Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb.
Ermənistan news.am nəşrinin məlumatına görə, 2022-ci ilin birinci yarısında “Zvartnots” hava limanında sərnişin axını 1 323 811 nəfər təşkil edib (665 940 nəfər gəlib, 657 871 nəfər gedib).
Bu dövr ərzində “Şirak” hava limanında sərnişin axını 32 557 nəfər (15 668 nəfər gəlib, 16 889 nəfər gedib) təşkil edib.
Cari ilin birinci yarısında gələnlərin sayı (hər iki hava limanının məlumatlarını nəzərə almaqla-red) 681 608 nəfər təşkil edib. Qeyd olunan dövr ərzində Ermənistandan gedənlərin sayı 674 760 nəfərdir.
Xatırladaq ki, 2021-ci ilin ilk altı ayı ərzində Ermənistanı hava yolu ilə 416 040 nəfər tərk edib.
Belə çıxır ki, 2022-ci ilin birinci yarısında Ermənistanı hava yolu ilə tərk edənlərin sayı 60 faiz artıb.