Medianews.az
"Anamdan qalan qızılları satıb..." - Xuraman Şuşalı
312 baxış

"Anamdan qalan qızılları satıb..." - Xuraman Şuşalı

77375_no38gekp3e Müğənni Xuraman Şuşalı anasının ölümündən sonra miras qalan qızıllardan danışıb. Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişinin qonağı olan ifaçı anasının mirasını xeyriyyə məqsədilə sərf edəcəklərini bildirib: “Qohumlarımız dedilər ki, ananızdan qalan qızılları bacı-qardaş öz aranızda bölüşdürün. Amma bizim o qızıla ehtiyacımız yoxdur. Dedilər, heç olmasa, xatirə olaraq saxlayın. Ancaq istəyir qızıl olsun, istəyir olmasın, onsuz da onun xatirəsi mənim yaddaşımdadır. Ona görə də, qərara gəldik ki, anamdan qalan qızılları satıb xeyriyyə məqsədilə istifadə edək. Qızıl insana xoşbəxtlik gətirmir. Artıq onlar satışdadır və əldə olunan pulla bir nəfəri müalicə etdirəcəyik. Həmin adamı da müəyyənləşdirmişik. Anamın qızılllarının 10 min manatlıq dəyəri var”.

Bizə qoşulun