Yayın gəlişi ilə Yunanıstanda yenidən meşə yanğınları başlayıb. Yunanıstan Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Baş Katibliyindən verilən açıqlamada Attika bölgəsi, Eğriboz adası, Aynoroz yarımadası və Salonikidəki meşə yanğınları ilə mübarizə aparıldığı, ümumilikdə 2 min 755 nəfərin təxliyə edildiyi bildirilib.
Medianews.az xəbər verir ki, açıqlamada bildirilib ki, bu ərazilərdən əlavə narıncı risk bölgəsində olan şəhərlər və adalar da var.
Bildirilir ki, ilkin tədbir üçün risk altında olan bölgələrdə pilotsuz uçuş aparatları uçuşlara başlayıb. Pilotsuz uçuş aparatlarının riskli ərazilərdə uçaraq quru kolluq sahələri, təmizlənməmiş bağlar və quru əraziləri aşkar edəcəyini açıqlayan Yunanıstan Yanğınsöndürmə Qrupu, alınan fotolar işığında bu ərazilərdə təmizlik işləri aparacaq və yerli əhalini məlumatlandıracaq.
Leyla, Medianews.az