01.01.2023, 19:48
43
baxış
Lamiyə
Yeni ilin ilk günü Mərmərəni "duman" bürüyüb
2023-cü ilin ilk bazar günü Tekirdağda duman çöküb. Şəhəri əsir götürən duman bütün Mərmərə dənizini də bürüyüb.
Medianews.az bildirir ki, Tekirdağın dəniz kənarında yerləşən Süleymanpaşa mahalı başda olmaqla, şəhərin bir çox yerində təsirini göstərən duman sürücüləri çətin anlar yaşayıb.
Mərmərə dənizində olduğu kimi yaşayış məntəqələrində də təsirini göstərən sis dəniz və quru nəqliyyatına mənfi təsir göstərib.
Günorta saatlarında şəhərə təsirini göstərməyə başlayan duman, Süleymanpaşa Malkara, Hayrabolu və Muratlını birləşdirən yollarda 10 metrə qədər azalarkən, qruplar hər hansı bir mənfilik yaşanmaması üçün tədbir görüb.
Tekirdağ mənzərəsini seyr etmək üçün şəhərin yüksək yerlərinə gələn vətəndaşlar duman səbəbindən mənzərəni seyr edə bilmədiklərini bildiriblər.
Mərmərə dənizində üzən gəmilər isə dumanın azalmasını gözləyərək Tekirdağ açıqlarında lövbər salıblar.