması ilə dialoq mümkündür və olacaq. O da Konstitusiyamız çərçivəsində. Kim üçrəngli bayrağımızı qəbul edər, qalıb Qarabağda şad-xürrəm yaşayar. Etməyənlər üçün isə Laçın yolu həmişə açıqdır. Şələ-küləni götürüb bir yerdən başqa yerə dinc şəkildə rədd olub getmək də təməl insan haqlarına daxildir. Bilən ermənilər bilməyənlərə söyləsin. Nə qədər gec deyil…

DAHA ÇOX OXU

export

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52
1-MANŞET

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29
1-MANŞET

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48
Cəmiyyət

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33
export

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16
1-MANŞET

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00
SON XƏBƏR

Sərhəd üzərində uçan qırıcı... – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

Dünyanın ən varlı adamı bu sosial platformanı ələ saldı

"Harada görünüb ki, bir fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!"

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.