Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qarabağ təcrübə poliqonu deyil, cənab Putin

Zahid Səfəroğlu
28/11/2022 13:23
34
BAXIŞ
FacebookTwitterTelegram

Dünən Azərbaycan Prezidenti bir daha bəyan elədi ki, Bakı heç bir ölkə ilə, heç bir beynəlxalq təşkilatla Qarabağdan danışmayacaq. “Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. Bunu da İlham Əliyev net şəkildə bildirdi.

Mesaj sözsüz ki, ilk növbədə ölkəmizə qarşı ifritə siyasətini davam etdirən Rusiyaya ünvanlanıb. Qarabağ anklavında bir ovuc erməni separatçısı ilə əl ələ verib “dövlətcik” oyunu oynayan, suverenliyimiz və ərazi bütövlüyümüz əleyhinə yüz hoqqadan çıxan şimal qonşumuza; sülh müqaviləsinə israrla “status” bəndi soxuşdurmaq istəyən Kremlə; Bakının sərt etirazlarına rəğmən, bülletenlərində iki ildir həyasızcasına saxta erməni toponimlərindən, “Dağlıq Qarabağ”, “Qarabağ ordusu” ifadələrindən istifadə edən Rusiyanın Müdafiə Nazirliyinə!

Dövlət başçısının yuxarıdakı xəbərdarlığı Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayevin ölkəmizə səfərindən cəmi bir gün sonraya təsadüf eləməsi ilə də diqqət çəkir. Demək, ehtimal böyükdür ki, rus diplomat bu dəfə də Bakıda “status” söhbəti edib.

Amma əbəs yerə. Belə oyunlar keçməz. Əgər Moskvada xəyal edirlər ki, Azərbaycan dövlətinin altına 1923-cü ildəki kimi yenə “muxtariyyət” bombası qoya biləcəklər, yanılırlar. Azərbaycan artıq Azərbaycan SSR-i, hansısa “müttəfiq respublika” deyil ki, Kremlin direktivləri ilə oturub-dura. BMT-nin, digər beynəlxalq və regional təşkilatların, o sırada Türk Dövlətləri Təşkilatının üzvü olan, özünə güvəni, güc-qüdrəti olan müstəqil dövlətdir. Bölgənin açar ölkəsidir. Nəhayət, qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqliyə malik, onunla “ət-dırnaq” qədər yaxın, doğma ölkədir.

Düzdür, Qarabağda müvəqqəti də olsa, bizim razılığımızla Rusiya hərbi kontingenti yerləşib. O da uzağı, 2025-dək. Təkrar edirik, MÜVƏQQƏTİ! Yəni Moskva unutmasın ki, bu, heç də Gümrüdəki kimi, Rusiya hərbi bazası deyil. Azərbaycanda Rusiya hərbi bazası yoxdur! Sonuncu rus bazası Qəbələ RLS idi ki, o da 2012-də çıxarıldı. Özü də Putinin dönəmində! Odur ki, müddət bitəndə, razılığımız olmazsa, rus “sülhməramlıları” da şələ-kütlələrini götürüb geri dönməli olacaqlar.

WhatsApp Image 2022-11-26 at 13.20.27.jpeg (52 KB)

Hərgah, istisna deyil ki, ona qədər Kreml Azərbaycana qarşı hansısa məkrli oyun qursun. Məsələn, dünən belə bir fikrə rast gəldim ki, əgər Azərbaycan anklavda antiterror əməliyyatına başlasa, Rusiya orada 1-2 hərbçisini qəsdən qurban verə və bu bəhanə ilə Qarabağa ordu yeridə bilər. Təbii ki, ərazimizdə əbədi qalmaq üçün (Cənubi Osetiya ssenarisi).

Moskva heç bir quru sərhədi olmayan Qarabağda bu boyda riskə gedərmi? Hər şey qırağa, Kremldə bəyəm Şuşa Bəyannaməsini oxumayıblar? Bu, Putinin öz imzasını unutduğu 22 fevral (2022) Moskva Bəyannəməsi deyil e. Şuşa Bəyannaməsidir. Türkiyə isə Rusiyadan fərqli olaraq tarix boyu öz öhdəliyinə, imzasına sadiq qalan ciddi dövlətdir – o ki ola Azərbaycanla bağlı götürdüyü və parlamentin də ratifikasiya elədiyi öhdəliyə. Osmanlı Türkiyəsi 1918-ci ildə özünün ağır durumunda belə bizə qardaş köməyi göstəribsə, indiki qat-qat güclü vəziyyətində o, tərəddüdsüz bina gedəcək. Azərbaycan soxulan qarşısında Türkiyəni görəcək və əksinə!

Yeri gəlmişkən, İlham Əliyev dünənki çıxışında “Türkiyənin ordusu bizim ordumuz, bizim ordumuz Türkiyənin ordusudur” ifadəsini də işlətdi. Əla ismarışdır və yenə öncəliklə “Ukrayna bataqlığı”nda çapalayan və hələ uzun müddət orada qalacaq Rusiyaya ünvanlıdır.

Məgər Moskva barmaqla sayılan tərəfdaşlarından olan Azərbaycan və Türkiyənin ona qarşı “İkinci cəbhə” açılmasını arzulayır? Hansı ki, Qərb üçün göydən düşmə olardı. Biz hələ nüvə dövləti, qardaş Pakistanın, İsrailin, lap elə Qərbin özünün bizə dərhal işə düşəcək hərbi vı başqa dəstəyini demirik. Bu ki, Rusiya üçün tam fəlakət olar və imperiyanın sonunu tezləşdirər.

Düşünmürük ki, Kremldə bütün bunları hesablaya bilən başlar yoxdur. Odur ki, məsləhətdir Rusiya Qarabağda özünü ağıllı və sakit aparsın, qaşınmasın. Əsəblərimizlə oynamasın, ərazi bütovlüyümüzə və suverenliyimiz əleyhinə çirkin planlar qurmasın. Donbas, Krım ssenarilərinin Qarabağa daşınmasına əbəs cəhdlər göstərməsin. Nəhayət, olan-qalan tərəfdaşlarını küsdürməsin.

Qarabağ sizə cürbəcür eksperimentlər aparmaq üçün poliqon deyil, cənablar! Qarabağ nə Donbas və Krım, nə də Abxaziya, yaxud Cənubi Osetiyadır, yoldaş SSRİ sevdalısı Putin və… nida işarəsi!

DAHA ÇOX OXU

1-MANŞET

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05
export

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43
1-MANŞET

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30
1-MANŞET

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06
export

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53
export

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45
SON XƏBƏR

Azərbaycan əsilli futbolçu və ailəsi İranda təhdid olunurlar - FOTO

Prezident onu AZƏRTAC-a sədr təyin etdi

"Dövlət uşaq pulu verməkdən niyə imtina edir" - Hüquqşünas DETALLARI AÇIQLADI

Xəbər lenti

İctimai nəqliyyatda yeni tariflər- CƏDVƏL

31/01/2023 17:05

Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı – VİDEO

31/01/2023 16:43

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34

Tarif Şurası dərmanları da BAHALAŞDIRDI

31/01/2023 16:30

Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI

31/01/2023 16:06

Dəhşətli cinayətin təfərrüatı: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

31/01/2023 15:53

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: “Əgər xanım tək yaşayırsa…” – VİDEO

31/01/2023 15:45

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

31/01/2023 15:42

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

31/01/2023 15:40

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

31/01/2023 15:32

Saakaşvili reanimasiyaya yerləşdirilir

31/01/2023 15:16

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31/01/2023 15:13

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

31/01/2023 15:03

“Qarabağ”ın yeni transferi “Gent”lə oyunda iştirak edə bilməyəcək – SƏBƏB

31/01/2023 14:51

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

31/01/2023 14:50

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? – Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31/01/2023 14:48

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

31/01/2023 14:46

Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – TƏFƏRRÜAT

31/01/2023 14:45

????????????????????????????????????

Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

31/01/2023 14:36

Mərkəzi Bankdan MƏLUMAT: “Sabah saat 10:00-da…“

31/01/2023 14:35

Yeni nazir müavini bu məşhur şəxsin NƏVƏSİDİR – FOTO

31/01/2023 14:33

İpoteka kreditləri əldə etmək istəyənlərə ŞAD XƏBƏR

31/01/2023 14:26

Bakıda lüks avtomobillər toqquşdu – FOTOLAR

31/01/2023 14:23

DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ

31/01/2023 14:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.