Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

ABŞ-ın Qarabağ üçün “turşulu pəhriz” siyasəti – Bakıda quzu, İrəvanda əjdaha?

Zahid Səfəroğlu
22/06/2022 09:34
A A
19
BAXIŞ
FacebookTwitterTelegram

Amerika rəsmiləri nə sirdirsə, dünya dağılsa da heç vaxt erməni ayağını tapdamırlar. Bu da növbəti fakt.

Az öncə Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kerri Donfrid İrəvana çatan kimi ermənipərəst mövqe sərgiləyib. Donfrid “Azadlıq” radiosunun erməni müxbirinə deyib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərini kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”.

“Biz Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyirik və inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır”, – amerikalı yaşlı arvad çərənləyib. Ardınca o, Rusiya ilə bu yöndə əməkdaşlığın nəzərdə tutulub-tutulmaması barədə suala təsdiqi cavab verib: “Bəli. Rusiya Minsk Qrupunun həmsədridir. Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”.

Diplomat İlham Əliyevin Minsk qrupuna ehtiyac olmadığı haqda məlum prinsipial və sərt bəyanatına da münasibət bildirib: “Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir. Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik”.

Necədir? Gör neçənci dəfədir ki, Azərbaycana qarşı belə riyakar davranışının şahidi oluruq. Bakıda özlərini az qala quzu kimi aparır, İrəvanda isə öz əsl xislətlərini, simalarını ortaya qoyurlar. Sanki bizi qıcıqlandırmaq üçün “Minsk Qrupu”, “Dağlıq Qarabağ”, “konflikt” ifadələrini işlədirlər.

Yaxşı. Görəsən, xanım Donfrid Bakıda niyə “Minsk Qrupu” söhbəti eləmədi? Axı bu məsələdə iki tərəfin adı hallanır. Hələ bu dəqiqə Azərbaycan Qərb üçün, ABŞ üçün Rusiya neft-qazına alternativ baxımından guya xüsusi dəyərdədir. Siyasi ikiüzlülüyün zirvəsi yəni.

Bu xüsusda Donfridin açıqlamasındakı son sitat daha çox diqqət çəkir. Belə çıxır ki, ABŞ gorbagor olmuş Minsk Qrupunu bizə zorla sırıyacaq? Nə demək “Azərbaycan Minsk Qrupunu istəmir, biz istəyirik”. Necə başa düşək bunu, Bakıya təhdid, yoxsa ərazi bütövlüyümüzü şübhə altına almaq cəhdi?

Heyrətamizdir. Rusiya ilə qanlı-bıçaq olan və barışmaları yaxın illərdə belə gözlənilməyən ABŞ ermənilərin xətrinə Rusiya ilə bir araya gəlməyə hazırdır! Çox maraqlıdır Azərbaycan Minsk Qrupunu rədd edirsə, o zaman həmsədr dövlətlər – ABŞ, Rusiya və Fransa kiminlə kimin arasında vasitəçilik edəcək, erməni ilə erməni arasında? ABŞ Bakıya həmsədrliyini zorlamı qəbul etdirəcək?

Başqa yandan, Ukraynada, Moldovada, Gürcüstanda separatçılar ağır sanksiyalar tətbiq edən ABŞ, kollektiv Qərb erməni separatçılarına gələndə nədən onların yolunda özlərini şam kimi əridirlər? Nədir bu tükənməyən erməni sevgisinin sirri? Xristian təəssübkeşliyi? Yoxsa erməni maşası hesabına Türkiyənin, Azərbaycanın güclənməsinin önləmək, onları nəzarətdə, təzyiq altında saxlamaq cəhdi?!

Şübhəsiz, hər ikisi.

Bu yerdə yada salaq ki, Ukrayna müharibəsinin qızğın çağında Fərrux kəndi ətrafında yaşanan hadisələrə də ABŞ, Rusiya, Fransa bir-birinə düşmən kəsilsələr də, sanki sözləşibmişlər kimi, üçü də Ermənistanı müdafiə edən bəyanat verdilər. Azərbaycanı təxribatda, az qala öz ərazisində (!!) işğalçı siyasət aparmaqda suçladılar.

Yeri gəlmişkən, Suriyada abtiterror əməliyyatına hazırlaşan Türkiyəyə qarşı da indi eyni həmrəyliyi görürük – ABŞ, Rusiya və hətta İran vahid mövqedən çıxış edir, qardaş ölkəni bu əməliyyatdan çəkindirməyə çalışır, hətta hədələyirlər. Təsadüfmü?

Qətiyyən. Biz bu ortaq türk düşmənçiliyini Qarabağ məsələsində illərlə görmədikmi? Amma baxırsan ki, onların üçü də ayrı ayrılıqda bir birinə qənim kəsilib. Amma Türkiyəyə, Türkə gələndə o dəqiqə birləşirlər. Erməni məsələsində o saat müttəfiqlərə çevrilirlər. Çünki Türkün, Türkiyənin, Azərbaycanın daşı ağırdır.

Odur ki, güclənməli, güclənməli və güclənməli, bir an belə mürgü vurmamalı, sayıqlığı əldən verməməli, sadiq dost-müttəfiqlərimizlə – Türkiyə, Pakistan və İsrailə, türk dünyası ilə əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmalıyıq. Zira, bir daha qənaət hasil olur ki, Rusiya və ABŞ (Qərb) bir-birini nə qədər qırsa, zəiflədib taqətdən salsa, bizim üçün, Türkiyə-Azərbaycan birliyi üçün bir o qədər yaxşıdır. Qoy erməni də yana-yana baxıb qalsın…

Nəhayət, bir nonsens haqqında. Denfrid İrəvanda əleyhimizə təxribatçı açıqlama verirkən xəbər gəldi ki, ABŞ Azərbaycan və Türkiyənin Ermənistanlı barışığı üçün maliyyə ayırıb. Bu haqda Amerikanın Ermənistandakı səfirliyinin saytındakı məlumatda deyilir. Səfirlik 5 layihə olmaqla ümumilikdə bu il üçün 400 min dollar vəsait ayırmağı nəzərdə tutub. Qeyd edilir ki, təşəbbüsün məqsədi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə xalqları arasında sülh üçün lazımi şəraiti təmin etməkdir.

Qışqırmaq istəyirsən: sülh naminə maliyyə köməyiniz başınıza dəysin, siz elə bircə ermənini üstümüzə qudurtmayın, sönən konfliktin üzərinə benzin töküb revanşist-radikalları şirnikləndiməyin, onlara cürbəcür “konfetlər” vəd eləməyin, ayaqlarının altında torpaq olmayın, erməni özü sülhə, barışığa gələcək!

Sülhə ən böyük töhfəniz də elə bu olar! Yoxsa ki, adama deyərlər, “o nə turşu, bu nə pəhriz…”

DAHA ÇOX OXU

Köşə

Rus sülhməramlılar Laçını tərk edib?

06/07/2022
Köşə

Xalqı narahat edən şeylər – audiovizual və individual baxış

06/07/2022
Köşə

Beqlaryanın Şuşa kilsəsində kəsilən kəbini, yoxa çıxan Təpəbaşı məhəlləsi

06/07/2022
Köşə

Xəzərdə balıqlar üzür

06/07/2022
Köşə

Baltalı kişinin pəstahası – siyasi səciyyəli terror aktı

05/07/2022
Köşə

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

04/07/2022
SON XƏBƏR

Kadırovun anti-qazax de-marşı – 78 il əvvəl çeçenləri genosiddən məhz qazaxlar qurtarıb

Dəniz altında afişalı evlilik təklifi: “Bəli”dirsə, mənə sarıl, “Yox”dursa, oksigen balonunu bağla” - VİDEO

Almaniya dünyada ilk daraqlı qumbaraatanı təqdim etdi

Xəbər lenti

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması ölkəmizə olan etimadın yüksək dəyərləndirilməsidir – Sevinc Hüseynova

2022/07/07 11:42

Şəkidə “Şəhər günü” keçirilib

2022/07/07 11:35

Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır”

2022/07/07 10:53

Baş nazir onu istefaya çağıran naziri işdən çıxardı

2022/07/07 10:44

Konfrans Liqası: Bu gün 26 oyun keçiriləcək

2022/07/07 10:01

Futbol dünyasını çalxalayan transfer: Ronaldonun yeni klubunun adı açıqlandı

2022/07/07 09:58

Neft kəskin ucuzlaşdı

2022/07/07 09:34

Yoluxma kəskin artdı: 30 faiz insan…

2022/07/07 09:29

Ukrayna Baş Qərargahı: “Rusiyanın təxribat-kəşfiyyat qrupu darmadağın edilib”

2022/07/07 09:27

Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşüb

2022/07/07 09:25

“Parklamadan gəl pul büdcəyə yox, ciblərə gedir”

2022/07/07 09:22

Afşin Azəri Zaurla klip çəkdirdi – VİDEO

2022/07/07 09:21

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

2022/07/06 21:38

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

2022/07/06 21:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.