Bazar ertəsi, 15 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xəzərdə balıqlar üzür

Zamin Hacı
06/07/2022 10:16
25
BAXIŞ
FacebookTwitterTelegram

“Min riştəyə türfə ləl çəksəm,

Min rövzəyə nazənin gül əksəm,

Qılmaz ona heç kim nəzarə,

Derlər gülə xar, lələ xarə”

(Füzuli)

Zəhmətkeşlərimiz ancaq pis xəbərlər oxumağa öyrəşiblər, bu işdə mətbuatın, telekanalların, jurnalistlərin də günahı çoxdur. Örnək üçün, haçan baxsan yol qəzaları, bədbəxt hadisələr haqda xəbər oxuyur, eşidir, görürük. Filan yerdə maşınlar toqquşdu, neçə adam öldü, nazirin nəvəsi yüz milyonluq maşınla camaatı basdaladı, nə bilim, sel gəldi kəndi apardı.

Eyni zamanda xoşbəxt hadisələr də olur axı! Niyə biz “Bu gün Kürdəmirdən Bakıya gələn maşın sağ-salamat çatmışdır”, “Nazirin gəlini camaatı maşına mindirib gəzdirdi”, “Kəndə su gəlir, əhali bostanı və camışları suvarır” tipli xəbərlər də verməyək? Sanki sadomazoxist bir cəmiyyətdir. Yalnız pis, qorxunc, dəhşətli xəbərlər oxumaq istəyir. Yenə Allaha şükürlər olsun, AzTV, İTV kimi kanallarımız var, oradan davamlı xoş xəbərlər alırıq, relaks oluruq (son vaxtlar yazılarımda istifadə eləmək üçün xarici sözlər əzbərləyirəm).

Bu yaxında deputatlar öz maaşlarını artırmaq haqda qanun qayıranda qışqırışma, şivən düşdü. Seçicilər narazılıq edirdilər. Lakin iki gün qabaq bir informasiya agentliyi deputatların öz pul təminatının hansısa hissəsini – uzun söhbət idi, açığı, heç özüm də başa düşmədim – ləğv etdiklərini paylaşdı. Gəlin görək bu xəbəri neçə adam yaydı? Bir nəfər də yaymadı! Çünki xalq deputatları yalnız pis gözlə görməyə alışıbdır. Axı onlar sizin seçdiyiniz adamlardır (ola bilər bu yazıdan sonra mənim burnum xeyli uzansın). Niyə belə eləyirsiniz, rəhmətlik Alimpaşa müəllim demişkən.

Yaxud başqa xəbərə nəzər salaq: “Son aylarda kəskin narazılığa səbəb olan nazir istefa verdi”. İyulun 3-də oxumuşam, çox uzaq vaxt da deyil. Lakin xalq bunu oxumaq istəmir. Statistikasını təkrar açıb baxdım, iki gün ərzində cəmi 1340 adam tərəfindən oxunmağa məruz qalmışdır.

İndi gəlin özümüzə sual verək ki, əhali niyə aşkar edib götürdüyü bu məlumatı izləmək istəmir? O boyda nazir istefa verib. Hansısa rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə əməliyyat müvəkkili, prokurorun köməkçisi, ya da, nə bilim, təhsil şöbəsində rəqslərə quruluş üzrə müavin deyil e bu. Birbaşa nazirdir. Özü də son aylarda kəskin narazılığa səbəb olmuşdu. Lakin nə xəbəri oxuyuruq, nə də tik-tokda hırıldaşırıq. Halbuki Argentinanın iqtisadiyyat naziri Martin Quzmanın istefa verməsi vacib xəbər idi.

Xəzərdə ekoloji problemlərdən çox yazırlar. Dəniz neçə ildir, türkün sözü, dala verməkdədir və bu, oliqarx məmur ordumuza böyük çətinlik yaradır. Hər dəfə villanı, onun hasarını bir az qabağa çəkməklə məşğul olurlar. Sürət belə getsə, uzağı on ilə məmurlarımızın villasının pəncərəsi birbaşa Türkmənistan sahilinə açılacaq, türk dünyası birləşəcək, Turan qurulacaq. Mövzum bu deyil, inşallah, başqa vaxt buna qayıdarıq. Tanrı türkə yar olsun, Şəmistan müəllim demişkən.

Söhbəti ona gətirirəm ki, Xəzərin qurumasından danışan ekoloqlar hər dəfə burada balıqların azaldığını söyləyirlər. Deyir çayların qabağını elektrik stansiyaları kəsir, qlobal istiləşmə suyu buxarlandırır, dənizimizdə balıqlar yoxa çıxır, plyaja hasardakı deşikdən baxmağın qiyməti əlli manatdır və sairə. Ancaq bunu yazanlar, deyənlər müsbət bir faktı uzun illərdir bizdən gizlədirmiş: sən demə Xəzərdə balıq varmış!

Dəhşətdir. Axı belə bir faktı xalqdan nə cür gizlətmək olar? Bu nə amansızlıqdır?

Belə getsə sabah uçan boşqabların da olduğunu öyrənəcəyik.

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
Beqlaryanın Şuşa kilsəsində kəsilən kəbini, yoxa çıxan Təpəbaşı məhəlləsi

Beqlaryanın Şuşa kilsəsində kəsilən kəbini, yoxa çıxan Təpəbaşı məhəlləsi

Xalqı narahat edən şeylər – audiovizual və individual baxış

Xalqı narahat edən şeylər – audiovizual və individual baxış

Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb

Xəbər lenti

Ukraynada hərbi vəziyyət uzadıldı

Ukraynada hərbi vəziyyət uzadıldı

15/08/2022 22:37

Paytaxtın bu yollarında sıxlıq var – Siyahı

Paytaxtın bu yollarında sıxlıq var – Siyahı

15/08/2022 18:37

Cüdoçumuz İslamiadada qızıl medal qazandı

Cüdoçumuz İslamiadada qızıl medal qazandı

15/08/2022 18:16

“İcra hakimiyyəti bütün küçələri zəbt edib” – Sabiq deputat

“İcra hakimiyyəti bütün küçələri zəbt edib” – Sabiq deputat

15/08/2022 17:28

“Caliber”: Basqaldan Ermənistana və bütün dünyaya mesajlar – VİDEO

“Caliber”: Basqaldan Ermənistana və bütün dünyaya mesajlar – VİDEO

15/08/2022 17:27

Səlim Müslümov büdcəyə 20 milyon ödəyib

Səlim Müslümov büdcəyə 20 milyon ödəyib

15/08/2022 17:21

Şahdağ Milli Parkında yanğın başlayıb

Şahdağ Milli Parkında yanğın başlayıb

15/08/2022 17:01

“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” – Rafiq Əliyev

“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” – Rafiq Əliyev

15/08/2022 16:39

Laçından çıxan ermənilər qəbirləri dağıdırlar – VİDEO

Laçından çıxan ermənilər qəbirləri dağıdırlar – VİDEO

15/08/2022 16:24

Ermənilər Laçında meşəni yandırdı – Video

Ermənilər Laçında meşəni yandırdı – Video

15/08/2022 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi XƏBƏRDARLIQ etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi XƏBƏRDARLIQ etdi

15/08/2022 15:36

Milyonçunun narkoz əvəzinə mahnısını seçdiyi, sonra avtomobil bağışladığı MÜĞƏNNİ KİMDİR? – VİDEO

Milyonçunun narkoz əvəzinə mahnısını seçdiyi, sonra avtomobil bağışladığı MÜĞƏNNİ KİMDİR? – VİDEO

15/08/2022 15:26

İslamiada: Cüdoçumuz qələbə ilə başladı – YENİLƏNİB

İslamiada: Cüdoçumuz qələbə ilə başladı – YENİLƏNİB

15/08/2022 15:15

Prokurorluqdan ölü kimi qeydə alınan şəxslə bağlı AÇIQLAMA

Prokurorluqdan ölü kimi qeydə alınan şəxslə bağlı AÇIQLAMA

15/08/2022 15:14

“Vüsalə Əlizadədə şirinlik yoxdur” – Roza tənqid etdi

“Vüsalə Əlizadədə şirinlik yoxdur” – Roza tənqid etdi

15/08/2022 14:56

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

15/08/2022 14:37

“Gənclər idmanı bu səbəbdən atırlar” – Azərbaycanlı kapitan ilə MÜSAHİBƏ

“Gənclər idmanı bu səbəbdən atırlar” – Azərbaycanlı kapitan ilə MÜSAHİBƏ

15/08/2022 14:23

Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi

Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi

15/08/2022 14:00

Azərbaycanlı müğənninin konsertində evlilik təklifi – VİDEO

Azərbaycanlı müğənninin konsertində evlilik təklifi – VİDEO

15/08/2022 13:11

Afaq Gəncəlinin İSTİRAHƏT GÖRÜNTÜLƏRİ: “Alpakamla eşq macərası” – FOTOLAR

Afaq Gəncəlinin İSTİRAHƏT GÖRÜNTÜLƏRİ: “Alpakamla eşq macərası” – FOTOLAR

15/08/2022 13:05

Narkotikin təsir altında “Range Rover” sürən şəxs saxlanıldı – FOTO

Narkotikin təsir altında “Range Rover” sürən şəxs saxlanıldı – FOTO

15/08/2022 12:54

67 yaşı tamam olan Xalq artisti: “Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram”

67 yaşı tamam olan Xalq artisti: “Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram”

15/08/2022 12:52

“Türkiyənin ən seksual qadını Hülya Avşardır”- Sinan Akçıl

“Türkiyənin ən seksual qadını Hülya Avşardır”- Sinan Akçıl

15/08/2022 12:45

Əməkdar artistdən illər sonra gələn ETİRAF: “Anam öz bacı-qardaşına süd verib” – VİDEO

Əməkdar artistdən illər sonra gələn ETİRAF: “Anam öz bacı-qardaşına süd verib” – VİDEO

15/08/2022 12:42

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.