Rusiya lideri Vladimir Putin müharibə dövründə təbii qaz satışının ödənişlərində rus rubluna keçdiklərini açıqlamışdı.
Medianews.az xəbər verir ki, bu qərarına tabe olmayan ölkələrin qaz axınının kəsiləcəyini deyən Putin bu gün dediyini edib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya təbii qazı üçün rubl ödəmə sistemini rədd edən ölkələrə daşınmanın dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 23-də təbii qaz satış ödənişlərində rus rubluna keçmək planını açıqlamışdı. Putinin martın 31-də imzaladığı fərmanla qüvvəyə minən yeni sistemdə Rusiya qazını alan ölkələrin “Qazprombank”da hesab açması və ödənişləri bu banka etmələri nəzərdə tutulurdu. Putin fərmanı imzaladıqdan sonra verdiyi açıqlamada dost olmayan ölkələrin yeni sistemi qəbul etmədiyi təqdirdə qaz müqavilələrinin dayandırılacağını bildirmişdi.
Kremlin sözçüsü Dmitri Peskov bu gün paytaxt Moskvada jurnalistlərə açıqlamasında Rusiya təbii qazının daşınması üçün yeni rubl ödəmə sisteminin tətbiq olunduğunu bildirib.
Sözügedən sistemi rədd edən ölkələrə təbii qaz nəqlinin dayandırıldığını bildirən Peskov bunları deyib: “Təbii qaz üçün rubl ödəmə sistemini rədd edən ölkələrə daşınmalar dayandırıldı. Bundan sonra heç bir azalma olmayacaq. Sistem tənzimlənib və normal şəkildə işləyir. Digər qaz alan ölkələr Rusiya prezidentinin müvafiq fərmanında göstərilən yeni sistemlə işləyirlər”.
Medianews.az