İspaniyada istilərin temperaturu rekord həddə çatıb və ölkənin müxtəlif bölgələrində yanğınsöndürənlər meşə yanğınlarına nəzarəti davam etdirirlər.
Medianews.az xəbər verir ki, İspaniyanın Sierra de Culebra bölgəsində 25 min hektar meşə sahəsi külə dönərkən, Navarra bölgəsində də yanğının intensivliyi getdikcə artıb. Navarra vilayətinin rəsmiləri, qarşıdakı bir neçə saatın vacib olduğunu və vətəndaşlara yanğının şiddətləndiyi üçün vacib olmadıqca səyahət etməmələri barədə xəbərdarlıq edib.
Bildirilir ki, bölgənin 20 kəndindən mindən çox insan təxliyə edilib.
Hələlik yanğınlarda ölən və yaralananlar barədə məlumat verilmir.
Leyla, Medianews.az