Bazar ertəsi, 20 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xocalı uşaqlarını ukraynalı çocuqlardan ayıran “dəyər” – Siyasətin astar üzü

Zahid Səfəroğlu
18/04/2022 09:36
3
BAXIŞ
FacebookTwitterTelegram

Ukraynada insanlıq dramı davam edir. Bu dramın “ssenari müəllifi” əlbəttə ki, Rusiyadır və nə vaxtsa buna görə o cavab verəcək. Moskva ən azından 200-dən çox uşağın qətlinə məsuliyyət daşıyır. Təəssüf ki, bu da heç son rəqəm deyil. Ancaq Ukraynaya hərbi təcavüz tükürpədici insan faciələrinə, dağıntılara gətirməklə yanaşı, Qərb dünyasının Azərbaycana, Türkiyəyə münasibətdə “ikili standart” siyasətini də gündəm edib.

Məsələn, özünün bütün siyasi-hərbi, iqtisadi-demoqrafik resursları ilə Ukraynada separatizmlə mübarizə aparan, işğala qarşı Kiyevə hər cür dəstək verən ABŞ və Avropa eyni səxavəti Azərbaycana göstərməyib. Tam əksinə, uzun illər Qərb məhz işğalçı Ermənistanın yanında yer alaraq, erməni separatizminə siyasi-maliyyə yardımını əsirgəməyib, hətta işğalı legitimləşdirməyə çalışıb. Bu məqsədlə Qərbin bir çox paytaxtlarında oyuncaq rejimin “nümayəndəlikləri”nin açılmasına belə şərait yaradılıb, separatçı-kriminal ünsürlərin Avropa və Amerikaya səfərləri təşviq edilib, Azərbaycanın ərazi bütövlüyü suverenliyini saya saymadan Qərb emissarları Qarabağa mütəmadi səfərlər edib və edirlər!

44 günlük Vətən müharibəsində biz bu riyakarlığı daha qabarıq gördük. Əfsus ki, Ukrayna müharibəsi “ikili standart” siyasətinə yalnız kosmetik düzəlişlər edib. Mahiyyət isə yerində qalır. Hələ də qulaqları yağır edən “Qarabağ problemi bitməyib” kimi bəyanatların qayəsində məhz erməni separatizmini yaşatmaq, ona təzə nəfəs vermək məramı dayanır. Xankəndində qondarma “dnr” və “lnr”-in “bayralqarı”nı qaldırıb Rusiyaya müraciətlə “bizi də tanıyın!” deyə həşir salan erməni separatçı-cinayətkarları Qərbin görməzlikdən gəlməsi isə qənaətimizin başqa bir bariz sübutudur…

Xocalı uşaqlarını ukraynalı çocuqlardan ayıran “dəyər” – Siyasətin astar üzü

Ukrayna 2022

Müxtəsəri, “ikili standart” siyasəti davam edir. Bu da yeni faktlar.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland görün nə deyir: “Çox güman ki, toplanmış sübutlar prezident Co Baydenin Rusiyanın Ukraynadakı cinayətlərinin soyqırım olması ilə bağlı sözlərini təsdiqləyəcək. Bu, Rusiya və onun qüvvələrinin Ukraynanı və onun mülki əhalisini məhv etmək üçün düşünülmüş qərarıdır”.

Yəqin ki, belə də olacaq. Rusiyanın hərbi cinayətlərini ABŞ soyqırımı kimi tanıyacaq. Ancaq ortaya sual çıxır: bəs siz Türkiyəyə qarşı saxta erməni soyqırımı tanımazdan öncə yetərincə sübut toplamışdınızmı?

Xeyr. Ehtiyac görməmişdilər! Axı söhbət “erməni soyqırımı”ndan gedir. “Dəlil-sübut” üçün “əzabkeş xalq”ın yalanları kifayət eləmişdi. Amma Xocalıdakı genosidlə bağlı foto-video faktlar ortada ola-ola ABŞ başda olmaqla Qərb dövlətləri bu günədək heyrətamiz susqunluq göstərir. Ona görə ki, qətlə yetirilən Xocalı uşaqlarının saçının rəngi, onların ata-analarının saçının rəngi və dini ukraynalı uşaqların saçı və dinindən, Qərb siyasətini yönəldənlərin saçının rıngi və dinindən fərqlənir. Ona görə ki, Xocalıda öldürən erməni, öldürülən isə türk-müsəlman azərbaycanlılar idi!…

Xocalı uşaqlarını ukraynalı çocuqlardan ayıran “dəyər” – Siyasətin astar üzü

Xocalı 1992

Yaxud Fransa prezidenti Makron. Gələn xəbərə görə, o, Rusiya ordusunun Ukraynadakı vəhşiliklərini “soyqırımı” adlandırmaqdan imtina edib. Bunu da belə izah edib ki, orada soyqırımın olub-olmadığını siyasətçilər yox, hüquqşünaslar müəyyən eləməlidir.

Məntiqlidir. Elə isə Fransa “erməni genosidi”ni tanıyanda nədən hüquqşünasların, tarixçilərin deyil, siyasətçilərin rəyinə üstünlük verdi? Ona görə ki, “gerçəyi” bilmək üçün Fransa dövlətinə erməni nağılları bəs edirdi. Eləcə də ABŞ daxil, digər Qərb dövlətlərinə.

Amma 24 apreli öz prezidentliyi dönəmində üstəlik, Fransada rəsmi “matəm günü” elan edən Makron indi durub deyir ki, qoy Ukraynadakı qətliamlarla bağlı öncə faktlar ortaya qoyulsun, hüquqşünaslar işləsin. Halbuki Türkiyə rəhbərliyi, prezident Ərdoğan illərdir “erməni məsələsi”nə nöqtə qoymaq üçün çağırış edir. Təklif edir ki, bütün arxivlər açılsın, ortaq, beynəlxalq bir komissiya yaradılsın və əgər o komissiya yekun qənaətə gəlsə ki, Osmanlıda ermənilər soyqırımına məruz qalıb, bu nəticəni də Türkiyə tanımağa hazırdır.

Amma kimə deyirsən. Daşdan səs çıxıb, Fransadan, ABŞ-dan çıxmayıb. Çünki onlara həqiqət yox, “erməni kartı” timsalında Türkiyə əleyhinə daimi təzyiq aləti gərəkdir. Siyasi ikiüzlülüyün buynuzu-zadı olmur ki…

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

Paşinyan-Araik düşmənçiliyi sayəsində məxfi plan açıldı: Erməni terrorçu Kremlin sirrini yaydı

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Bu şəxs çaşqınlıq içindədir: Maşını olmasa da, adına çoxsaylı cərimələr gəlir VİDEO

Xəbər lenti

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59

Sabiq icra başçısının qardaşı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

20/03/2023 13:17

AzTV VƏ DİL KOMİSSİYASI KOBUD SƏHV BURAXDI – FAKT

20/03/2023 12:23

Azərbaycanda DƏHŞƏT – Qadın anasını BELƏ ÖLDÜRDÜ

20/03/2023 11:41

Bu bürcün sahibləri ƏN AĞILLI İMİŞ

20/03/2023 10:54

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

20/03/2023 10:03

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

20/03/2023 09:28

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

20/03/2023 09:24

Seçkilər ləğv edildi, keçmiş deputatlar parlamentə qayıtdılar – ŞOK QƏRAR

20/03/2023 09:20

Putinin bu hərəkəti TƏNQİD OLUNDU – Ona “OĞRU” DEDİLƏR

20/03/2023 09:08

Azərbaycanda tələbə dekan müavini təyin olundu

20/03/2023 08:45

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38

ABŞ dronunu vuran Rusiya qırıcısı “Bayraktar”la bacarmadı – VİDEO

20/03/2023 06:46

Bu ölkədə gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

20/03/2023 06:22

Polşanın Fransadakı səfiri: Ukrayna məğlub olarsa…

20/03/2023 06:00

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

20/03/2023 05:33

Azərbaycanda Novruz bayramı qeyd edilir

20/03/2023 01:32

Günel Həmidova: “Aparıcılarımızda məsuliyyət çatmır” – MÜSAHİBƏ + FOTO

19/03/2023 22:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.