Ermənilərin nə qədər xəbis, xəstə təfəkkürlü, xain, əxlaqsız, murdar və şeytan xislətli bir toplum olduğunu yazsaq, yəqin ki, nə “Amerika” açarıq, nə də günah işlədərik. Allah da yəqin onları bəşəriyyətə bir görk, ibrət olsun deyə, yaradıb. O anlamda ki, normalda belə millət, belə insan ola bilməz, olmamalıdır, özünüz üçün nəticə çıxarın və düz yaşayın!
İndi də bu mənfur, faşist düşüncəli qonşular Türkiyədəki meşə yanğınlarına, qardaş ölkəyə, onu təbiətinə, turizm sektoruna dəyən itkilərdən, hətta insan itkilərindən maniakalcasına sevincək olublar. Bunu utanıb-eləmədən öz aləmlərində “ermənilərə türklərin elədiyi zülmün qarşılığı olaraq verilən ilahi cəza” adlandırırlar.
“Yanğınlar nəticəsində 6 nəfər ölüb, 410 nəfər yaralanıb. Say elə də çox deyil, amma erməni xalqına qarşı qeyri-insani münasibətin Türkiyə üçün nə ilə nəticələndiyini türkün anlaması üçün yetərlidir. Bu fani dünyada baş verən hər şeyin məntiqi izahı var. İlahi cəza – planetimizin bu və ya digər nöqtəsində baş verənlərin izahını axtaranlar üçün hesabdan silinməyən lazımlı bir məqamdır. Türkiyə də indi öz cinayətlərin bəhrəsini yeyir”.
Normal insan beyninin məhsulu olması ciddi şübhə doğuran belə bir sitat Qalust Qriqoryan ad-soyadlı ikiayaqlı məxluqun Arnenianreport.com-dakı cızmaqarasındandır.
Tipik, vəhşi “hay” yanaşması. Yenə məşhur məsəl yada düşür: “Adımı sənə qoyum, sıni də yana-yana…” Çünki əslində ilahi cəzanı aylardır məhz Ermənistan və onun hələ də haqq yolunu tapa bilməyən xalqı yaşayır. Qonşu Azərbaycana, onun xalqına elədiyi böyük pisliklərə və zülmlərə görə, o sırada apardığı işğalçı siyasətə, Xocalı soyqırımına görə, şəhər və kəndlərimizi xarabazarlığa çevirdiyinə görə, günahsız insanlarımızın həlak olması üçün ərazilərimizi minaladıqlarına görə, yüz minlərlə soydaşımızı öz dədə-baba yurdundan qovub didərgin saldığına görə və s.!
Məhz bu allahsızlıqların məntiqi yekunudur ki, Qalust Qriqoryanın mənsub olduğu millət miskin həyata tuş gəlib, it günündə yaşayır, acından ölür. İlahi cəza belə olar. Yoxsa ki, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, çünki həm güclü dövlətdir, həm də Ermənistan kimi mayası haramdan yoğrulan, özgə torpaqlarda qurulmuş dövlət deyil!..
Ermənistanın bəlaları hələ təzə-təzə başlayır. Nə qədər ki, ağla gəlməyiblər, nə qədər ki, halalla haramı onların katolikosu belə ayıra bilmir, nə qədər ki, boyunlarından xaç assalar da, Allaha və onun peyğəmbərinə asi çıxıblar, nə qədər ki, Allaha yox, Şeytana qulluq edirlər və tövbə eləmək ağıllarının uclarından belə keçmir, əksinə, az qala, bütün dünyanı özlərinə borclu bilirlər, zillətləri inşallah bitib-tükənməz…
Hər şey qırağa, 1989-cu ildə on minlərlə erməninin ölümünə səbəb olmuş Spitak zəlzələsi necə olsun bəs? Məgər o Ermənistandan köklü azərbaycanlı əhalini zorla qovmağın, həmin o Spitakda 47 azərbaycanlı uşağı dəmir borunun içinə yığıb hər iki ucunu qaynaq eləməklə məsum balaların ölümünə bais olmağın ilahi cəzası deyildi?
İlahi cəza idi! “Allah gec edər, güc edər” deyiblər. Ermənilərin toplum olaraq cəzası isə əlbəttə ki, hələ bitməyib. Səbəbləri bir abzas yuxarıda sadaladıq…
Zahid SƏFƏROĞLU