Kanadanın bir çox şəhərində havanın temperaturu rekord həddə çatıb.
Medianews.az xəbər verir ki, Manitobanın Vinnipeq, Karman, Altona şəhərində ötən gün qeydə alınan 36,9 dərəcə ilə istilik rekordu qırılıb.
Qeyd edək ki, Kanada Ətraf Mühit və İqlim Dəyişikliyi Agentliyi (ECCC) tərəfindən edilən şərhdə, Winnipegdə yaşanan həddindən artıq temperatur və rütubət artımının vilayətin digər şəhərlərində də müşahidə oluna biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Leyla, Medianews.az