Hindistan dünən nüvə silahı daşıya bilən raketi sınaqdan keçirdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada dünən axşam saatlarında Agni-4 ballistik raketinin Odişa sahillərindən atıldığı bildirilib. Rutin təlim çərçivəsində atılan raketin 4 kilometr uzaqlıqdakı hədəfləri vura bildiyi açıqlanıb.
Müdafiə Nazirliyi bəyan edib ki, bu sınaq ölkənin çəkindirmə qabiliyyətini nümayiş etdirib.
Qeyd edək ki, ötən il də orta mənzilli raketləri sınaqdan keçirən ölkə son zamanlar strateji raketlərini modernləşdirir. Hindistan mart ayında texniki nasazlıq nəticəsində Pakistan ərazisinə raketin təsadüfən buraxıldığını açıqlamışdı.
Leyla, Medianews.az