Cümə, 27 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
 
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Xüsusi səfir”in söz oyunbazlığı – “Dağlıq Qarabağ” ifadəsinin keçdiyi son sənəd

Zahid Səfəroğlu
29/11/2022 18:27
59
BAXIŞ
FacebookTwitterTelegram
 

Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz “şefi” kimi son vaxtlar sarsaq açıqlamaları ilə tez-tez gündəmə gəlir. Bu günlərdə o, klassik erməni sırtıqlığı ilə belə bir “tvit” paylaşmışdı ki, guya Qarabağda (Sarıbaba) tapılan və 2021-ci il Ermənistan istehsalı olan minaları Azərbaycan özü qəsdən (!) basdırıb. “Azərbaycan Laçın dəhlizini mübahisələndirmək üçün saxta əsaslar yaratmaq məqsədilə Ermənistan ərazisindən minaları yığışdırıb öz nəzarətindəki Dağlıq Qarabağ ərazisinə çatdırıb”, – Marukyan utanıb-qızarmadan, heyrətamiz həyasızlıqla yazmışdı.

Üstündən iki gün keçməmiş, “xüsusi səfir” başqa bir sərsəmləməsi ilə “parladı”, özünü yenə gülünc duruma saldı. Azərbaycan rəhbərliyinin, Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” anlayışı artıq yoxdur açıqlamaları ilə bağlı bildirdi ki, Azərbaycan Prezidentinin də imzası duran 10 noyabr (2020) üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi 5 yerdə keçib.

Dəhşətli kəşfdir. Hərçənd, bu qəbil açıqlamanı Paşinyandan tutmuş, XİN başçısı Ararat Mirzəyanadək, Ermənistanın digər yüksək çinli rəsmiləri də vaxtaşırı dilə gətirir, özlərinə və topluma “miatsum” təsəllisi verməyə çalışırlar. Öz aləmlərində bu yolla hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarını, hətta 10 noyabr sənədə imza atan Rusiyanın da guya eyni mövqedə durduğunu isbatlamaq istəyirlər, konfliktin bitmədiyi rəyini yaratmağa səy edirlər.

Boşuna məşğuliyyətdir və suda boğulanın “saman çöpü”ndən yapışmasına bənzəyir. Heç olmasa, ona görə ki, 10 noyabr üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi yer alsa da, orada heç bir statusdan, Qarabağda hansısa separatçı qurumun varlığından və ən əsası, onun müstəqil tərəf kimi tanınmasından söhbət getmir. Belə bir anlayış, yanaşma, qeyd yoxdur.

Digər yandan, ərzi bütövlüyü və suverenliyini bütün dünyanın tanıdığı unitar Azərbaycan dövləti kimsənin qarşısında “Dağlıq Qarabağ” anlayışına sonsuzadək sadiq qalacağı, onu saxlayacağı barədə öhdəlik götürməyib. Ona görə ki, aranlı-dağlı Qarabağ Azərbaycanın qanuni, ayrılmaz parçasıdır, hansısa eksterritorial, şərikli və yaxud mübahisəli ərazi yox! Rəsmi Bakı kapitulyasiya aktından sonra öz ərazisinin inzibati quruluşunda dəyişiklik edəndə, Qarabağ iqtisadi zonası yaradanda Ermənistandan, Rusiyadan, yaxud Fransadan icazəmi almalı idi?! Təbii ki, YOX.

Nəhayət, haylar tam əmin ola bilərlər: 10 noyabr yazılı anlaşmasında “Dağlıq Qarabağ” ifadəsi varsa belə, daha olmayacaq! Bu, Azərbaycanın Ermənistanla imzaladığı və həmin ifadəsinin keçdiyi sonuncu ortaq sənəddir. O da yəqin ki, Rusiya sülhməramlı qüvvələrin dislokasiya yerini daha dəqiq göstərmək naminə istifadə olunub.

Bu da daşdan keçən başqa dəlil-sübutlar. 44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan, Rusiya və Avropa İttifaqının imzaladığı çoxtərəfli sənədləri nəzərdə tuturuq. Onlara diqqət edək:

11 yanvar 2021-ci üçtərəfli Moskva Bəyanatı – “Dağlıq Qarabağ” ifadəsi yoxdur;

26 noyabr 2021 üçtərəfli Soçi Bəyanatı – cəmi bircə dəfə, o da konfliktlə bağlı istifadə olunub;

14 dekabr 2021-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;

6 aprel 2022-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;

23 may 2022-ci il üçtərəfli Brüssel sənədi – yalnız “Qarabağın etnik erməni əhalisi” ifadəsi var;

6 oktyabr 2022-ci il 4-tərəfli (+Fransa) Praqa anlaşması – yoxdur;

31 oktyabr 2022-ci il Soçi Bəyanatı – yoxdur.

Göründüyü kimi, məlum ifadə 10 noyabr 2020-ci ildən sonra, 2 il ərzində qəbul edilmiş 8 sənədin yalnız birində (26 noyabr Soçi Bəyanatı), Rusiya sülhməramlı kontingentin dislokasiya yeri ilə bağlı giriş hissədə istifadə olunub: “Dağlıq Qarabağ münaqişəsi zonası” sözləri şəklində. Yəni keçmiş münaqişənin ərazisi olaraq.

Lakin ondan sonra, eləcə də digər 6 sənəddə bir daha işlədilməyib. Özü də bunu Paşinyan öz imzası ilə dəfələrlə təsdiq də edib! Odur ki, onun komanda üzvləri, marukyanlar nə qədər özlərinə tez gəlsələr, xam xəyalların qanadında uçmaqdan bezib göydən yerə ensələr, bir o qədər öz bədbəxt xalqına yaxşılıq eləmiş olarlar. Çünki kapitulyant ölkəyə hava-su kimi lazım olan böyük sülhü yaxınlaşdırmış olarlar…

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
Köşə

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq…

28/12/2022 10:00
SON XƏBƏR

46 yaşlı Xalq artisti Rapunzel oldu - FOTO

Pərviz Türkanı bu cazibədar xanıma dəyişdi - Onun yeni duet ortağı GÖRÜN KİMDİR - VİDEO

Rusiyalı iş adamının ölümü də “qətlə yetirilmişlər” siyahısına salındı

Xəbər lenti

Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb

27/01/2023 05:01

ABŞ-dan Suriyadakı bazalarına yeni qüvvələr

26/01/2023 22:38

“Çelsi” komandadan 4 ulduz futbolçunun göndəriləcəyini açıqlayıb

26/01/2023 22:16

Nazir Çavuşoğlu: Üçtərəfli görüşün mənası yoxdur

26/01/2023 22:00

Məşhur DJ-in cansız bədəni zibillikdəki çamadandan çıxdı – Evli sevgilisi saxlanıldı

26/01/2023 21:46

Venesuela prezidenti Maduro Türkiyə nümayəndə heyətini qəbul edib

26/01/2023 21:34

Gizlincə izlədiyi həyat yoldaşını güllələdi – ANBAAN VİDEO

26/01/2023 21:22

Yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib

26/01/2023 21:15

Almaniyada daha bir rus agenti yaxalandı – Film kimi ƏMƏLİYYAT

26/01/2023 21:07

Sağlamlıq arayışı çox bahadır deyən deputata – TƏBİB-dən cavab

26/01/2023 21:00

İsrail qüvvələri qaçqın düşərgəsinə basqın edib: 4 fələstinli həyatını itirib

26/01/2023 20:45

“Toppuş bacı”nın ölümü ilə bağlı yeni iddia – VİDEO

26/01/2023 20:41

Laboratoriyada günəş alovu təcrübəsi

26/01/2023 20:30

Rusiya ordusunun Kiyevə hava zərbəsi: 1 ölü, 2 yaralı

26/01/2023 20:18

Aydın Caniyev həbs olundu

26/01/2023 20:04

Almaniyada hər dörd gəncdən biri yoxsulluq riski altındadır

26/01/2023 20:02

Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

26/01/2023 19:18

Gömrük İdarəsində əməliyyatda saxlanılanların adları açıqlandı- Rəsmi

26/01/2023 19:16

Evdən qaçaraq sevgilisinin evinə sığınan gənc qızın acı sonu – VİDEO

26/01/2023 18:34

Açıq-saçıq fotolarına görə mühakimə olunan feomen məhkəməyə bu geyimdə gəldi – FOTOLAR

26/01/2023 18:29

“Squşonnı”nın bahalaşmasına RƏSMİ REAKSİYA

26/01/2023 18:04

Prezidentdən əfv fərmanı: Rəşad Dağlı azad olunacaq? – VİDEO

26/01/2023 17:54

Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi

26/01/2023 17:40

5 ulduz futbolçu “Mançester Siti”ni tərk edir – ADLAR

26/01/2023 16:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.