Vazkeçilməz qidalardan biri olan zeytunun faydaları olduqca çoxdur.
A və E vitaminləri ilə zəngin olan zeytunun tərkibində xərçənglə mübarizə aparan maddələr var ki, bu da xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Tərkibindəki A vitamini sayəsində zeytun göz sağlamlığını qoruyur və gecə görmə qabiliyyətini aydınlaşdırır.
O, həmçinin katarakta, makula degenerasiyası və digər yaşla bağlı göz xəstəliklərinin yaranmasının qarşısını alır.
Sümüklərin inkişafına kömək edir.
Tərkibindəki vitamin və minerallar sayəsində zeytun uşaqlarda sümük inkişafını dəstəkləyir və yaşlılarda sınıq riskini azaldır.
Zeytun antioksidantla zəngin qidadır. Antioksidantlar ürək xəstəliklərinin və xərçəng kimi xroniki xəstəliklərin yaranmasının qarşısını alır.
İmmunitet sistemini qoruyur və gücləndirir.
Zeytunun tərkibində yüksək keyfiyyətli yağlar var. Bu bitki yağının qida və enerji dəyəri çox yüksəkdir. Zeytunun tərkibində olan maddələr hüceyrə membranının möhkəmlənməsinə və onun selikli qişasının sağlamlaşmasına səbəb olur.
Zeytun mədənin, mədəaltı vəzin, qaraciyər və ürək-damar sisteminin yaxşılaşmasına səbəb olur. O yaraların sağalmasını sürətləndirir, orqanizmin toksinlərdən və şlaklardan təmizlənməsinə səbəb olur.
Lakin həkimlər qara zeytun yeməyi məsləhət bilmir. Bunun səbəbi isə qara zeytunun tərkibində duzların miqdarının yaşıl zeytuna nisbətən daha az olmasıdır. Qara zeytun yeməsi mədə yaralarını əmələ gəlməsinə səbəb ola bilir.
Zeytundan istifadə edərkən onun süni surətdə yaradılmış zeytun olmadığını anlamaq lazımdır. Belə zeytun süni kimyəvi rənglərlə boyanır . Bu zeytunun rəngi zil qara və parlaq olur ki, bu da təbii rəng deyil. Bu da bir çox fəsadların əmələ gəlməsinə səbəb olur.
Medianews.az