Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanlı mollanın ölümü

Zamin Hacı
04/03/2023 10:12
55
BAXIŞ
FacebookTwitterTelegram

“Bir yaralı molla uçar, sənə sarı, ilahi”

(Ramiz Rövşən)

İranda məktəbli qızları bir ucdan zəhərləyirlər. Bu da cənub qonşumuzdakı molla rejiminin ikiüzlü siyasətinin növbəti təzahürüdür. Qızlara oxumağa guya icazə var, ancaq o yandan da qazla boğursan ki, heç kəs qızlarını məktəbə buraxmasın. Elə bil 1944-cü ilin faşist düşərgəsidir. Adam düşünür bəlkə Əfqanıstandakı Taliban rejimi bunlardan daha səmimidir. Orda qızlara oxumağı ümumiyyətlə qadağan ediblər. Qız nədir, uşaq doğmaq üçün alət – “müqəddəs kitabda” belə nəql edilmişdir. Bəzi islam ölkələrində isə məktəbə gedən qız uşaqlarının üzünə sulfat turşusu atırlar.

“Riyakarlığın növbəti təzahürü” sözünü bayaq havadan yazmadım. İranın hər işi belədir. Guya özünü islam dövləti elan edib, ancaq əsas müttəfiqləri xristian Ermənistan və Rusiyadır. Sanki Paşinyanla Putin imam övladlarıdır, dünyanın bundan xəbəri yoxdur.

Guya İranda narkotik haramdır, ancaq Azərbaycana narkotikin əsas trafiki İran üzərindəndir. Sanarsan orda hər yer narkotik maddə plantasiyalarıdır.

Guya seçkilər keçirilir, ancaq hamı bilir ki, mollaların icazəsi olmadan heç bir müstəqil namizəd prezident və parlament seçkilərində nəinki seçilə, heç namizədliyini irəli sürə bilməz.

Riyakarlıqdan yazdım, bir əhvalat yadıma düşdü. Mirzə Fətəli Axundov uşaq olanda Mirzə Şəfi Vazehin yanında yazmağı öyrənirmiş. Bir gün Vazeh soruşur ki, hərfləri öyrənməkdə məqsədi nədir, balaca Fətəli deyir: “Ruhani, molla olmaq istəyirəm”. Vazeh deyir: “Sən də riyakar və şarlatan olmaq istəyirsən? Öz həyatını qaragüruhun içində puç eləmə, başqa məşğuliyyət seç”. Məncə bu, Azərbaycanın bütün tarixinin ən mükəmməl, ən möhtəşəm dialoqlarından biri, bəlkə də birincisidir.

İranın dünyadakı çox əlləm-qəlləm işlərin altında barmağının olduğunu bildiyimizdən ölkəmizdə nəsə pis hadisə olanda camaatın gözü cənuba dikilir. Din xadimi Hacı Şahin Həsənlinin qəfil, vaxtsız ölümündə də zəhmətkeşlərimiz ilk andan İran barmağı axtardılar. Çünki Hacı Şahin İranın ölkəmizdə dini qarışıqlıq salmaq yönündə addımlarını həmişə tənqid edib, əməlləriylə bunun qarşısında durub.

Yeri gəlmişkən, Hacı Şahinin ölümünə üzülənlər sırasında olduğumu bildirirəm, baxmayaraq ki, onun dünyagörüşünü bölüşmürdüm. Hacı Şahin sözün əsl mənasında azərbaycanlı dindar idi. Bizdə bəzi dindarlar var, İranın ağzı ilə, farslar kimi danışarlar, moizə apararlar, hətta sözləri də onlar kimi uzadar, əzib-büzərlər. Bəzi din xadimlərimiz Ərəbistan ağzıyla danışar. Misir ləhcəli, İstanbul boğazlı, nə bilim, əfqan çarıqlı… Maşallah, hər cür üləmalarımız vardır, bu işdə biz hökumətimiz demişkən, “çoxkonfensiyalı ölkədə” yaşayırıq. Hacı Şahin azsaylı din xadimlərindən idi ki, Azərbaycanın sözünü, azərbaycanlı ağzıyla danışardı. Xalqın onun üçün göz yaşı axıtması, izdihamlı dəfn mərasimi də bunun nəticəsidir. Həmişə radikallıqdan uzaq olardı, davamçılarını, dinləyicilərini sakitliyə, dincliyə dəvət edərdi. Həmçinin, əksər ali təbəqə ruhanilərdən, mollalardan fərqli olaraq adı korrupsiyada da hallanmamışdı. İndi “məşhur” ürək həkimi ortaya çıxıb deyir ki, Hacı Şahinin ölümü qəfil olmayıb, ürəyində problemlər vardı, əməliyyat təklif edilmişdi, lakin razı olmamışdı və sairə. Ola bilər. Ancaq kim nə bilir, bəlkə də Hacı Şahinin heç o əməliyyat üçün məsrəfləri qarşılamağa pulu, vəsaiti yox imiş.

Hökumətlə də münasibətləri yetərincə ilıq, isti idi və ola bilsin onu gələcək üçün, Qafqaz Müsəlmanları İdarəsinə başçı kimi hazırlayırdılar. Bu mənada Şahin Həsənli hökumətin də kisəsindən gedib. Azərbaycanda bütün cəmiyyəti, sinifləri, təbəqələri birləşdirən neçə belə adam tanıyırsınız? Bir əlin barmağı qədər olmaz.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Flash

Ermənilərin Türkiyə sərgüzəştləri – “Zər”dən “şeş qoşa” gözləyənlər

15/02/2023 11:05
SON XƏBƏR

Zəlzələdə sağ qalan uşaqlara fotoşopla corab “geyindirdi” - VİDEO

"Hacı Şahini Allah bizə bir peyğəmbər kimi vermişdi" - Rəqsanə göz yaşları içində... - VİDEO

“Qaynatam qızını mənə vermirdi ki, rejissor aktyora öpüşməyi öyrədir...” - FOTOLAR

Xəbər lenti

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İş yerləri – 1500 AZN maaş

21/03/2023 15:44

AZƏRBAYCANDA ŞOK! Gəlinin yad kişilərlə intim görüntüsü qayınanın əlinə keçdi – VİDEO

21/03/2023 15:40

Bakıda ərini qətlə yetirən qadın: “Oturub xırıltısının kəsilməsini gözlədim” – TƏFƏRRÜAT

21/03/2023 15:34

“Dəniz Mall”da həyəcan – Polis hərəkətə keçdi – FOTOLAR

21/03/2023 15:22

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.