Medianews.az
Azərbaycanlı məşqçiyə AĞIR CƏZA
406 baxış

Azərbaycanlı məşqçiyə AĞIR CƏZA

AFFA İntizam Komitəsi (İK) “Sabah” klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib. Oxu.Az xəbər verir, buna mütəxəssisin “Keşlə”yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub. Paytaxt təmsilçisi Kovalyova görə 4 min manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. “Sabah”ın qapıçısı Səlahət Ağayevin formasında qüsur aşkarlanıb və qarşılaşma bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək. Qeyd edək ki, Vitali Kovalyov Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun kiçik qardaşıdır. Bundan başqa, İK “Qarabağ” klubuna da 4 min manat məbləğində cərimə tətbiq edib. “Köhlən atlar”ın azarkeşləri evdə “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Həmin oyunda qonaq komandanın azarkeşləri stadiondakı əmlaka zərər vurub və dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır. “Səbail” isə 4 futbolçusu “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.

Bizə qoşulun