Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması barədə xəbər vermişdik.
Medianews.az xəbər verir ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədovun köməkçisi polkovnik Zaur Mirzəyev nazirliyin üç xanım əməkdaşıyla ayrı-ayrı vaxtlara iş kabinetdə intim münasibətdə olub və prosesi videoaya çəkib.
Sözügedən hadisə sosial mediada geniş müzakirələrə yol açıb.
Sosial media istifadəçiləri həmin polkovnikin bu videoları özünün çəkdiyini bildirərək onu tənqid və təhqir ediblər.
Onu da qeyd edək ki, kadrların 2014-cü ildə çəkildiyi bildirilir. Əvvəlcə bu görüntülərin başqaları tərəfindən çəkildiyi iddia olunurdu. Amma sonradan yayılan digər görüntülərlə intim videoların Z. Mirzəyevin özü tərəfindən çəkildiyi təsdiqini tapdı. Belə ki, görüntülərdən birindən onun kameranı necə nizamladığı görünür.
Medianews.az