Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İndi nə xanı var…

Zamin Hacı
28/12/2022 09:59
167
BAXIŞ
FacebookTwitterTelegram

Naxçıvanın təzə müdiri köhnə müdirin qoyduğu qadağaların ləğv olunacağı müjdəsini vermişdir. Deyir ərazidə Vasif müəllimin kefi istədiyi qanunlar qəbul edilibdir, bu cür olmaz.

Bu arada qeyd edim ki, Talıbov azarlayıb ömrünün yerdə qalan hissəsini veteranlar çayxanasında domino oynamağa bağışlayan gündən bəri Naxçıvan əməllicə çiçəklənir. Göz dəyməsin. Lap o sovet vaxtındakı “Canlanır hər qarış yer Sumqayıtda, Xarüqələr yaradır el Sumqayıtda” mahnısı yadıma düşür. Təbii, Sumqayıtın yerinə Naxçıvan oxumaq şərti ilə.

Hərçənd Naxçıvanın özünün də yaxşı mahnıları var, məsələn, “Barı Naxçıvan”. Sözgəlişi, bu saat o mahnının sözləri fısqırıq şəkildə yerinə düşür, inanmırsınızsa gəlin birlikdə qulaq asaq, lap qol qaldırıb oynayaq:

“Səndə tarixlərin çox nişanı var,

Hər daşın köksündə ox nişanı var.

İndi nə xanı var, nə sultanı var,

Ey könül mülkümün barı, Naxçıvan, ay balam,

Ellərin sevgili yarı, Naxçıvan”.

Bəli. Artıq xan yoxdur. Xan öldü, yaşasın xan – orta əsrlərdə deyilən kimi. Lakin çox uzağa getməyək.

Mən son günlər Naxçıvandan hansı reportaja baxıramsa, çoxlu adamlar görürəm. Sanki uzun illərdir onlar Vasif müəllimin qorxusundan küçəyə çıxa bilməyibdir. Həmişə Naxçıvandan hazırlanan fotoreportajlar bizə Şimali Koreyanı xatırladardı. Kadrlarda Vasif müəllimdən başqa ins-cins gözə dəyməzdi. Bu yerdə bir Vyetnam ata sözünü yazaq, oxucularımız ləzzət alsın: “Sular enəndə qarışqalar balıqları yeyir, sular qalxanda balıqlar qarışqaları. Gərək bu dünyada nə balıq, nə qarışqa olasan. Su olmaq lazımdır”.

Vasif müəllimin kefi istəyən şəkildə qəbul elədiyi qərar və qanunlar isə bir qədər mübahisəli temadır. Mən doğrusu onlardan camaatın narazılığını bəzən anlamıram.

Məsələn, deyirlər Talıbov təndirləri, ipdən paltar asmağı (ipəzor vasitəsilə – şpilkanın milli adı alimlərimizə görə hazırda belədir, biləsiniz; təklif edirəm belə sadist üsulla söz qayıran filoloq alimlərimizə də diləzor adı qoyaq), yas yerində yemək verməyi, nə bilim, taksiçilərin küçədə bağırmağını qadağan etmişdir.

Bəyəm bunlar pisdir ki? Sivil qaydada, Parisdəki kimi yaşamaq təklif edirdi da bə. Hərə bir təndir qalayanda tüstüdən göz çıxır, üstəlik, Naxçıvanda təndir odununu haradan alasan? Meşə az, çöp yox… Hələ nə qədər gəlin təndirə çörək yapanda yıxılıb tələf olur, yanır. Çörəyi az yeməliyik. Xüsusən Naxçıvanda əti ətlə yemək yaxşıdır. Ya da kürü ilə. Biz özümüz Bakıda çörək olmayanda tort yeyirik.

Küçədə ipdən paltar asmaq da bizə yaraşmır. Bəzən Bakıda harasa gedirsən, görürsən ipdən çoxlu, üzr istəyirəm, tuman asılıbdır. Bəs abır-həya? Xalqın anası-bacısı var. Neçə gənclərimiz o paltar asqısı mövzusunda bıçaqlanıbdır.

Yas yerində ehsan qadağası bir ara hətta Bakıya gəlib çatmışdı. Lakin uca şeyximizin çoxlu belə obyektləri, mərasim evləri vardı deyə mərkəzi hökumət qərarı çox sərtləşdirmədi. Ancaq dərindən fikir verəndə görürsən müdrik qərardır. Buna görə Vasif müəllimi qınayanlara ar olsun.

Taksi sürücülərinin vahid geyimi, küçədə adam kimi sakitcə durması da yaxşı qaydalardır. Yoxsa bizdə, Bakıda bəzi metroların başından, körpülərin altından keçmək olmur. Taksi sürənlər adamı zorla tutub harasa aparmaq istəyirlər. Mənim özümü neçə dəfə “20 Yanvar”ın yanından tutub Sumqayıta, Lənkərana, Cəlilabada aparıblar.

Elə bu yazını Ələtdə düşüb, qaçıb yazdım. Biz gedənin dalıyca, gələnin qabağıyca danışmaq azarımızdan əl çəkməliyik – sözüm budur.

DAHA ÇOX OXU

export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
export

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04
Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
SON XƏBƏR

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya "Ermənistan planı"nın icrasını sürətləndirir

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq...

Mərhum sənətkarın oğlu: "Mədəniyyət nazirliyi heç başsağlığı da vermədi"

Xəbər lenti

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.