Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Növbədənkənar cızmaqara

Zamin Hacı
17/06/2022 16:25
A A
16
BAXIŞ
FacebookTwitterTelegram

Milli Məclis növbədənkənar iclas çağırmışdır. Nə üçün? Zəhmətkeşlərimiz adətən “növbədənkənar” sözünü görəndə canlarına vicvicə düşür. Qorxurlar. Fikirləşirlər, görəsən, nə baş vermişdir ki, deputatlarımız növbədənkənar toplaşacaqdır. Bəlkə birdən dava təzədən başladı, neçə deputatımız və məmur uşaqları ana yurdun yolunda canından keçdi? Biz, açığı, bunu istəmirik, heç hazır da deyilik. Keçən dəfəki davalarda itirdiyimiz deputatların yerinə təkrar seçkilər keçirməyə vaxtımız olmamışdır, təzə davanı niyə başlayaq? Deputatsız dairə isə çox pis, mənfi, hətta deyərdim neqativ haldır. (Görəsən, biz niyə qəzetdə yazarkən “deyirəm”, “deyərdim” kimi sözlərdən yararlanırıq? Böyük ehtimal bu, aşıq ədəbiyyatının təsiridir. Milli Məclis hansısa növbəti, təkrar edirəm, növbəti iclasında bu istiqamətdə qanun qəbul etsə, yaxşı olar. Yoxsa bəzən qəzeti, saytı oxuyursan, sanki televizora baxırsan. Xalqı aldatmaq nəyə gərəkdir?) Deputatı olmayan seçici toy günü üzüqara çıxıb atası evinə göndərilən gəlinə oxşayır. Deputatsız dairə boşalmış təkər kimi bir şeydir. Ölkənin məclisinə nümayəndə göndərməyən camaat adam içinə çıxmasa yaxşıdır. Bunların hər biri ata sözləridir əslində, ora-burasını yonmağa vaxtım yoxdur.

“Növbədənkənar” sözü zəhmətkeşlərimizdə iqtisadi baxımdan da narahatlıq yaradır. Ötən günləri yadımıza salır. AXC- Müsavat dövründə biz dükanda çörək, ət, yağ, demokratiya, azadlıq növbəsinə dururduq, saatlarla ayaq üstdə qalırdıq, lakin birdən görürdün böyürdən əli silahlı hansısa cəbhəçi çıxdı, növbəyə kənardan, iznsiz girdi, çörəyi aldı getdi. Xalq qalırdı yana-yana.

Həmçinin parlamentariya tariximizdə deputatların növbədənkənar iclas çağırıb hansısa deputat həmkarını mandatdan məhrum etməsi, onu əlaqədar orqanların od püskürən ağzına qurban atması hadisələri olmuşdur.

Lakin təşvişə ehtiyac duymuram. Deputatlarımız bu dəfə, görünür, çox xoş məramla, məqsədlə toplaşırlar. Belə qənaətə gəlməyimə iclasın gündəliyini öncədən oxumağım səbəb oldu. Orda bir neçə qanun-filanın ikinci, üçüncü oxunuşu mövzuları yazılmışdı.

Deməli, bunlar nədirsə artıq birinci oxunuşu olmuşdur və xalqı narahat eləməmişdir. Ardından niyə qorxaq? Yaxşı olar, inşallah. Molla demişkən, pis olsaydı səsi artıq çıxmalıydı.

İkincisi, mən orada elə bir qanunun müzakirəsini gördüm ki, dərhal bu iclasın nədən növbədənkənar olduğunu qandım, anladım: “Əhalinin sağlamlığının qorunması haqda” qanuna dəyişikliklər olacaqdır.

Bəli. Mövzu budur. Bizim hökuməti, millət vəkillərini, deputatları daim narahat edən birinci mövzu əhalinin sağlamlığıdır. Ona görə növbədənkənar iclas düzəldilir. Ona görə insan ömrü uzanır, əvvəl 45 yaşda ölənlər indi 50 yaşda ölürlər. Koronaya necə qalib gəldiksə, meymun çiçəyi sərhədimizdən adlamağa qorxur. Tibbi sığorta haqda qanun həyata keçirilib, əhali sığortalı şəkildə ölür, ta salamat qalmağa heç bir qarantiya yoxdur. Fani dünyadan qopub haqq dünyasına növbədənkənar qovuşmağımıza dövlət tərəfindən hər cür dəstək var, buna görə minnətdarıq (müəllif minnətdarlıq teleqramı vurmaq üçün poçta getdi, siz də fasilədən istifadə edib özünüzə çay tökün – red.)

Elə Dünya Səhiyyə Təşkilatının müdiri Tedros müəllimin dünən ölkəmizə rəsmi səfərə gəlməsi Azərbaycanın səhiyyə islahatlarına, əhalinin sağlamlığına göstərdiyi qayğıya dünya miqyasında böyük diqqətin bariz təzahürüdür. Gəlmişkən özünü Semaşkoda ətraflı yoxlatdırıb, daxili orqanlarını müayinə etdirəcəkdir.

Ancaq hər halda, adamın ürəyinə qurd düşür. Fikirləşirsən, ayə, axı bu əhalinin sağlamlığı haqda qanunumuz dini kitablar kimi mükəmməl, gözəl, müqəddəs, dəyişməz vəhylərdən ibarət idi, bəs indi deputatlar niyə növbədənkənar toplaşıb onu dəyişdirmək istəyirlər?

Bircə bu adamı narahat eləyir. Qalan hər şey əladır, maşallah. Namxuda.

DAHA ÇOX OXU

Köşə

Arazın o tayından gələn qonağı efirdən qovanın cəzası nədir?

02/07/2022
Köşə

Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

01/07/2022
Köşə

Sumqayıt avtobuslarında qaynar həyat

01/07/2022
Köşə

“Danışılmış qalmaqal” fəndi

01/07/2022
Köşə

73 illik həsrət

30/06/2022
Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
SON XƏBƏR

“Şakaya pul lazımdır”

Koronavirus və meymunçiçəyidən də təhlükəli...

TƏRƏKƏMƏ JURNALİSTİN UĞUR HEKAYƏSİ

Xəbər lenti

Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi – VİDEO

2022/07/04 07:17

Şolts: “Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

2022/07/04 07:00

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

2022/07/04 06:07

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.