Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıya qarşı böyük oyun: Yeni müharibə planı…

Aytac
21/01/2023 22:43
321
BAXIŞ
FacebookTwitterTelegram

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ermənistana silah göndərilməsini “etiraf etməsi” çox ciddi suallar yaradır: Arutyunyan niyə belə bir gizli əməliyyatı “etiraf” etməli, bunu yaymalıdır?

Faktiki olaraq bu, cinayət əməlidir: müharibə aparan ölkəyə göndərilən silahların oğurlanaraq, Ermənistana göndərilməsi, bunun hətta “göndərilmə marşrutu”nun açıqlanması normal deyil. Arutyunyan bu açıqlamasının araşdırmalara və nəticədə ciddi qalmaqala səbəb olacağını bilməmiş deyil. Bəs, bu “etiraf” hardan yaranır?

Qərb ölkələri göndərdikləri silahlara nəzarət edəcəyini elan etmişdi. Belə çıxır ki, Qərb göndərdiyi silahlara nəzarət edə bilmir və yaxud bu prosesə göz yumur.


Medianews.az Axar.az-a istinadən bildirir ki, Arutyunyan “silahlar deyəndə, məxsusi olaraq PUA-lardan danışır və nədənsə bu pilotsuz aparatları qabardır. Bəs, bunun səbəbi nədir?

Bu suallara cavab axtarmaq müxtəlif ehtimallara yol açır:

Birinci ehtimal: Qərb ölkələri Ukraynaya göndərilən silahların, xüsusilə PUA-ların Ermənistana çatdırılmasında maraqlıdırlar. Bu prosesə Ukraynanın bəzi qüvvələri də cəlb edilib. Məqsəd Ermənistan ordusunu müasir silahlarla təmin etmək, gücləndirmək və Cənubi Qafqazda növbəti müharibəni alovlandırmaqdır.

Ermənistanın siyasi gedişləri də buna hesablanıb: Paşinyan iqtidarı bütün vasitələrlə Rusiya ilə münasibətləri gərginləşdirir, Azərbaycanla sülh sazişinin imzalanmasından, sərhədin delimitasiya və demarkasiyasından imtina edir; Qərbin külli miqdarda kreditləri hesabına orduya vəsaiti artırır, Hindistan da daxil olmaqla, bir sıra ölkələrdən leqal, bəzi ölkələrdən isə qeyri-leqal silahlar alır.

Fransa da daxil olmaqla, Ermənistana Qərb silahlarının qeyri-leqal yollarla daxil olduğunu ehtimal etmək üçün kifayət qədər əsaslar var: NATO və Rusiya Ukraynada açıq şəkildə üz-üzə gəlir; bütün təbliğat-təşviqata baxmayaraq, Rusiyanın öz məqsədlərinə doğru Ukraynada addım-addım irəlilədiyi xüsusilə son aylar açıq şəkildə görünür. ABŞ Müharibənin Öyrənilməsi İnstitutu da daxil olmaqla, hərbi rəhbərlikdə təmsil olunanlar Ukraynanın gündəlik itkilərinin artıq üçrəqəmli olduğunu açıqlayırlar. Almaniya Xarici Kəşfiyyat Xidməti də ötən gün yaydığı açıqlamada bu faktı təsdiqlədi. “Üçrəqəmli itki” Ukrayna ordusunu tükəndirir və ciddi fəsadlara səbəb ola bilər.

Bu məqamda Rusiyanı “məşğul edəcək” ikinci cəbhənin açılması “ən yaxşı variant” kimi uzun müddətdir nəzərdən keçirilir. Bunun üçün münbit şərait isə Ermənistanın işğalçı iddialarını körükləməkdir.

Ermənistan da bu istiqamətdə siyasət aparır: Rusiyanı ölkə daxilində nüfuzdan salır, Kreml ilə əlaqələri zəiflədir, KTMT-nin İrəvanda keçirilən yekun bəyanatını imzalamır, KTMT-nin 2023-cü ildə Ermənistanda nəzərdə tutulan təlimlərindən imtina edir, Avropanın “monitorinq qrupu” adı ilə hərbçilərini sərhədə yerləşdirir… Hazırda “mülki missiya” başa çatsa da, AB daha geniştərkibli və uzunmüddətli – 200 nəfərdən ibarət və 2 il davam edəcək missiyasını sərhədə yerləşdirməyə hazırlaşır.

Ötənilki “missiyada” 40 nəfər nəzərdə tutulsa da, keçmiş hərbçilərdən ibarət olan “mülkilərin” sayının 400-ə çatdığı haqda məlumat yayılmışdı. Yəqin ki, indiki “200 nəfərlik missiya” da 2000 min mülki geyimli sabiq hərbçiləri əhatə edəcək.

İkinci ehtimal: Arutyunyanın bu “etirafı”nın məqsədi İranın Ermənistana bağışladığı PUA-larla bağlı prosesin üzərinə pərdə çəkməyə hesablanıb.

İranın ermənistana dəyəri milyonlarla ölçülən raketlər bağışladığı haqda təkzibedilməz faktlar ortaya çıxmışdı. Bunun ardınca isə İranın Ermənistana həm də “Şahid”lər verdiyi ehtimalı yayıldı. Ancaq bu ehtimalı təsdiqləyəcək kifayət qədər fakt yoxdur.

Mümkündür ki, artıq Ermənistan ordusu PUA-larla təlimə başlasın və bu zaman bəzi faktlar üzə çıxsın. Bu faktlara qarşı indidən “təbliğat hazırlıqları” görülür: Qərb silahları – Ukraynadan daşınıb; İran PUA-ları – Rusiyanın Ukraynada tətbiq etdiyidir, ələ keçirilənlərdir, Ermənistana göndərilib və s.

İranlı mütəxəssislərin erməni terrorçularına təlim keçmək üçün ötən ilin sentyabr-noyabr aylarında Xankəndiyə gəldiyi faktını da xatırlamaq yerinə düşər. Əgər Xankəndiyə gəlməyə qədər cəsarət edirlərsə, demək, iranlı mütəxəssislər Ermənistana çoxdan gəliblər və “bacılarına” təlim keçirlər.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, tanınmış politoloq Sergey Markedonov da ötən gün erməni internet mediasında qatıldığı müzakirədə bu fakta diqqət çəkmişdi: Rusiyanın Cənubi Qafqazda mövcudluğuna qarşı çıxırlar, sanki sülhməramlıların orda olmadığı görüntüsü yaradırlar, bu məsələdə Fransa və İran çox aktivdir və s. Markedonov bildirdi ki, Fransa başda olmaqla, AB Ermənistana “beynəlxalq sülhməramlı kontingent” göndərmək uğrunda çalışır, digər tərəfdən isə Makron Putini Cənubi Qafqazda müharibəni körükləməkdə, konflikti qızışdırmaqda, destabilizasiya yaratmaqda ittiham edir.

Markedonov haqlı olaraq təxminən belə bir sual da qoymuşdu: Mən Ermənistanda Fransa, AB-nin digər ölkələri ilə İranın necə birgə işlədiyini anlamaqda çətinlik çəkirəm. Həmçinin bu ölkələrin hər birinin Cənubi Qafqazda öz marağı olduğunu bildirərək, çox müəmmalı oyun getdiyinə işarə etmişdi.

İranın Ermənistana silah və mütəxəssislərlə yardım etdiyi gün kimi aydındır. Qərb buna niyə göz yumur? Fransanın “kiçik bacısı” niyə həm də İranla “bacılaşma əlaqələrini” yüksəldir?

Burda bir ciddi məsələ var: Türkiyənin 2020-ci il savaşı ilə regionda mövqelərini gücləndirməsinə qarşı Fransa və İran Ermənistan üzərindən böyük oyun başladıb. Bu məsələdə Qərb də Fransaya dəstək verir – Rusiyaya ikinci cəbhə açmaq üçün. İranın isə Türkiyə və Azərbaycana qarşı öz mənfur niyyətləri var.

Nəticə: Ermənistan masadan qaçır, danışıqlardan imtina edir, sülh prosesini aparmır, əvəzində silah üçün kreditlər alır. Paşinyanın hakimiyyətə gəldiyi ilk illərdə xarici borc ÜDM-nin 57-58 faizi qədər idisə, sonradan bu rəqəm 51 faizə qədər enmişdi. Ancaq 2023-cü ildə xarici borc ÜDM-nin 64 faizinə qədər qalxacaq. Erməni iqtisadçılar buna etiraz edirlər, Paşinyanın həmişə xarici borca həssas yanaşdığını bildirirlər, ona görə də son iki ildə Nikol Paşinyanın külli miqdarda kredit almasının səbəbini anlamağa çalışırlar. Səbəb aydın deyilmi?

Digər tərəfdən isə Ermənistana Qərb silahları (Arutyunyanın işarə etdiyi kimi deyil, Qərb silahları birbaşa Ermənistana gəlir, Arutyunyan bunu sadəcə, ört-basdır edir) gəlir, üstəlik, Ukrayna savaşında özünü doğruldan “Şahid”ləri İran Ermənistana bağışlayır.

Cənubi Qafqazda Türkiyə-Azərbaycan birliyinə qarşı böyük hərəkətlənmə var: bu oyunun Avropada Bakıya qarşı siyasi əsaslandırmaları isə bir müddətdir başlayıb…

Tags: #Ermənistan #Bakı #Müharibə#müharibə #Bakıqarabağ

DAHA ÇOX OXU

Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
1-MANŞET

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14
Cəmiyyət

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28
Cəmiyyət

Qiymətlər BAHALAŞDI -Kartof və soğan…

28/01/2023 12:10
Cəmiyyət

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52
Cəmiyyət

Xırdalanda su kəsildi

28/01/2023 09:28
SON XƏBƏR

Ukraynada yüksək vəzifəli şəxs rüşvət alarkən saxlanılıb

İranda Ədliyyə İdarəsinin binasına od vuruldu - VİDEO

Bakıda minik avtomobili alovlandı - VİDEO

Xəbər lenti

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

28/01/2023 18:00

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40

Kök və arıq adamlar – kim daha çox ömür sürür? – MARAQLI YAPON TƏDQİQATI…

28/01/2023 17:19

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

28/01/2023 16:57

“Putin fevral və ya martda…” – ŞOK İDDİA

28/01/2023 16:52

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47

Mədəniyyət Nazirliyi ilə bağlı QƏRAR

28/01/2023 16:07

İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanıldı

28/01/2023 15:39

Bakı səfirlik əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

28/01/2023 15:31

Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb

28/01/2023 15:27

Azərbaycan səfiri İran XİN başçısına “bu, terror aktıdır” dedi: “Nəticələri gözləyirik”

28/01/2023 15:12

Çinarə nişanlısı ilə toylarından danışdı

28/01/2023 14:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.