Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

5-ci kolona xidmət edən zootexnik

Zamin Hacı
05/03/2023 19:07
145
BAXIŞ
FacebookTwitterTelegram

“Əti sənin, sümüyü mənim”

(ata sözü)

Kənd təsərrüfatı sektorumuz yüngülvari böhran yaşayır. Pambıq əkdik, qozasından bir şey çıxmadı, ipəkqurdu saxladıq, atlas olmadı. Halbuki, səbr ilə halva bişməliydi, ən azı. Kartof yenə İrandan-Turandan gəlir, çay Seylondan, nə bilim, un Qazaxıstandan. Bircə heyvanlarımıza ümidimiz var idi, düşünürdük danalar bizi darda qoymaz. Ancaq sən saydığını say… Ət qıtlığı yaranıbdır. Qəssablar qan ağlayır. (Kino sənayemiz dirçəlsə, təzə mədəniyyət naziri bu sahədə işlər görə bilsə “Qan ağlayan qəssablar” adıyla maraqlı qorxu filmi çəkmək olar).

Saymaq demişkən, mən adətən gecələr gec yatıram. (Bu yerdə “sən gecələr yat, a Qurban” sitatının yeridir, lakin yuxarıda yazdım – milli kinomuz inkişaf edəndən sonra. Hələlik bu sitatın işlənməsi məqsədəuyğun sayılmır). Yuxuya getmək üçün çox vaxt dədə-babadan qalma, klassik üsuldan istifadəyə məcburam: bir çəpər təsəvvür edirəm və onun üstündən aşıb qaçan qoyunları sayıram. Təzəlikcə görün başıma nə gəlib. Qoyunların arası kəsildi! Bəli. Sözün əsl mənasında, yuxuya getmək üçün saydığım qoyunlar yoxa çıxdılar. Dəhşət içində, qan-tərə batmış yuxuya daldım və səhər oyananda fikirləşdim ki, ey dadi-bidad, artıq təsəvvürlərimizdəki qoyunlar da qəhətə çıxır. Real qoyunların qıtlığına dözmək olar, otdan-ələfdən yeyib birtəhər yaşayarıq, təsəvvür edilən qoyunların yox olması pis əlamətdir. Merkuri və Saturnun bir xətt üzərində gəzişməsi, yaşıl quyruqlu kometin Ayın böyrünə dümsük vurması, Tolikə xəbərdarlıq edilməsi kimi amilləri üst-üstə gəlsək, perspektiv yaxşı görünmür.

Tolik verilişdə hökuməti tənqid eləmişdi, ona görə xəbərdarlıq aldı. Düşünürəm ki, “Sərhədsiz reportyorlar” Tolikin sıxışdırılmasına gərək biganə qalmazdı. Bəs sabah xalqımızın səsini hansı efirlərdən eşidəcəyik? Xoşqədəm xanımın verilişini dimedrolsuz qoymuşuq, dərman qıtlığı yaşanır. “Ay Zaur” tənqid edilir. Elgiz elsiz qalıb. Bu da belə…

Elə efirdən söz düşmüşkən, bəziləri danaların qıtlığını Dadaş dayı adlı multfilmin veriliş aparması ilə bağlayır. Qiyamət günü əlamətlərindən biri bu imiş: canlı insanları multfilmlər əvəz edəcəkdir. Doğrudur, ət qıtlığında Dadaş dayı faktoru rol oynayır, lakin bu, başqa Dadaş dayıdır. Milli yanıltmaclarımızdan birinin qəhrəmanından söhbət gedir. Gəlin birgə oxuyaq: “Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dedim, Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döydü”. Sitatın sonu. Bax, kənd təsərrüfatının düşməni budur! Yoxsa inhisar belə getdi, azad bazar iqtisadiyyatı elə gəldi, korrupsiya-filan… Nə qədər ki, Dadaş dayı kimilər Dəmirin danalarını döyəcəklər, piştaxtalarımızda ət ya baha olacaq, ya da heç olmayacaq.

Yazını isə bir kriminal xəbərlə bitirirəm. Hesab edirəm ki, aqrar böhranda aqrar universitetimizin rolu böyükdür. Aqronom, baytar, zootexnik yetişdirmək əvəzinə bir-birini qırırlar:

“Gəncə məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi Təvəkkül Sadıqovdan şikayətinə baxılıb. “Yerin quruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlarla onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Məhkəmədə həmin statuslar və şərhlər oxunub. (Kaş biz də oxusaydıq – Z.H.) T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun “5-ci kolon”a xidmət etdiyini bildirib. T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqlarını etiraf edib. Məhkəmə T.Sadıqovu Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək ona 1500 manat cərimə kəsib”.

Bu şəraitdə heyvandarlıq inkişaf edə bilməz yazıb nöqtə qoyuram.

DAHA ÇOX OXU

Dünya

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26
Cəmiyyət

Azərbaycana bahar gəldi

21/03/2023 02:31
Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...
1-MANŞET

“Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin

20/03/2023 23:07
export

Yevlaxda itkin düşən 4 yeniyetmə TAPILDI

20/03/2023 22:28
export

Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEO

20/03/2023 22:14
1-MANŞET

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım elan edib

20/03/2023 21:32
SON XƏBƏR

Dağılan binalarla bağlı 247 nəfər saxlanıldı

Silahlı erməni terrorçular legitim hədəfdir: Laçın yoluna nəzarət qaçılmazdır

Ombudsman növbəti erməni təxribatına münasibət bildirib

Xəbər lenti

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır – FOTO

21/03/2023 06:00

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26

Azərbaycana bahar gəldi

21/03/2023 02:31

Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

“Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin

20/03/2023 23:07

Yevlaxda itkin düşən 4 yeniyetmə TAPILDI

20/03/2023 22:28

Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEO

20/03/2023 22:14

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım elan edib

20/03/2023 21:32

Sərnişinlərin nəzərinə – Martın 23-dən martın 26-dək…

20/03/2023 21:19

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.