Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dostsuz qalan Putinin 81%-lik reytinqi – SSRİ referendumu SSRİ-ni xilas etdimi?

Zahid Səfəroğlu
19/06/2022 08:24
A A
19
BAXIŞ
FacebookTwitterTelegram

Rusiyada prezident V.Putinin reytinqi 81,3%-ə yüksəlib. Bunu ölkədə aparılan təzə rəy sorğusu üzə çıxarıb. Respondentlərin 78%-i onun siyasətini dəstəklədiyini, 81,3%-i isə Kreml rəhbərinə etibar elədiyini bildirib.

Belə görünür, Rusiya “Ukrayna bataqlığı”nda ilişib qalsa da, hələ ki Putin ciddi ictimai təpki ilə üzləşməyəcək.

Bir yandan da bu, 1991-ci ilin martında SSRİ-nin saxlanması haqda keçirilmiş referendumun “nəticəsi”nə bənzəyir. Guya o vaxt sovet vətəndaşlarının 76%-i “Qırmızı İmperiya”nın qalmasına səs vermişdi. Amma cəmi 9 ay sonra SSRİ rəsmən dağıldı. M.Qorbaçov onun 1-ci və sonuncu prezidenti oldu…

Hərgah, danmaq olmaz ki, prezidentdən çox çara oxşayan Putinin işğalçı siyasətinə daxildə, ruslardan həqiqətən ciddi dəstək var. Vova imperiya xalqının zəif damarını pis tutmayıb. Ta o zamanadək ki, rus mujiki içməyə araq, “zakuska” üçün isə şor xiyar tapmayacaq. Və ya bunu almağa pulu olmayacaq, rusların cibində siçanlar gəzəcək. Həmin gün uzaqda deyil. Nə qədər rubl zahirən sabit görünsə də, Rusiya rəsmiləri özlərini o yerə qoymasalar da.

Baxma, yara isti olanda ağrısı hiss olunmaz. Təxminən il sonu – iqtisadi-sosial durum kritik mərhələyə adlayanda “Şər imperiyası”nın əsl kədərli günləri başlayacaq. Hələlik isə Rusiya yetkililəri Donbasdakı taktiki uğurlardan eyforiya içindədirlər deyəsən. Əks halda, Putin yenə imperiyanın xiffətini çəkməzdi.

Dünən o, Sankt- Peterburqdakı çıxışı zamanı “SSRİ tarixi Rusiya ərazisi idi” deyib. Yəni, yenə köhnə hava, eyni iddia və təhdid. Putin beləcə, postsovet ölkələrinə növbəti dəfə minnət qoyur, rusların guya onlara torpaq bağışladığına eyham vurur – Rusiyanın özü başqa aborigen xalqların ərazilərində mövcud ola-ola!!

Tarixdə 1-ci Pyotr kimi qalmaq istəyi artıq şübhə doğurmayan Rusiya lideri bununla bir daha “SSRİ-2” planından əl çəkmədiyini ortaya qoyur. Kreml başçısının bu xüsusda dünən söylədiyi başqa bir sitatı: “Biz özümüzün olanı, tarixən bizim olanı qaytarırıq. Novorossiya (Ukraynanın Donbası və ətraf əraziləri – Z.S.) haradan yaranıb? Türkiyə İmperiyası ilə bir neçə müharibə nəticəsində. Hansı Ukrayna? Ukraynanın bura nə dəxli var?”

Tarixi öz xeyrinə yozmağa çalışan, XXI əsrdə çar olmağa can atan cənab Putinə kiçik xatırlatma: Şimali Qafqaz (Çeçenistan, İnquşetiya, Dağıstan), Tatarıstan, Yakutiya, Başqırdıstan nə vaxtdan qədim Rusiya əraziləri oldu? Bu ərazilərin adları sahiblərini göstərmirmi? Bunun Rusiyaya nə dəxli? Və ya adları üstündə Dərbənd, Mahaçqala, Həştərxan nə zamandan tarixi rus şəhərləri sayılır? Orda nə vaxtdan rus əhali yaşayıb?

Əlbəttə ki, işğaldan sonra! Madam tarixdən danışırsınız, o zaman onları da əsl sahiblərinə qaytarın! Niyə qaytarmırsınız? Bu ki, yüz faiz sizin deyil!..

Yaxud Putinin sözçüsü Dmitri Peskov. Dünən o, “Rusiyanın dostları varmı” sualına belə cavab verib: “Xeyr, yoxdur. Dostu özümüzük. Özümüz yekdil, bir olmalıyıq ki, daim qabağa (?! – Z.S.) gedək”.

Vaxtilə Putin də eyni fikri söyləyib. Yadımızdadır. Nə demək bunlar? “Qabağa getmək” nə? O demək ki, birincisi, Rusiya gerçəkdə özündən razı, heç kimi bəyənməyən, eqoist və xoflu bir dövlətdir.

İkincisi isə Rusiya rəsmilərinin dostluq, qardaşlıq, tərəfdaşlıq haqda bəyanatlarınsa əsla inanmaq və arxayın olmaq olmaz! Onların sözləri qətiyyən imzaları deyil! Rusiya dövləti adına imzalanan sənədlər, götürülən öhdəliklər də hələ hər şey demək deyil. Yaxın tarix belə faktlarla doludur. Günümüzdə isə Ukraynanın başına gətirilənlər görk olmalı!

Dost-düşmənə gəlincə, məsələn, Azərbaycanın ən azı üç sadiq dostu var: Türkiyə, Pakistan, İsrail. Amma XXI əsrdə də imperialist iddia və hikkələrlə yaşayan, dünyaya öz yırtıcı qaydalarını sırımağa çalışan, qonşularına göz verib işıq verməyən, dövlətin qüdrətini yalnızca onun hərbi gücündə görən vəhşi və hozu bir dövlətin, sizcə, dostu ola bilərmi?..

DAHA ÇOX OXU

Köşə

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

04/07/2022
Köşə

Plyajda almanları necə udduq

04/07/2022
Köşə

44 günlük müharibənin daha bir məğlubu – separatçıların Moskva “nümayəndəliyi” bağlanır, ABŞ isə…

04/07/2022
Köşə

Arazın o tayından gələn qonağı efirdən qovanın cəzası nədir?

02/07/2022
Köşə

Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

01/07/2022
Köşə

Sumqayıt avtobuslarında qaynar həyat

01/07/2022
SON XƏBƏR

1918-ci ilin xəritəsi masaya - Zəngəzur Azərbaycandır!

Xarici şirkətlərin basabası

Çoxvariantlı çevrilişin qaçılmazlığı – Elçibəy “naməlum istiqamətə uçmağa” məcbur idi

Xəbər lenti

“Sən nə əxlaqdan danışırsan?” – Səidədən Şəbnəmə

2022/07/04 16:23

Məleykə Əsədovanın qızı universitetə qəbul oldu

2022/07/04 16:09

Azərbaycanda universitet tələbəsi vəfat etdi

2022/07/04 15:58

Bayram Nurlu qayınatasına güzəştə getdi

2022/07/04 15:44

Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi

2022/07/04 15:35

Maska tələbi bu vaxtdan qüvvəyə minəcək -AÇIQLAMA

2022/07/04 15:23

Zaur Kamalla bağlı qərar verildi, ARB-yə xəbərdarlıq edildi – RƏSMİ

2022/07/04 15:14

Ronaldo son qərarını verdi – “Mançester Yunayted”i tərk edəcək

2022/07/04 15:02

Vəfa Zeynalovadan etiraf: Xəyanət etmişəm…

2022/07/04 14:52

Azərbaycanda universitet tələbəsi vəfat edib

2022/07/04 14:48

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

2022/07/04 14:46

Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır

2022/07/04 14:39

Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO

2022/07/04 14:37

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

2022/07/04 14:29

“Araz” marketdəki saxta endirimin üstü belə açıldı – Hər kəs bu “qiymət”dən danışır

2022/07/04 14:15

TƏCİLİ! Rusiya və İran ordusu birlikdə HÜCUMA KEÇDİ – ABŞ-dan XƏBƏRDARLIQ

2022/07/04 14:02

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı

2022/07/04 13:52

Papa: Bir gün istefa verə bilərəm

2022/07/04 13:50

Lukaşenko: Biz Rusiyanı dəstəkləməyə davam edəcəyik

2022/07/04 13:46

Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO

2022/07/04 13:43

DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

2022/07/04 13:41

Mərhum Xalq artistinin oğlu mağazadan 150 manatlıq eynək oğurlayıb? – VİDEO

2022/07/04 13:07

Rusiya-Ukrayna müharibəsinin növbəti ünvanı müəyyənləşdi

2022/07/04 12:28

LGBT məzmunlu klipi ilə gündəm olan Mabel Matizdən açıqlama

2022/07/04 12:15

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.