Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib.
Medianews.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Departamentin mətbuat katibi Hayk Kostanyan partlayışdan sonra ticarət mərkəzində yanğın baş verdiyi üçün hazırda yanğınsöndürmə qruplarının hadisə yerində olduğunu qeyd edib.
“Yanğına “2 nömrəli” artan çətinlik dərəcəsi verilib. Daxili İşlər Nazirliyinin İrəvan Şəhər Xilasetmə İdarəsinin xilasetmə hissəsinin 6 yanğınsöndürən-xilasetmə qrupu həmin yerə yola düşüb”, – deyə bildirilib.
***
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sarkis Hovhannisyan, parlamentin spikeri Alen Simonyanın hadisə yerində olduğu qeyd edilib.