Cümə, 27 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Xəyalpərəstin həqiqət xəbəri

Vahid Qazi
15/03/2021 00:29
0
0
BAXIŞ
FacebookTwitterTelegram


Dünən Ağdama gedən jurnalistləri görəndə 30 il qabaq “Ədalət” qəzetində “Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” başlığı ilə dərc olunan yazılar yadıma düşdü. Jurnalist kimi yeni xəbərlər hazırlamaq keçdi könlümdən.

Üç xəbər yazdım.

London orkestri Ağdam xarabalıqlarında

London Simfonik Orkestri Ağdam xarabalıqlarında məşhur polyak bəstəkarı Kşiştof Pendereskinin avanqard üslubda bəstələdiyi ”Xirosima qurbanlarına ağı” kompozisiyasını ifa edəcək. Orkestrin baş dirijoru Simon Rattle BBC kanalına açıqlamasında bildirib ki, konsertdə həmçinin dünya bəstəkarlarının klassik əsərlərini də ifa edəcəklər.

Konsertin sponsoru Heydər Əliyev Fondunun mətbuat üçün açıqlamasında deyilir ki, BBC konserti canlı yayınlamaqla yanaşı ”Qafqaz Xirosiması” adlı qısametrajlı film də çəkəcək.

London Simfonik Orkestri
Qarabağ dünya rəssamlarının fırçalarında

Mədəniyyət nazirliyi ”Qarabağ dünya rəssamlarının gözü ilə” adlı beynəlxalq layihəyə başlayıb. Artıq dünyanın 20 məşhur rəssamı ilə müqavilə bağlanıb. Rəssamlar Qarabağın müxtəlif yerlərini gəzəcək, çəkmək istədikləri yerləri özləri seçəcəklər. Nazirlikdən verilən məlumata görə rəssamlarla bağlanmış müqaviləyə əsasən çəkilən tabloları Azərbaycan dövləti alacaq.

Pikasso. ”Gernika”
”Qəsdimiz Pikassonun faşist vəhşiliyini təsvir edən, dünyaca məşhur ”Gernika”, yaxud “Koreyada qırğın” tabloları kimi ”Qarabağ yaraları”nı dünyaca ünlü rəssamların fırçası ilə təqdim etməkdir”.

Sonra ”Qarabağ yaraları” sərgisi dünya turuna çıxacaq. Artıq Luvr, Metropoliten, Vatikan, Britaniya muzeyləriylə ilkin razılaşma əldə olunub. Sərginin Pekin, Tokio, İstanbul, Paris, Nyu-York, London, Madrid, Berlin, Sankt-Peterburq, Afina və başqa şəhərlərin muzey və sərgi salonlarında nümayişi planlaşdırılır.

Oskara iddialı kinomuz

CNN kanalına müsahibə verən kinorejissor Roman Polanski gələn ay Xocalı qırğınından bəhs edən filmin çəkilişlərinə başlayacağını deyib. Heritage Films şirkəti ilə bağlanan müqaviləyə əsasən rejissor filmi bu ilin sonunadək təhvil verəcək. Filmin təqdimatı Xocalı qırğını günü 26 fevralda Nyu-Yorkda keçiriləcək. Baş rolun ifaçısı tamaşaçıların “Pianoçu” filmindən yaxşı tanıdığı Adrien Brodidir. O, erməni qadınların baxışları altında dırnağı çıxarılan Xocalı sakini, gitaraçı Valeh Hüseynovun obrazını yaradacaq.

***

Jurnalistika fakultəsində oxuyurduq. Qarabağ hadisələrinin başladığı, mitinqlərin getdiyi vaxt idi. Qəzetlərdə xalqlar dostluğunu tərənnüm edən yazılar gedirdi. Müəllimlərimizlə real həyatda olmayanları yazmağın nə anlamı var sayaq söhbətlər edirdik. Belə söhbətlərin birində Şirməmməd Hüseynov “xəyal-xəbər” sözü işlətdi. “Bu ölkədə həmişə belə olub, xəbərlər xəyal üstündə yazılıb”. Başdan-başa yalan üstündə qurulmuş SSRİ-də hava proqnozundan savayı həqiqi xəbər nə gəzirdi!

Yuxarıda yazdığım xəbərlər də doğru deyil, mənim təxəyyülümdür, yəni Şirməmməd müəllim demiş, xəyal-xəbərdi. Amma sovet xəbərlərindən fərqli olaraq, mənim xəbərlərim həqiqət ola bilər. Onu həqiqətə çevirmətyə, sadəcə, vətən aşiqi kəslər gərəkdir.

”Çobanın meyli olsa, təkədən pendir tutar”.

Kültür siyasətimiz ağıllı yönləndirilsə, peşəkar yanaşılsa, işğaldan azad edilən şəhərlərin, kəndlərin indiki halı ilə dünyanı şoka salan sənət əsərləri yaratmaq olar.

Təpəsindən neft pulları tökülən ölkə üçün beş-on milyon nə puldur ki…

Saat, maşın kolleksiyası saxlayan məmur balalarının illik xərci də deyil.

Vahid Qazi

14 mart 2021

DAHA ÇOX OXU

Köşə

Texniki inkişaf

26/05/2022
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR

Night out Ideas For Lovers - Where to get the Best Locations to Impress Your Spouse!

Xalq artisti: “12 yaşımda bildim ki, anam kimdir”

Azərbaycanlının qatili Ermənistana təhvil verildi - FOTO

Xəbər lenti

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

2022/05/27 15:38

Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu

2022/05/27 15:33

Mehriban Əliyeva Zəngilandan video paylaşıb

2022/05/27 15:31

Məşhur teleaparıcı DİN əməkdaşı ilə ailə qurur

2022/05/27 15:24

ƏDV ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bu pulları geri alacaqsınız – VİDEO

2022/05/27 15:10

Azərbaycanlı müğənni “Galendewagen”lə qəza TÖRƏTDİ

2022/05/27 14:56

“Yaşlı nəsil, sənət adamları undulur”- Xalq artisti

2022/05/27 14:48

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

2022/05/27 14:45

Azərbaycanda müğənni vəfat etdi – FOTO

2022/05/27 14:34

Azərbaycanda baş verən ağır qəzanın görüntüləri – ANBAAN VİDEO

2022/05/27 14:23

Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş… – TƏFƏRRÜAT

2022/05/27 14:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.