Güclü qar uçqunu Tacikistanda 17 nəfərin ölümünə səbəb oldu.
Medianews.az xəbər verir ki, Tacikistan Fövqəladə Hallar Komitəsinin verdiyi açıqlamada ölkənin dağlıq bölgələrində baş verən qar uçqunları nəticəsində həyatını itirənlərin sayının 17-yə yüksəldiyi bildirilib.
Açıqlamada ölənlərdən 16-nın Dağlı Bədəhşan Muxtar Vilayətində, 1 – nin isə paytaxt Düşənbə yaxınlığındakı Vərzob qəsəbəsindən keçən hissəsində qar uçqunu nəticəsində həlak olduğu bildirilib.
Qeyd edək ki, son günlər 100-ə yaxın qar uçqunu hadisəsinin baş verdiyi və təhlükənin hələ də davam etdiyi vurğulanaraq, axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgəsində işlərini davam etdirdiyi diqqətə çatdırılıb.
Medianews.az