Rusiyanın Yamalo-Nenets Muxtar Vilayətində ölkənin ən böyük təbii qaz obyektində gecə saatlarında partlayış baş verib.
Medianews.az xəbər verir ki, Rusiyanın “Qazprom” enerji şirkətinə məxsus təbii qaz qurğusunun yanğınsöndürmə bölmələri və Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələri təbii qaz kəmərlərinin birləşmə yerlərində təzyiqin artması nəticəsində baş verən partlayışa müdaxilə edib.
Qazprom-dan verilən açıqlamada yanğının nəzarət altına alındığı bildirilib: “İyunun 16-sı gecə 00:30 radələrində UKPG-7 inteqrasiya olunmuş qaz emalı qurğuları arasında yerləşən qaz kollektorunun 2-ci xəttində təzyiq nəticəsində yanğın baş verib. Yanğından sonra müəssisə iş dayandırılıb. Yanğın söndürüldükdən sonra saat 02:50-də obyektin istehsalat fəaliyyəti bərpa olunub. Planlaşdırılan qaz hasilatı hədəflərində heç bir sapma yoxdur”.
Leyla, Medianews.az