Çərşənbə, 29 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Appendiks idarəsi

Zamin Hacı
22/06/2022 09:32
A A
12
BAXIŞ
FacebookTwitterTelegram

Hazırda bizim zindanda bir baş prokurorumuz – hörmətli Eldar müəllim yaşamaqdadır. Hərçənd onu baş prokuror vəzifəsində çalışdığı dövrə görə deyil, səfir işlədiyi illərin üstündə tutmuşlar. Şəxsən mənə qalsa Eldar müəllim azadlığa çıxsa yaxşıdır. Çünki uzaq 1998-ci ildə onun mətbuat işçilərinə, jurnalistikaya qayğısını elə şəxsən hiss etmişəm. Hüquq-mühafizə orqanlarının birindən zorakılıq görmüş, bunu ifşa etmişdim, dərhal prokurorluq hərəkətə keçmiş, qanunsuzluq edən yoldaşı içəri basmışdılar. O vaxt mənimlə görüşən prokurorluq əməkdaşının sözləri yadımdadır: “Eldar müəllimin tapşırığı var, bu iş mütləq jurnalistin xeyrinə həll olunmalıdır”. Bu dövlət qayğısına necə, nə üçün layiq görülmüşdüm, deyə bilmərəm, çünki o illərdə jurnalistlərə qarşı yetərincə qanunsuz qərarlar da verilirdi. Hər halda, mən öz başıma gələni xatırladım və Eldar müəllimin azad olunmasını səmimi-qəlbdən diləyirəm.

Bugünkü məqsədimiz isə onun davamçısı Zakir müəllimin son günlər dilə-dişə düşməsindən bəhs etməkdir. MTN generallarının məhkəməsində açıq-aydın ittihamlar səslənib, Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun ifadə verməsi istənilib. Özü də bunu edənlər təkcə hansısa adi biznesmenlər, vəkillər deyil. Birbaşa MTN istintaq idarəsinin rəisi olmuş adam keçmiş baş prokuroru ağır cinayətlərdə suçlayır. Korrupsiyada, cinayəti bilib qarşısını almamaqda, insan ölümünə səbəb olan vəzifə səhlənkarlığında, quldur dəstəsi ilə əlbir olmaqda və sairə. Görək hakimin bir qram cəsarəti çatacaqmı onları çağırıb dindirsin. Bir faiz də olsa ümidimiz qalır.

İndi Zakir müəllim də içəri aparılsa, belə çıxır qazamatda bizim iki baş prokurorumuz olacaqdır. Əsl məhkəmə-hüquq islahatı yalnız bu halda başlanacaqdır! Bir kameraya da Rüstəm müəllim salınsa, lap fısqırıq olar. Çünki bu adamlar hüquqşünasdır, qanunların icrasına nəzarət edən orqanın böyükləri olmuşlar, qoy həmin bilik və bacarıqları qazamatda tətbiq etsinlər, günahsız dustaqlara azadlıq yolunda məşəl olsunlar. Zakir müəllimi ürəyini əlində tutaraq zülmət qanunsuzluq cəngəlliyindən siyasi məhbusları işığa aparan vəziyyətdə təsəvvür elədim. Lap Danko kimi. (Ola bilər köşənin barıtı burada bir az çox oldu, oxucular üz vurmasın. Vəziyyət belə tələb edir. Unikal halla qarşılaşmışıq: milli təhlükəsizliyə baxan general baş prokuroru və ali məhkəmənin hakimini özüylə əlbir olmaqda suçlayır. Ta kim qaldı?)

MTN zabitləri, əlbəttə, özlərini xilas etmək üçün min cür yalan uydura, Zakir müəllimə şər ata da bilər. Su meymunun boğazına çıxanda, balasına meymun çiçəyi yoluxdurar – modern ata sözümüzdə deyilən kimi. Lakin o ittihamlar boşuna yaranmır və keçən yazılarımda mən dəfələrlə bunu qeyd etmişəm: MTN zabitləri günahsız insanları tutub soyurdular, həbs edirdilər, ancaq bu həbslərin sanksiyasını baş prokuror verməli idi. O uydurma işlərin ibtidai istintaqı bir çox hallarda prokurorluqda aparılıb. MTN o pulları tək yeməyib, prokurorluq və məhkəmə ilə, bəzən üstəlik notariusla əlbir olublar. Mütəşəkkil quldur dəstəsi yaratmışdılar.

Allaha şükür, indi sabitlik bərpa olunub, ictimai asayiş təmin edilib, hansısa biznesmeni tutub 8 milyon alasan, hansısa bankı günün günorta çağı soyasan, belə hallar olmur. Belə mənfi, neqativ hallara yalnız Ermənistanda rast gəlinir (müəllif poçta gedib növbəti minnətdarlıq teleqramı vurmuş, sonra yazıya davam etmişdir – red.)

Hərbi prokurorumuz Xanlar müəllim də təzəlikcə özünü biabır elədi, dedi Tərtər hadisələrində işgəncənin qarşısını mən şəxsən almışam. Halbuki keçən il deyirdi o işdə işgəncədən danışanlar nağıl danışır. Belə çıxır indi özü nağıl danışır, lakin bunun qarşısını alan yoxdur.

Məndən olsa, prokurorluğu kökündən ləğv edərdim. Mənasız, lazımsız idarədir. Xeyrindən çox zərəri var. Kor bağırsaq kimi bir şeydir. Bakteriya fabrikidir.

DAHA ÇOX OXU

Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
Köşə

Lavrov özününkülərin “yara”sına niyə duz basdı? – Bitməyən erməni sırtıqlığı

25/06/2022
SON XƏBƏR

İrəvanda əllər tətikdə: Paşinyan niyə Bakının antiterror əməliyyatını istəyir?

ABŞ-ın Qarabağ üçün “turşulu pəhriz” siyasəti – Bakıda quzu, İrəvanda əjdaha?

Kadırovun anti-qazax de-marşı – 78 il əvvəl çeçenləri genosiddən məhz qazaxlar qurtarıb

Xəbər lenti

Bu gündən Bakıda bu ərazilərdə pulsuz Wi-Fi xidməti ləğv olunur

2022/06/29 16:35

“Zərdabi mediasının hədəflərindən çox uzağıq”-Media eksperti

2022/06/29 16:22

Gürcüstan səfiri quru sərhədin açılması ilə bağlı DANIŞDI

2022/06/29 16:09

Dünya trans gözəllik müsabiqəsinin qalibi o oldu – FOTOLAR

2022/06/29 16:02

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası bu quruma verildi

2022/06/29 15:38

Qrant qırğını: kim haqlıdır?!

2022/06/29 15:26

Əhaliyə şad xəbər: Bakı-Quba yolu bu tarixdə açılacaq

2022/06/29 14:47

NATO-Rusiya müharibəsi başlayır? – Tarixi AÇIQLAMA

2022/06/29 13:56

Azərbaycan və Türkmənistan Prezidentləri görüşdü

2022/06/29 13:10

Türkiyə istədiyini aldı: “Ərdoğan zəfərlə qayıdır”

2022/06/29 13:06

“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”- Millət vəkili

2022/06/29 12:57

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

2022/06/29 12:36

Ərdoğan Makronla görüşüb

2022/06/29 12:11

“Finlandiya, İsveç və Türkiyə daha sıx əməkdaşlıq edəcəklər”

2022/06/29 11:37

Bu ölkədə bərbərlərə xəbərdaqlıq edildi: Saçları çox yumayın

2022/06/29 11:18

Boris Consondan Türkiyə şərhi

2022/06/29 11:01

ABŞ-dan Rusiyaya daha bir sanksiya

2022/06/29 10:44

Almaniya kansleri: Putin bu müharibədə qalib gəlməməlidir

2022/06/29 10:30

Yunanıstanda 4 nöqtədə meşə yanğını

2022/06/29 10:15

Cüneyt Arkının vəsiyyəti açıqlandı

2022/06/29 10:11

Bolqarıstan 70 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır

2022/06/29 09:58

Dörd ayda Azərbaycanda 18 mindən çox cütlük nikaha daxil olub

2022/06/29 09:55

Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcərdə nə baş verib?

2022/06/29 09:39

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI – RƏSMİ

2022/06/29 09:17

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.