Medianews.az
Koreya yarımadasında vəziyyət gərginləşir- Şimali Koreya səmaya 180 təyyarə qaldırdı
115 baxış

Koreya yarımadasında vəziyyət gərginləşir- Şimali Koreya səmaya 180 təyyarə qaldırdı

Cənubi Koreya Baş Qərargahı yerli vaxtla saat 11:00-dan 15:00-a qədər Şimali Koreyanın hava məkanında 180-dən çox hərbi təyyarə aşkar edib. Medianews.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı tədbirlər həyata keçirilib. Belə ki, Şimali Koreya ordusunun hərəkətlərinə cavab olaraq, Cənubi Koreya Hərbi Hava Qüvvələrinin 80 F-35A təyyarəsi hava məkanına qaldırılıb. Qeyd edək ki, Cənubi Koreya ABŞ-la birgə hərbi təlimlər həyata keçirir. Ümumilikdə, təlimlərdə 240 döyüş təyyarəsi və çox sayda şəxsi heyət iştirak edir. Cənubi Koreya Hava Qüvvələrinin 140 təyyarəsi ilə yanaşı təlimlərdə F-35A, F-15K, KF-16 və KC-330 təyyarələri də iştirak edir. Həmçinin, ABŞ ordusuna məxsus U-2 kəşfiyyat təyyarəsi və çoxsaylı EA-18 qırıcıları ərazidə birgə təlimləri iştirak edəcək. Heç şübhəsiz ki, indiki şəraitdə Koreya yarımadasında gərgin vəziyyət müşahidə edilir. Zəfər

Bizə qoşulun