Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ey mənim ana dilim

Zamin Hacı
02/08/2022 13:48
7
BAXIŞ
FacebookTwitterTelegram

“Kor kora deyər çırt bu yandakı gözünə”

(Azərbaycan ata sözü)

Öncə mən zəhmətkeşlərimizi 2 avqust Milli Kino Günü münasibətilə təbrik edirəm. Azərbaycan kinosu dünyada çox vacib yerlərdən birini tutur. Mən dəqiq bilirəm, Fransada universitetlərdə tələbələrə “Necə kino çəkmək olmaz” mövzusunu “Azərbaycanfilm” üzərindən öyrədirlər, bu da çox böyük uğurlarımızdan sayılır.

Kinoya hörmətimiz kinostudiyanın həyətində kafe açmaq, oranın müdirini telekanala, telekanalın müdirini oraya müdir qoymaq, gənc rejissorlara maşın almaq, aktyorlara xalq artisti adı vermək, gəlin köçən aktrisalara ehtiyat fonddan cehiz almaq kimi mühüm işlərdə özünü göstərir.

Azərbaycan kinosunun xarakterik cəhətləri nədir? Birincisi, bizim istənilən filmimizdə bayquş ulamalıdır. İkincisi, qəbiristanlıq və başdaşılar arasında vurnuxan adamlar göstərilməlidir. Üçüncüsü, bir topa adam harasa at çapmalıdır, bu zaman “din-din-dindirridim” musiqisi olmalıdır. Dördüncüsü, ən əsası, bizim kinoda mütləq, hətta yazı prinsiplərimdən qırağa çıxaraq bunu böyük hərfə yazıram, MÜTLƏQ toy olmalıdır. Toysuz Azərbaycan kinosu sarımsaqsız xaş, xınasız gəlin, qara kostyumsuz bəy, sağlıq deməyən qudalar kimi bir şeydir. Hətta mən sizə eksperiment təklif edirəm: internetdə kino axtarın, onun adına baxmadan istənilən dəqiqəsindən baxmağa başlayın. Əgər toya “düşdünüzsə”, o kinonun Azərbaycan filmi olması ehtimalı 110 faizə bərabərdir.

Bu baxımdan, beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanda hamı evlənir, qəbiristanlıqda gəzişir, at çapır, bayquşlarımız ulayır. Vəssalam. Bizim dünyaya açdığımız pəncərə budur. Bir də indi təzə şey – yaylaq festivalı çıxıb, inşallah, yaxın vaxtlarda bunu şərh eləyərik, çox önəmli mövzudur.

Üstəlik, bu il milli kino günümüzü bazburutlu eləyən detallardan biri nədir? Ay sağ olasan: onun “zerkalnı” nömrəyə düşməsi. 08.2.2022. Belə şeylər milyon ildə bir dəfə olur. Rəqəmlərin sehrinə aludə olmalıyıq. 2 avqust 2022 mənalı, müqəddəs rəqəmdir. Çünki burda 4 dənə 2 var. Dördü ikiyə vuranda da 8 – ayın sıra nömrəsi alınır. Səkkizi ikiyə vursaq 16 eləyir. 16-nı 2-yə vuranda 32 eləyir. 32-dən 4 çıxanda 28 qalır. 28 isə mükəmməl ədədlər sıralamasında 2-ci yeri tutur. Buradan əziz dostum İsmixan müəllimə sərin salamlar göndərirəm (atəşin salamları qışda göndərəcəyik) və keçid alıram başqa mövzuya.

Mövzu isə odur ki, mən ana dilimizi paçti bilmirəm. Əgər bilsəydim, bayaq milli kino günü ifadəsini böyük hərflərlə başlamalıydım. Hələ bu zəhləmgetmiş “keçid alıram” ifadəsi nə idi? Yox bir, keçi alıram. Bunu efirdə tez-tez deyən aparıcıları kaş dilindən tutub yerüstü keçidlərdə ayaqsilən kimi istifadə edəydilər (çox amansız yanaşmadır, başa düşürəm, lakin ana dili mövzu olanda, biz heç anamıza da aman vermərik).

Bəli, sən demə, 1 avqust da bizim ölkədə ana dili günüdür. Niyə bu gündür, şəxsən xəbərim yoxdur. Yəqin vəzifəli yoldaşlardan kimsə məhz 1 avqustda dil açıb danışıbdır – başqa variantınız varsa, bu yerə özünüz yazın, mənim fantaziyam bura qədər.

Uşaqlarını rus məktəbinə qoyan, şəhərində ana dilində bir dükan adı da tapılmayan, “ölüsü ilə ərəbcə”, dirisi ilə ingiliscə danışan millətin ana dili günü var. Allah sənə min şükür.

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
Şərqi Zəngəzura “Böyük Qayıdış” – gözün aydın, VƏTƏN (daş) !!!
Köşə

Şərqi Zəngəzura “Böyük Qayıdış” – gözün aydın, VƏTƏN (daş) !!!

20/07/2022 11:56
SON XƏBƏR
Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

Qazilərdən birdəfəlik ödənişlə bağlı AÇIQLAMA – MİNNƏTDARLIQ

Qazilərdən birdəfəlik ödənişlə bağlı AÇIQLAMA - MİNNƏTDARLIQ

III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir

III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir

Xəbər lenti

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21

Polis rəisi ağır qəza törətdi – Ölən var

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17

Bakıda şagird faciəvi şəkildə öldü

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

08/08/2022 10:07

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

08/08/2022 10:05

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

08/08/2022 10:03

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

08/08/2022 09:44

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40

Daha bir əsgərimiz Laçında həlak oldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

08/08/2022 09:27

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

08/08/2022 09:13

Çanaqqalada meşə yanğını söndürülüb

Çanaqqalada meşə yanğını söndürülüb

08/08/2022 09:01

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

08/08/2022 09:01

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

08/08/2022 07:32

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

08/08/2022 07:15

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

08/08/2022 06:56

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

08/08/2022 06:37

Erməni hərbçi Göyçə gölündə boğuldu

Erməni hərbçi Göyçə gölündə boğuldu

08/08/2022 06:22

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

08/08/2022 06:09

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

07/08/2022 23:02

“Neftçi”nin qapıçısının burnu sındı

“Neftçi”nin qapıçısının burnu sındı

07/08/2022 20:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.