Medianews.az
Hakerlər Moskvanı bir-birinə qatdı - ANBAAN VİDEO
384 baxış

Hakerlər Moskvanı bir-birinə qatdı - ANBAAN VİDEO

Rusiyanın paytaxtı Moskvada “Yandex Taxi”ni hədəfə alan hakerlər paytaxtda çətin anlar yaşadıb. Bu barədəd Medianews.az “cnnturk”ə istinadən xəbər verir. Belə ki, “Yandex Taxi”dən maşın sifariş verən hakerlər maşınları Kutuzovski prospektində yerləşən ünvana yönəldiblər. Bütün taksi sürücüləri eyni ünvana doğru hərəkət etdikcə Moskva küçələrində çaşqınlıq yaranıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik departamenti taksilərə süni sifariş cəhdlərini dərhal dayandırıb. Lakin bu yaranan süni tıxacın qarşısını tam almayıb. Hücumlara görə məsuliyyəti heç kim üzərinə götürməyib. Lakin bu hadisələrin Ukraynanın işğalına etiraz etmək istəyən hakerlər tərəfindən təşkil edildiyi güman edilir. Xanlar Əlibəy Medianews.az [embed]https://twitter.com/i/status/1565374657020174337[/embed]  

Bizə qoşulun