Meksikanın paytaxtı Mexiko şəhərində 2-ci metro xəttində elektrik paylayıcı transformatorda partlayış baş verib .
Medianews.az xəbər verir ki, transformatorda baş verən partlayış sərnişinlərdə böyük təşviş yaradıb və metro xəttində nəqliyyat dayandırılıb.
Məlumatda bildirilir ki, təhlükəsizlik məqsədilə 1400 sərnişin təxliyə edilib, təxliyə edilən vətəndaşların daşınmasını təhlükəsizlik qüvvələrinə məxsus avtomobillər təmin edib.
Hadisənin elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir.
Leyla, Medianews.az