Bazar ertəsi, 15 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Lavrov özününkülərin “yara”sına niyə duz basdı? – Bitməyən erməni sırtıqlığı

Zahid Səfəroğlu
25/06/2022 19:18
60
BAXIŞ
FacebookTwitterTelegram

Putinin barmaqla sayılası etibarlı kadrlarından olan Sergey Lavrovun Bakı səfəri bitdi. Rusiya baş diplomatı hətta Şəhidlər Xiyabanını da ziyarət elədi. Onun ölkə rəhbərliyi ilə, azərbaycanlı həmkarı ilə görüşlərinin, ümumən Azərbaycanda apardığı danışıqların, verdiyi açıqlamaların real nəticəsini görmək üçünsə təbii ki, bir qədər zamana ehtiyac olacaq.

Ukrayna böhranının təsdiqlədiyi kimi, hər necə olmasa, bu – yeri gələndə yazılı öhdəliyini belə, asanca unudan bir dövlətin yüksək çinli rəsmi şəxsi, XİN rəhbəri. Üstəlik, illər öncə İrəvanda olarkən uydurma “soyqırımı” abidəsinə gül-çiçək qoyan, arxasını Ağrı dağına çevirib çəkdiyi selfi ilə qardaş Türkiyəyə ərazi iddiası mesajını göndərən erməni kökənli birisi…

Buna rəğmən və eyforiyaya qapılıb eləmədən səfərlə ilgili xeyrimizə sayıla biləcək bəzi qənaətlərin altını indidən cızmaq olar.

Ondan başlayaq ki, Qarabağ mövzusunda tərəflər öz mövqelərini kifayət qədər yaxınlaşdıra bildi. Lavrov faktiki rəsmi Bakının tezislərini təkrarladı: “Dağlıq Qarabağ konflikti”, “Dağlıq Qarabağ” ifadələrini işlətmədi, əvəzində “Qarabağ”, “post-konflikt nizamlanması” sözləri ilə kifayətləndi; həmçinin “ATƏT-in Minsk Qrupu artıq mövcud deyil”, “müharibədən sonra vəziyyət dəyişib, Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlər geridə qalıb” söyləməklə üzdəniraq qurumun tabutuna sonuncu mismarları vurdu.

Eyni zamanda, öz soydaşlarının “yara”sıına duz basdı. O üzdən erməni tərəfinin iniltili cavab reaksiyası özünü çox gözlətmədi. Haylar iki gündür yenə yas içindədir, ağlaşma qurublar. Axı Rusiya kapitulyant ölkənin xilaskarı olmaqla yanaşı, – nankor ermənilər bunu israrla dansalar da, – onun 1 nömrəli hərbi-siyasi müttəfiqi olaraq qalır. İlyarım öncəyə qədər isə onlar həm də işğal ortaqları idilər.

Odur ki, erməni KİV-ində, sosial şəbəkələrdə Lavrov timsalında Moskvanın ünvanına püskürdülən növbəti xəyanət İttihamı zərrəcə təəccüblü olmadı. O Lavrov ki, bu ayın əvvəlində İrəvanda olarkən etirazçılar onu ən pis söyüşlə təhqir də eləmişdilər. Yenə söyməyə başlayıblar…

Beləcə, ermənilər “bəlkə də qaytardılar” illüziyasından heç cür qurtula bilmir, “od sönəndən” sonra indi də “küllə” oynayırlar. Yoxsa Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Lavrovun Bakıdakı məlum açıqlamaları fonunda təkrarən və həyasızcasına “10 noyabr kapitulyasiya sənədində Dağlıq Qarabağ ifadəsi var” deyib özünə təsəlli verməzdi.

Yaxşı, lap tutaq ki, belədir. Bunun Ermənistana nə dəxli? Məgər sənəddə hansısa statusdan danışılır? Yaxud bəlkə Bakı statusla bağlı öz üzərinə hansısa öhdəlik götürüb? Ya bəlkə 10 noyabr sazişində “Dağlıq Qarabağ” müstəqil tərəf, subyekt qismində göstərilir, Azərbaycan dövləti isə “Dağlıq Qarabağ” anlayışına sonsuzadək sadiq qalacağı, onu saxlayacağı barədə öhdəliyə imza atıb?

Əlbəttə ki, yoxdur belə şey. Sadə səbəbə: Qarabağın aranı da, dağı da Azərbaycanın qanuni, ayrılmaz hissəsidir, hansısa eksterritorial, şərikli və ya mübahisəli ərazi yox! Bunu artıq Rusiya da qəbul edir.

Elə isə 10 noyabr üçtərəfli anlaşmasından sonra öz ərazimizin inzibati quruluşunda dəyişiklik edəndə, Qarabağ iqtisadi zonası yaradanda biz Ermənistandan, Rusiyadan, yaxud da ABŞ-dan icazəmi almalı idik?

Kəsəsi, sırf aralıq mahiyyət daşıyan 10 noyabr kapitulyasiya sənədində “Dağlıq Qarabağ” ifadəsi varsa, daha olmayacaq! Yeri gəlmişkən, haylar əmin ola bilər: bu, Azərbaycanın Ermənistanla imzaladığı və “Dağlıq Qarabağ” ifadəsinin keçdiyi sonuncu ortaq sənəddir. O da təkrar edirik, aralıq mahiyyət daşıdığı üçün və böyük ehtimalla, Rusiya sülhməramlı qüvvələrin dislokasiya yerini dəqiq göstərmək məqsədi ilə bu ifadədən istifadə olunub. Ermənilər isə ondan “saman çöpü” kimi yapışıblar. Əbəs cəhdlərdir.

Amma kimə deyirsən. Lavrov Bakıdaykən Mirzəyan kimi, Paşinyan da köhnə bayatısından qalmayıb. İrəvanda Almaniya səfiri ilə görüşdə o görün nə deyib: “Dağlıq Qarabağın statusu məsələsi həll olunmamış qalır. Bu status beynəlxalq səviyyədə tanınmış format – ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində nizamlanmalıdır”.

Nə deyəsən indi bu sırtıqlığa? Vərdişi tərgitmək doğrudan da xəstəliyə gətirir. Zatən, saatı çoxdan “yatan” bu millət onsuz da xəstə idi…

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
“Onunla aramda kərpic-kərpic hasar tikirəm”

"Onunla aramda kərpic-kərpic hasar tikirəm"

Bakıda 54 yaşlı müəllim vəfat etdi – FOTO

Bakıda 54 yaşlı müəllim vəfat etdi - FOTO

Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – FOTO

Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO

Xəbər lenti

İsrail Suriyaya hava zərbəsi endirib: 3 əsgər şəhid olub

İsrail Suriyaya hava zərbəsi endirib: 3 əsgər şəhid olub

15/08/2022 11:26

Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT: BİR NƏFƏR SAXLANILDI

Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT: BİR NƏFƏR SAXLANILDI

15/08/2022 11:17

Laza sakinləri turistləri kəndə buraxmadı – SƏBƏB – VİDEO

Laza sakinləri turistləri kəndə buraxmadı – SƏBƏB – VİDEO

15/08/2022 11:13

“Qarabağ” – “Viktoriya” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Viktoriya” oyununun hakimləri açıqlanıb

15/08/2022 11:08

Azərbaycanlı ABŞ-da çempion oldu – FOTO/VİDEO

Azərbaycanlı ABŞ-da çempion oldu – FOTO/VİDEO

15/08/2022 11:04

Kliçko 26 illik həyat yoldaşından boşanır

Kliçko 26 illik həyat yoldaşından boşanır

15/08/2022 11:00

Çimnaz Sultanova: “Qorxuram ki, bir gün Allah məni…” – Müsahibə

Çimnaz Sultanova: “Qorxuram ki, bir gün Allah məni…” – Müsahibə

15/08/2022 10:55

Röya Ayxanın xarici ölkədən qayıdan oğlu ilə YENİ GÖRÜNTÜLƏRİ – FOTO

Röya Ayxanın xarici ölkədən qayıdan oğlu ilə YENİ GÖRÜNTÜLƏRİ – FOTO

15/08/2022 10:53

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

15/08/2022 10:37

Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ – VİDEO

Qaraciyər serrozundan əziyyət çəkən Elvinin ƏMƏLİYYATDAN SONRA İLK GÖRÜNTÜLƏRİ – VİDEO

15/08/2022 10:35

Ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələ bilmir – VİDEO

Ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələ bilmir – VİDEO

15/08/2022 10:32

AZAL-ın Bakı-Moskva reysi gecikir

AZAL-ın Bakı-Moskva reysi gecikir

15/08/2022 10:27

Rusiya irəliləyir, Ukrayna əks-hücuma keçir

Rusiya irəliləyir, Ukrayna əks-hücuma keçir

15/08/2022 10:25

Somali acından ölür, ərzaq lazımdır – Papa

Somali acından ölür, ərzaq lazımdır – Papa

15/08/2022 10:12

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir – FOTO

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir – FOTO

15/08/2022 09:55

Balı çox yemək olmaz – SƏBƏBLƏR

Balı çox yemək olmaz – SƏBƏBLƏR

15/08/2022 09:47

Azərbaycanda unun qiyməti ucuzlaşacaq? – VİDEO

Azərbaycanda unun qiyməti ucuzlaşacaq? – VİDEO

15/08/2022 09:44

İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

15/08/2022 09:37

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs tutulub

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs tutulub

15/08/2022 09:32

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

15/08/2022 09:16

İrəvanda partlayış zamanı ölənlərin sayı artıb

İrəvanda partlayış zamanı ölənlərin sayı artıb

15/08/2022 09:02

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Dünya əhalisinin sayı 8 milyardı ötüb

15/08/2022 08:54

“Anam mənim üçün zibillikdən çanta götürüb” – Elza Seyidcahan

“Anam mənim üçün zibillikdən çanta götürüb” – Elza Seyidcahan

15/08/2022 07:17

Pakistanda Müstəqillik Günü şənliklərində 35 nəfər yaralanıb

Pakistanda Müstəqillik Günü şənliklərində 35 nəfər yaralanıb

15/08/2022 06:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.