Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bir gün yolda

Zamin Hacı
30/01/2020 09:48
0
BAXIŞ
FacebookTwitterTelegram

Yaxud “Allah qorusun” karantin tədbirləri

Şəxsi işlə bağlı bir günlüyə Gürcüstana, türklər yaşayan Borçalı bölgəsinə gedib qayıtdım. Yolda gördüklərimin oxuculara maraqlı olacağını zənn edirəm.

İlk növbədə, Gürcüstana keçiddə qabaqkı vaxtlara nisbətən sakitlik, müəyyən qayda-qanun yaranması sevindiricidir. Sərhədin heç bir üzündə insanları incitmirlər. Hərçənd, gürcü tərəfdə qabaqlar da belə problemlər olmurdu. Bəlkə biz sərhədi gecə yarısı keçdik, insanların, növbənin az olduğu vaxt idi, o üzdən rahatlıq idi, deyə bilmərəm. Hər halda, biz oradan gecə də zülümlə keçdiyimiz vaxtları xatırlayırıq.

İkincisi, bizim yol qıraqlarında bəzi məntəqələrin süni işıqlarla, bayağı formada bər-bəzəyə tutulmasını, bəzi yaşayış məntəqələrində isə necə deyərlər, göz-gözü görmədiyi, qu deyəndə qulaq tutulduğu diqqət çəkir. Bu da Azərbaycan regionlarının əslində böyük demoqrafik problemlərlə üz-üzə qaldığını göstərir. Məncə, regionlarımızın boşalması hələ isti prosesdir, ağrısını az sonra daha kəskin duyacağıq.

Ümumiyyətlə, bizdə qaranlıq magistral yollar həm sürücülərə, həm piyadalara qorxunc anlar yaşadır. Görəsən, neft milyardlarından bəh-bəhlə danışan Azərbaycanın heç olmazsa Bakı-Yalama, Bakı-Qazax, Bakı-Astara və Bakı-Horadiz istiqamətində 4 əsas yolunu işıqlandırmaq imkanları yoxdurmu? Niyə biz bunu eləyə bilmirik? Günah kimdədir? Axı turizmin imkanlarından, regional inkişafdan, geopolitik liderlikdən danışmaq bəs eləmir, bunu əməldə göstərmək, sözün bütün anlamlarında işıqlandırmaq lazımdır. Yoxsa əcnəbi Gürcüstandan ölkəmizə daxil olur və zülmətin içinə düşür. Sanki Cırtdanın nağılındasan, bilmirsən it hürən tərəfə gedəsən, ya işıq gələn tərəfə. Yollarımızda istiqamət göstərən işarə lövhələrinin azlığı da başqa problemdir. Bakıda “20 Yanvar” metrosu yaxınlığında Tiflis-Qazax yolunu göstərmişik, ancaq Qazax-Gəncə arasında Bakı istiqamətini yazmırıq. Sanki rəhbərlik bizim buradan çıxıb getməyimizdə maraqlıdır, qayıdıb gəlməyimizdə isə yox. Başa düşürəm, indi peyk-naviqasiya proqramları dövrüdür, ancaq hər kəsdə ağıllı telefon olmaya bilər. Ya da sürücü xam çıxar. Məsələn, bizim sürücü qayıdanda 3 dəfə səhv getdi. Bir dəfə hətta Ermənistan sərhədindən qayıtdıq, az qalmışdıq gedib İrəvanı biz də alaq – Lazımdan sonra.

Bir də Şəmkirdən Gürcüstan sərhədinə doğru bütün yolun dağınıq durumda olması diqqət çəkir. Hazırda orada yeni yolun çəkilişi işləri gedir. Haçan qurtaracaq, Allah bilir. Deməli, camaat azı bir neçə il də burada əzab çəkəcək. Oranın genişlənməsi başa çatanacan, Bakı-Gəncə yolu dağılar. Təəccüblüdür ki, son 20 ildə yol infrastrukturunun yenilənməsinə bəlkə 20 milyard dollar pul gedib, ancaq biz yenə yolsuz qalmışıq. Görəsən, bunun sonu olacaqmı? İpək yolundan, Çin-Avropa magistralından dəm vuran yoldaşlara da məsləhət görərdim Gəncə-Qazax yolunu gedib bizim tranzit potensialımızın gerçəklərini düşünsünlər. Sürət qatarları tısbağa ilə yarışan, avtomobil yolları Ayın səthini xatırladan bölgənin belə xülyaları azı gülməlidir.

Çin demişkən, hazırda bütün dünya orada yayılan ölümcül virusdan narahatdır. Hər dövlət sərhəd məntəqələrində ciddi karantin tədbirləri görülür. O cümlədən biz Gürcüstana keçəndə termal qurğunu alnımıza tutub yüksək temperaturumuzun olub-olmadığını yoxladılar. Qayıdanda isə Azərbaycan tərəfdə heç soruşan olmadı xəstəlik varmı. Asqırana sağlam ol deyən də yox idi, nəinki hansısa qurğu ilə istilik ölçən. Halbuki Gürcüstandan gələnləri əslində daha ciddi yoxlamaq lazımdır, çünki orada donuz qripi yayılması xəbərləri dolaşırdı. Səhiyyə Nazirliyi karantin tədbirlərini belə aparırsa, vay bizim halımıza. Yəqin arxayındırlar ki, Allah bizi qoruyacaq, axı dindar ölkəyik, tolerant və dözümlü xalqıq.

İndi söz əlaqədar təşkilatlarındır – Allah qorusun sizi də…

DAHA ÇOX OXU

Flash

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26
1-MANŞET

Rusiya ordusunda itkilər DƏHŞƏTLİ RƏQƏMƏ ÇATDI

26/03/2023 09:59
export

Bakıda “Mercedes” ticarət mərkəzinə girdi – Fotolar

25/03/2023 13:58
export

Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş…

25/03/2023 13:46
export

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb – FOTO

25/03/2023 13:35
Cəmiyyət

Sabah hava necə olacaq? – Proqnoz

25/03/2023 13:17
SON XƏBƏR
Zodiac sign horoscope circle on grunge background. Creative Astronomy Symbol concept

Günün qoroskopu: Həyəcanlanmayın, sevinməyə çalışın

Boğularaq öldürülən 16 yaşlı gəlinin iki həftə əvvəlki toyundan - VİDEO

Bakıda polis “avtoş“ları yaydıqları görüntü əsasında müəyyənləşdirdi - VİDEO

Xəbər lenti

Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI — Həmin gün…(FOTO)

27/03/2023 11:59

Azərbaycanlı milyonçu xanım onu yolda saxlayan qadın polislə EVLƏNDİ

27/03/2023 11:51

Qurudulmuş meyvələr haqqında bunları BİLİRDİNİZMİ ?

27/03/2023 11:41

Qurban Qurbanovun əlini öpdüyü şəhid qızı – VİDEO

27/03/2023 11:25

Məktəbli qız görün nə səbəbə CANINA QIYDI

27/03/2023 11:18

Evə qəfil qayıdan qadın gördüklərinə inanmadı —Eyvana çıxanda ərinin…(FOTOLAR)

27/03/2023 11:13

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.