Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanlı olmaq asanmı?

Vahid Qazi
27/07/2022 11:45
70
BAXIŞ
FacebookTwitterTelegram

“Adamlar və kitablar” silsiləsindən


Rəhman Bədəlovun “Легко ли быть азербайджанцем? Диалоги с самим собой” (“Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabını Azərbaycanda Maarifçi Hərəkatın 150 ildə keçdiyi yola, 100 il qabaq başlayıb hələ də bitməyən millətləşmə prosesinə, milli kimliyimizə baxış toplusu da, 85 yaşlı filosofun ömür müşahidələrindən fəlsəfi memuar da adlandırmaq olar.

Burada yazılanlara keçmişlə, bugünlə yanaşı, gələcəkdən boylanış da deyərdim – “milli kimlik”in öz yerini “planetar kimlik”ə verməkdə olduğu iddia edilən bir zamanda azərbaycanlı olmaq, yaxud qalmaq asanmı?

Nədir azərbaycanlı olmaq?

Müəllif kitabın sonuncu bölümündə bu suala dekonstruksiya fəlsəfi təlimindən cavab axtarır. Əslində heç cavab da vermir, sadəcə, “azərbaycanlı” məfhumunu “sökür”, onu tarix, coğrafiya, dil, ənənə, ailə, etnik, adət və sairə kimi çoxsaylı “hissəciklərə” bölür, ayrı-ayrılıqda təhlil edir. Amma yiğib, “azərbaycanlı olmaq”ı tam konstruksiyanı halına gətirmir. Oxucunu 150 illik suallarla baş-başa qoyur.

Və bütün bunlar nostalji xatirələr, nigaran, ağrılı düşüncələr, eyni zaman üzülməyən ümidlər işığında yazılır.

İki səhifəlik (209-210) “Bu ölkəni kim xilas edəcək?” adlı bölümü mənə görə kitabın “onurğa beyin” hissəsidir. Suala toplumdan gələn cavabların (“gənclik”, “xalqın birliyi”, “Əli bəy”, “cənab prezident” və s. ) fövqünə müəllif öz cavabını çıxarır – “düşünmək cəsarəti” (“sapere aude”) deyir, əslində Maarifçiliyə davam deyir.

Toplumda “düşünmək cəsarəti” oyatmağa can atan qocaman filosof toplumun düşünən kəsiminə “qərarvermə cəsarəti” nümunəsi göstərməli deyilmi? Kitab boyu belə nümunə – “dağın o üzünə aparan yola” tanışlıq verən fikir gəzdim.

İstərdim, kitab geniş müzakirələrə səbəb olsun, xüsusilə gənclər arasında. Məsələn, Ağalar Qutun “Aşma”sı kimi. Xatırlayanlar qoymaz yanlış yazım – “Aşma” təkrar-təkrar nəşr olunmuşdu, gənc ictimai fəalların masaüstü kitabına çevrilmişdi. Hətta mən də “Aşılası aşmalar” adlı yazı yazmışdım o kitab haqda.

Bəs Rəhman Bədəlovun kitabı necə, geniş müzakirələrə səbəb olacaqmı? İnanmaq istərdim, amma məncə yox! Niyə?

Rəhman müəllimin “dialoqlar”ında tək heyfsləndiyim kitabın rusca yazılmasıdır. Qəti fikrimdir ki, bu cür kitablar – azərbaycanlıya özünü, dünyanı, keçmişini, bugününü, sabahını anladan kitablar azərbaycanca yazılmalı, yaxud tərcümə edilməlidir. Azərbaycandilli gənc ictimai-siyasi düşünərlərin hər deyəndə yazılmayan, milli təfəkkürün formalaşması və inkişafına təkan verən belə kitabları oxuması, anlaması, ictimai müzakirələrə çıxarması və müəllifin altını tez-tez cızdığı “cəsarətli düşüncə” sahibinə çevrilməsi üçün bu, vacibdir. Yuxarıda adını çəkdiyim “Aşma”nın geniş oxucu kütləsində maraq oyatmasının əsas səbəblərindən biri Azərbaycan dilində yazılmasıdır – öz dilində öz xalqı haqda fəlsəfi fikirlərə ac oxucuya göydəndüşmə kitab idi.

Neçə il öncə yarım əsrlik Azərbaycan İntibahının (1870-1920) parlaq nəticəsi olan Cümhuriyyət və onu qurmuş insanlardan bəhs edən yazıların birini “Özünü axtaranlar ölkəsi” adlandırmışdım. Həsən bəy Zərdabidən üzü bəri nə qədər “özünü axtaran”, yəni millət yaradanlarımız var. Rəhman Bədəlov da onlardan biri, günümüzün “özünü” və “milli kimliyini” axtaran, həm də göstərən azsaylı böyük düşünərlərimizdən, müasir fəlsəfi fikrimizin öncüllərindəndir.

Oxucu kimi Rəhman Bədəlovdan yüzillik bağlı suallara açıq cavablar gözlədim. “Bu ölkəni kim xilas edəcək?” sualına “azərbaycanlı olmaq asanmı” cavabını aldım.

“Hələ heç kim sübut etməyib: azərbaycanlı olmaq asandırmı? Asan olmalıdırmı…” – kitab bu sözlərlə bitir.

Yaşadığı topluma, ölkəyə, zamana biganə qalmayan hər kəs üçün maraqlı düşüncə “yemi”dir, kitabı oxumağı dostlara tövsiyyə edirəm.

Vahid Qazi

İyul 2022

Helsinqborq, İsveç

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
Köşə

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq…

28/12/2022 10:00
SON XƏBƏR

Emin Əmrullayev: “Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib”

Bakıda parkda 15 yaşlı oğlan yumruqla öldürülüb

19 yaşlı qız Mingəçevir qəbiristanlığında evli sevgilisini bıçaqlayıb

Xəbər lenti

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.