“Ümid edirik, cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin qısa müddətdə tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”.
Bunu bu gün Azərbaycan Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. İdarə rəisi xatırladıb ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 26 nəfərin ölümü ilə nəticələnən 4 terror hücumu olub, özünü qondarma rejimin “prezident”i sayan quldurbaşı Araik Arutunyan isə sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. Odur ki, onunla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə (“Terrorçuluq”, “Qətl” və s.) cinayət işi başlanılaraq axtarışa verilib.
“Azərbaycan və Ermənistan terrorizmlə mübarizə haqqında beynəlxalq konvensiyanı ratifikasiya edib. İstənilən hüquqi dövlət terrorizmə görə axtarışda olan şəxsi saxlamağa və konvensiyanın tələblərinə əməl etməyə borcludur. Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək və o, məhkəmə qarşısına çıxarılacaq”. Bunu da idarə rəisi deyib.
Yəni Araik İrəvana gedərsə, hətta Ermənistan da onu tutub bizə təhvil verməyə borcludur. Çünki beynəlxalq öhdəliyi var. Amma biz əlbəttə, sadəlövh deyilik. Erməni qatı cani olsa belə, öz itini Türkə təslim eləməz. İrəvan üçün beynəlxalq hüquq, yaxud götürdüyü yazılı öhdəliklər bu xüsusda çoxdan kağız parçasına çevrilib. Vədə, sözə xilaf çıxmaq bu mənfur tayfanın qanında, genindədir…
Bəs özünü hüquqi dövlət sayan Rusiya, onun Qarabağdakı “sülhməramlı” kontingenti? Nədən Moskva bu qulduru Azərbaycana vermir? Axı uzunmüddətli sülhün əsas şərtlərindən biri məhz hərbi cinayətkarların layiqli cəzalarına çatdırılmasıdır. Bunsuz müharibəni bitmiş hesab eləmək olmaz. Hətta tərəflər arasında sülh müqaviləsi imzalansa belə! Ona görə ki, müharibə, soyqırım cinayətkarları azadlıda gəzdikcə digər, potensial canilər üçün pis nümunə olacaqlar.
Necə ki, nasist Almaniyasının təmsilçiləri bir-bir öz cəzalarını aldılar, eyni aqibətə erməni cəlladları da tuş gəlməlidir. Gec ya tez. Çünki bu cür cinayətlər üçün törədilmə zamanı önəm daşımır. Aradan çıxa bilmiş faşist hərbi caniləri az qala, dünənə kimi tutularaq Beynəlxalq Məhkəməyə təslim edilməyiblərmi? Xalqımıza qarşı qandonduran vəhşiliklər törətmiş, etnik təmizləmələr aparmış erməni ikiayaqlıları da layiqli cəzalarından yayına bilməyəcəklər. Hansı yaşda olur-olsunlar…
Təəssüf ki, bu yöndə ən böyük əngəl Rusiya olaraq qalır. Nə yazıq ki, şimal qonşumuzun nasist cinayətkarlarına münasibətin eynisini erməni faşistlərinə qarşı görmürük. İkinci yandan, biz yaxşı xatırlayırıq: Putin 44 günlük müharibədən bir neçə gün sonra telekanallardan birinə verdiyi müsahibədə demişdi ki, Dağlıq Qarabağ yuridik olaraq Azərbaycan ərazisidir və bütün dünya bunu belə qəbul edir. Kreml başçısı ermənilərin “Rusiya niyə müharibəyə müdaxilə eləmədi” əsassız iradına cavab olaraq onu da vurğulamışdı ki, heç Ermənistan özü Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanımayıb.
Elə isə vaxtaşırı Rusiyada sərbəst gəzib-dolaşan bu çaqqalı Bakıya təhvil verməyə nə mane olur? O ki, Moskvadan yenə Xankəndinə, yəni bizim şəhərimizə, Rusiya sülhməramlılarının nəzarətindəki əraziyə qayıdır…
Sözsüz ki, Araikn beli İrəvana deyil, Moskvaya bağlıdır, zənciri rusun əlindədir. Onu cinayət məsuliyyətinə cəlb eləməyə başlıca əngəl də “yaxın xaric” ölkələrində etnik separatizmi bütün vasitələrlə dəstəkləyən və təşviq edən Rusiyadır. Moskva həmçinin presedent yaranmasından ehtiyatlanır. Çünki bu gün Araiki bizə versə, sabah Köçəryanı, Sərkisyanı da Bakıya təslim eləməlidir. O halda Azərbaycana qarşı separatçılıq həvəsində olan erməni tapılmaz…
Yeri gəlmişkən, bu gün Rusiya Dövlət Duması Ukraynadakı separatçı bölgələrin – “DNR” (“DXR”) və “LNR”-İN (“LXR”) müstəqilliyini tanımaq barədə qərar qəbul edib və Putinə bu qərarın təsdiqlənməsi üçün müraciət edib. “Tüstü”nü hansı bacadan çıxdığı indi bir daha məlum oldumu?
Belə bir dövlətin Araiki Azərbaycan femidasına təhvil verəcəyi təbii ki, real görünmür. Halbuki Azərbaycanla Rusiya arasında da qarşılıqlı hüquqi yardım haqda müqavilə var. Nonsens də ondadır ki, Kiyevi Donbasla bağlı Minsk anlaşmasını yerinə yetirməməkdə suçlayan Moskva (sənədə Rusiya da imza atıb) burdan-bura Azərbaycanla imzaladığı hüquqi yardım haqda öhdəliyi yerinə yetirmir. Yəni özünə rəva bilmədiyini başqasına görür. Terrorçuları, hərbi caniləri sortlara bölür, onları “yaxşı və pis”lərə ayırır.
Beynəlxalq hüquqa, imzaladığı hüquqi sənədlərə özü sayğılı olmayan Kremlin Kiyevdən hansısa çoxtərəfli sənədə riayət tələb eləməsi paradoks olmaqla yanaşı, həm də Moskvanın “güclü həmişə haqlıdır” tezisindən çıxış elədiyinə, ikili, üçlü standartlara üstünlük verdiyinə, müxtəsəri, riyakar siyasət yürütdüyünə şübhə saxlamır…
Zahid SƏFƏROĞLU