Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Suyu qılınclayanlar

Zamin Hacı
06/10/2021 08:57
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Kim nə deyir desin, şəxsən mən bu saat İranla respublikamız arasında münasibətlərin soyuqlaşmasına yaxşı baxmıram.

Birincisi, islam ölkəsidir, Allaha yaxın yerdir, sabah mollalar bəd dua eləsə, axırımız necə olar? Görərsən arvadlar oğlan uşağı doğmadılar. Dana çöldə qaldı, qurd yedi. Maşın dumana düşdü, aşdı dərəyə. Putin asqırdı, Xankəndində Araik qrip oldu.

İkincisi, nə qədər mollamız orada təhsil alıb gəlirdi, ölü basdırmaq işinə fayda verirdi. Ölülər ortada qalsa yaxşı olar? Olmaz. Özü də siz Ərəbistanda, Misirdə-zadda oxuyub gələn molla ilə İrandan gələn mollanı heç vaxt bir tutmayın. İran mollaları, vallahi, billahi, min dəfə yaxşı adamlardır. Məsələn, Ərəbistanda oxuyub gələn bir balağı kəsik qardaş var idi, Montin tərəfdə necə nifaq yuvası qurmuşdusa camaat indi də o tərəfdən keçməyə qorxur. İranın təhsil verdiyi molla isə yenə bilirsən Allah adamıdır, dil-zad qanır, ən böyük arzusu uzağı hansısa dul övrəti özünə siğə eləməkdir. Qurban olum İrandakı dinə. Ciddi sözümdür. Əfqanıstana, İŞİD-ə, Suriyaya, İraqa-filana baxıb şükür eləmədinizmi, hələ də?

Bir neçə il qabaq Tehranın bir polis rəisi var idi, harada teli yaylıqdan qırağa çıxan qız görsə, tutub bunların kəkilini kəsirdi. Guya kişinin oğlu əsl islam qaydaları yaradırdı. Bir gün bunun özünü açıq-saçıq qadınlarla gizli eyş-işrət edəndə tutdular.

Yəni orada hamı kimin kim olduğunu bilməsə də, başa düşür. Yola verirlər, dinc yanaşı yaşayırlar, uzağı hərdən bir qrup adamı krandan asırlar. Sözgəlişi, mən həmişə fikirləşmişəm, görəsən, İranda o adam asdıqları kran hansısa tikinti şirkətindən icarəyə götürülür, yoxsa elə adam asan idarənin əmlakıdır? Hər halda, eyni qurğu ilə həm ev tikmək, həm ev yıxmaq çox orijinal ideyadır, bunu hansı molla fikirləşibsə, halal olsun, o biri dünyada mütləq cənnətdə yetmiş yeddi huri ilə ödüllənəcəkdir.

Üçüncüsü, İranla münasibəti pisləşdirsək, sabah aftafa idxalında problem yaşayacağıq. Bu bizə lazımdırmı? İnanmıram. Müasir dünyada aftafa “ayfon” qədər vacib texnologiyadır. Özü də bunu hansısa kafir Amerikadan, Firəngistandan tapa, ala bilməzsən, yalnız İranda istehsal edilir. Xaricə səfər eləyən yoldaşlardan soruşun, görün hotellərdə aftafasız nə qədər əziyyət çəkiblər. Adam tanıyıram, bu işlər üçün dükandan gül vazası almağa məcbur olubdur.

Dördüncüsü, İranın səhvən öz hərbi texnikalarını, o cümlədən üstündən uçan təyyarələri vurması dünyaya məlumdur. İndi bəlkə Azərbaycana qarşı pis bəyanatları da səhvən veriblər? Örnək üçün, o ərdəbilli molla bəlkə bizə yox, ermənilərə hədə-qorxu gəlmək istəyirmiş? Olmayan yerdə din qardaşıyıq.

Ərdəbil demişkən, bu yerdə ulu şairimiz Sabirdən bir beytin yeri var. Elə o ərdəbilli molla üçün yazıbdır:

“Zənn edirdim mən bütün aləmdə İrandan səva,

Bir fərəhabad yer yoxdur o samandan səva,

Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,

Var imiş Rusiyyədə min-min pərizad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!”

Sonda bir daha qeyd edim ki, İranla aramız yaxşı olmalıdır. Qonşuyuq. Üstəlik, orada neçə nəfər dilimizi bilən yaşayır. Ölkəmizin daimi dostu yoxdur, maraqları var. Ancaq İran da gərək siyasətdə incə olsun. Saman altdan su yeritməyi Qərb ölkələrindən öyrənsin.

Elə bu su məsələsində nəsə tərəqqi lazımdır: 1-ci Kserks dənizi qılınclamağı əmr eləmişdi, indiki İran rejimi də Araza və Xəzərə qamçı vurur. Hərçənd o vaxt yunanların da üstünə elə bizim kimi camaatları yığıb aparmışdılar, ancaq bu artıq ara pozan temadır, yazmıram.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
AZAL Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb – FOTO

AZAL Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb - FOTO

Nigar XTQ hərbçisi olan nişanlısının FOTOsunu paylaşdı – İlk dəfə

Nigar XTQ hərbçisi olan nişanlısının FOTOsunu paylaşdı - İlk dəfə

Azərbaycanda vəzifəli şəxsin oğlu qəfil öldü -FOTO

Azərbaycanda vəzifəli şəxsin oğlu qəfil öldü -FOTO

Xəbər lenti

Türkiyə aviasiyası terrorçuları bombardman edib

Türkiyə aviasiyası terrorçuları bombardman edib

2022/05/26 20:36

İsrail Prezidenti İlham Əliyevə zəng edib

İsrail Prezidenti İlham Əliyevə zəng edib

2022/05/26 19:58

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib – FOTO

2022/05/26 19:42

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.