Çərşənbə, 17 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Sumqayıt avtobuslarında qaynar həyat

Zamin Hacı
01/07/2022 15:06
22
BAXIŞ
FacebookTwitterTelegram

Hazırda “canlanır hər qarış yer Sumqayıtda”. Yayın qızmarına baxmayaraq, gənclik şəhərimizdən hər gün qaynar, maraqlı, ekzotik xəbərlər almaqdayıq. Bəzən gündə ikisi gəlir, xalq baxmağa, oxumağa çatdırmır. Məsələn, mən srağagün bir məclisdəydim, məlum oldu ki, orada iştirak edən yoldaşlardan biri Sumqayıtda avtobus sürücüsü ilə qadın sərnişinin davası barədə şort-filmi, yəni qısa filmi izləməyibdir. İnsafən, dedi buna vaxtı olmayıb, yoxsa vətənimizdəki proseslərə elə laqeyd vətəndaşlardan sayılmaz. Vaxtlı-vaxtında vatsapına girir, feysini düzəldir, tik-tokunu eşələyir.

Biz onu qınadıq, əlbəttə, o da üzr istədi, dedi bir də bu kimi hallara yol verməyəcəkdir. Hal dedim, yadıma düşdü, bizim zəhmətkeşlər, arasında xüsusən media aləmində yaşlı qadınları “xala” adlandırmaq dəbdədir. Buna yol vermək olmaz. Bəyəm o qadın sizin ananızın bacısıdır? Mədəni forması “arvad”, “zənən xeylağı”, uzağı “ay arvad” müraciətləridir.

Doğrudan da sumqayıtlı sürücünün vətənimizin övladı olan bir xanımı açıq qapıdan yola atması mənfi haldır. Savaşmaq yerinə, bir-birimizi sevsək nə olar? Məhəbbət artar. Hərçənd buna da mız qoyanlar tapılır. Dünən xəbər vardı, yenə Sumqayıtda, yenə avtobusda bir gənc oğlan telefonda pornofilm açıb yanında əyləşənlərə də göstərirmiş. Xalq şikayət edir, deyir hüquq-mühafizə orqanları tədbir görsün.

İndi nə edək? Bunu da polis tutub türməyə atsın? Halbuki əksini düşünün: əgər iki gün qabaqkı hadisədə avtobusun sürücüsü sərnişin xanımla birgə uyğun filmləri izləsəydi, bütün sərnişinlər də nümayişə qoşulsaydı, elə ağır, travmatik hadisələr törənərdimi? Savaşmayın, sevişin. Dünyadakı bir çox problemlərin səbəbi sevişmələrin azlığı üzündəndir.

Hərçənd sevişmə işində ağını çıxarmaq da ziyanlıdır, bu işin iki başı var, biz bunu Rusiyanın timsalında görürük. Xoşqədəm xanımın verilişlərindən də xalqımıza məlumdur ki, Rusiyada məhəbbət azaddır, hətta çox azaddır. Nəticədə dünyanı işğal edirlər. Gərək dövlət hər yerə öz yatağı gözü ilə baxmasın. (Bu yazının axırı hara gedib çıxacaq, heç özüm də bilmirəm. Allah xeyirə calasın).

Vətəndaşların bütün problemlərin həllində dövlətdən yardım istəməsi də özü-özlüyündə maraqlı situasiyadır. Sanki vətəndaş təşəbbüsləri yoxdur. Halbuki qabaqlar bizdə belə şeylərin zəngin təcrübəsi olmuşdur. Bunu “Yeni Müsavat”ın dünən dərc elədiyi möhtəşəm sənəddən – baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovun 2003-cü ildəki istintaq ifadəsindən açıq görmək mümkündür.

Əhvalatın qısa məzmunu belədir ki, 2000-ci illərin əvvəllərində Rəna Nəsibova adlı qadın polis polkovniki Hacı Məmmədovun başçılıq etdiyi quldur dəstəsi haqda prokurorluğa öz təşəbbüsü ilə informasiya verir. Banda adam, maşın oğurlayırdı, girov saxlayırdı, baş və qulaq kəsirdi, əsl qanqster qruplaşma idi. O baxımdan, Rəna xanımın ifadələri çox mühüm idi. Lakin baş prokurorluq ifadəni yoxlamaq, cinayət işi açmaq, dəstəni tutmaq əvəzinə, sizcə, nə eləyib? Oğurlanacağı ehtimal edilən növbəti biznesmenlərin ofisinə gedir, onlara… xəbərdarlıq edirmişlər! Ki, a kişi, bir az ehtiyatlı ol, səni girov götürmək istəyən namərdlər var. Tam da bu sözü deyirmişlər: “Ehtiyatlı ol”. Hətta məsləhət görürmüşlər axşam evə tək getməsin, arvad-uşaqla yola çıxsın, qapını daldan bağlasın və sairə.

Mən baş prokurorun və MTN-in birinci müavinlərindən “ehtiyatlı ol” məsləhəti alan o bədbəxt biznesmenlərin vəziyyətini təsəvvür eləməyə çalışıram, alınmır. Ehtiyatlı olub nə etmək lazım imiş, əgər dövlətin iki zırpı qurumu səni guya qoruya bilmirsə?

Hərçənd, deyəsən, biznesmenlər sağ qalıb, xəbəri gətirən Rəna xanımın isə ölüsü tapılıb. Buna kim cavabdehdir? Bəlkə Rüstəm müəllim? Xeyr. Avtobus sürücüləri suçludur!

Sözümün canı odur ki, Sumqayıtda avtobusa minən xalalar ehtiyatlı olsunlar. Biri təpik atır, başqası porno izlədir… Dəli yığıncağıdır.

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

Qadın şiddətə məruz qalarsa…

Qadın şiddətə məruz qalarsa...

MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək – SİYAHI

MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək - SİYAHI

Xəbər lenti

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

17/08/2022 22:55

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

17/08/2022 22:52

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

17/08/2022 22:20

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

17/08/2022 21:09

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

17/08/2022 20:48

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

17/08/2022 20:40

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

17/08/2022 20:31

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

17/08/2022 20:16

Onun yaradıcılığı çoxlarına örnək olacaq – Emin Ağalarov

Onun yaradıcılığı çoxlarına örnək olacaq – Emin Ağalarov

17/08/2022 19:59

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

17/08/2022 19:45

Stress dərini bu hala salır

Stress dərini bu hala salır

17/08/2022 19:24

153 avtobus gecikir – BNA – SİYAHI

153 avtobus gecikir – BNA – SİYAHI

17/08/2022 18:54

Bu gün general-leytenant olan hərbçilər kimdir?

Bu gün general-leytenant olan hərbçilər kimdir?

17/08/2022 18:03

Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”

Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”

17/08/2022 18:01

Son sutkada koronaya yoluxanların sayı 700-ü keçdi

Son sutkada koronaya yoluxanların sayı 700-ü keçdi

17/08/2022 17:32

İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi qızıl medal qazanıb

İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi qızıl medal qazanıb

17/08/2022 17:04

Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”

Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”

17/08/2022 16:59

Londonda metro yaxınlığında yanğın baş verib

Londonda metro yaxınlığında yanğın baş verib

17/08/2022 16:42

“İnternet monopolist qurumların əlindədir” – İT mütəxəssisi

“İnternet monopolist qurumların əlindədir” – İT mütəxəssisi

17/08/2022 16:37

10 gündə 6 nəfəri gün vurdu – RƏSMİ

10 gündə 6 nəfəri gün vurdu – RƏSMİ

17/08/2022 16:37

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır

17/08/2022 16:29

Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN

Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN

17/08/2022 16:23

Virusa yoluxan uşaqları ev şəraitində necə müalicə etməli?

Virusa yoluxan uşaqları ev şəraitində necə müalicə etməli?

17/08/2022 16:05

Ağ şəhər bulvarında idman edən ərəb ÖLDÜ

Ağ şəhər bulvarında idman edən ərəb ÖLDÜ

17/08/2022 15:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.