“Əgər biz insanlar mübahisələri sülh yolu ilə həll edə bilmiriksə, o zaman insan deyilik”. Rusiyanın tanınmış jurnalisti, teleaparıcı, “Moment istinı”, “Ruskiy vek” verilişlərinin müəllifi Andrey Karaulov Qarabağ ixtilafı barədə danışarkən belə deyib. Siyasi icmalçının əminliyinə görə, bu münaqişə o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq: “Bu, onun torpağıdır. Əks halda, konflikt heç vaxt bitməyəcək”.
O, münaqişənin erməni xalqına bədbəxtlikdən başqa heç nə gətirmədiyinə xüsusi diqqət çəkib: “Ermənilər bundan bəyəm xoşbəxt olublar? Başqasının olana necə mənimki demək olar?! Təəssüflər olsun ki, Ermənistan özünü elə aparır, elə, bil bütün bu faciələr baş verməyib, İrəvan boşalmayıb, yoxsulluq baş verməyib”.
Karaulovun qənaətincə, bütün vəziyyətlərdən çıxış yolu var. O, Rusiyanın məsələ ilə bağlı mövqeyini tənqid edib. “Kreml tərəfləri yola gətirməlidir. Rusiyanın Ermənistana yumruq göstərməsi lazımdır… Azərbaycanın Qarabağı qaytarmağa tarixi və digər cəhətlərdən tam hüququ çatır”, – analitik əlavə edib.
Obyektiv və soyuqqanlı yanaşmadır. Əlbəttə, bir var, Qarabağ gerçəklərini biz azərbaycanlılar dünyaya car çəkək, ermənilərin qazandığı “Pirr qələbəsi” haqda biz danışaq, bir də var, başqa ölkələrdə, xüsusən də əsas vasitəçi dövlət olan Rusiyada ictimai fikrə təsir imkanı olan tanınmış simalar bunu dilə gətirə.
Karaulov Azərbaycana sevgisi olan rusiyalı ziyalılardandır. Başlıcası, onun Qarabağla bağlı əlahəzrət ədalətə sayğısı tam və yerindədir. Bizdən ötrü ən önəmlisi də budur. Yəni sən Azərbaycanı, azərbaycanlıları sevməyə bilərsən, öz işindir, fəqət, haqq-ədalətə münasibətin normaldırsa, Qarabağ gerçəyini bilir və qorxmadan bəyan edirsənsə, bu da bəs edər…
O ki qaldı dialoqa, onun iki insani tərəfi olur. İrəvanla dialoq, danışıq ona görə alınmır ki, ermənilər faktiki, insanlıqdan çıxmış, özlərindən həddən ziyadə razı, xəbis, maniakal ideyalarla yaşayan xəstə məxluqlardır. Birinci şəxsindən tutmuş, sıravisinədək. Barmaqla sayılacaq istisnalarla təbii ki.
Baxın, cəmi 28 il öncə törətdikləri Xocalı soyqırımını hələ də israrla bizim üstümüzə atmağa çalışırlar. Bu bəşəri cinayətə görə millət olaraq, utanıb-qızarmaq, Azərbaycan xalqından üzr istəmək, onun təşkilatçılarını lənətləyib məhkəməyə çəkmək əvəzinə. Belə bir toplumun mənsubları ilə hansı dialoqdan söhbət gedə bilər ki?
Hələ harasıdır, o gün işğalçı ölkənin başdan xarab lideri Nikol Paşinyan Azərbaycana nə az, nə çox,7 şərt irəli sürüb!
Kapitulyasiyadan da betər şərtlərdir. Onlar əməl etmək o demək olar ki, Azərbaycan Dağlıq Qarabağla birgə Ermənistana əlavə 1-2 rayon da verməlidir ki, separatçı bölgənin “təhlükəsizliyi” və işğalçı ölkə ilə əlaqəsi tam və əbədi təmin olunsun. Hələ öhdəlik də götürməliyik ki, bir daha silaha əl atmayacağıq. Yəni öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək fikrinə düşməyəcəyik. Bircə qalır, bu mənfur millətdən üzr istəmək ki, “Bağışlayın, sizin ədalətli şərtləri bir az gec qəbul etdik!..”
Paşinyanın sərsəm şərtlərindən biri də odur ki, Bakı öz “maksimalist mövqeyindın əl çəkməlidir”. Əcəba, nə imiş bu “maksimalist mövqe?” Heç nə, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasında israr etməsi!! İndi əgər biz bu prinsipdən vaz keçsək, onda olacağıq ermənin gözündə tam konstruktiv tərəf.
Bu yerdə Nikola 3 barmağın konfiqurasiyasından ibarət məşhur işarəni göstərib əlavə edək ki, heç SSRİ faşist Almaniyasına qarşı bu cür ağır şərt-tələb irəli sürməyib. Amma erməni öz ağası Rusiyanın çiyni arxasından belə bir cəsarətdə bulunur.
Azərbaycan bu ağıl yiyələri ilə hansı danışıqlar apara bilər ki? Heç hakimiyyətdə İlham Əliyev olmasın. Belə birisi bizdə varmı, ola bilərmi? Ermənilər bizi nə hesab edirlər görəsən? Burada diplomatiyalıq bir iş qalırmı?..
Məsələ də ondadır ki, erməni tərəfi ilə dialoq üçün öncə onlar insanlıq səviyyəsinə düşməli, “göydən yerə enməli, özlərini “6 nömrəli palatanın pasiyentləri” kimi deyil, anlaqlı adamlar kimi aparmalıdırlar. Problem budur. Ondan sonra Qarabağ məsələsini danışıq yolu ilə çözməyə nə var ki.
Əks halda, onları “göydən” Azərbaycanın hərbi aviasiyası endirəcək…