Şənbə, 21 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Ağalar Məmmədovun “Aşma” kitabı haqda bir neçə kəlmə

Vahid Qazi
2015/04/22 20:23
0
0
BAXIŞ
FacebookTwitterTelegram

agalar-memmedov

Aşılası aşılmazlar

(Ağalar Məmmədovun “Aşma” kitabı haqda bir neçə kəlmə)

Fikir adamlarını tanımaq, duymaq üçün görüşməyə, yaxınlıq, dostluq eləməyə, sən deyən, elə də ehtiyac yoxdu. Hərçənd beləsiylə dost olmağı demirəm heç, bir zamanda yaşamağın özü böyük şansdı. Eləcə uzaqdan-uzağa da tanıya bilirsən, görmədən, eşitmədən. Səni onun özüylə dostluqdan çox fikirləriylə tanışlıq maraqlandırır. Bu minvalla lap tarixin o üzündəki, məsələn, Plantonla, Nitşeylə, canım sənə desin, Buddhanın özüylə də dost ola bilərsən. Nə olsun, bu “dostluq” birtərəflidir?!

Filosof Ağalar Məmmədovu isə görmüşəm, səhv etmirəmsə, cəmi bir dəfə görüşmüşük, “Toplum” jurnalı üçün xahiş elədiyim yazını gətirmişdi. Bakının indi qeybə çəkilən çayxanalarının birində oturub söhbət eləmişdik. Söhbəti də yazıları kimi cəzbedciydi. Yazılarında göründüyü kimiydi.

Məqalələrindən bir kitab bağladığını eşidəndə yazıb mənə də bir nüsxə göndərməsini xahiş elədim. “Aşma” mənim Ağalar Məmmədovun fikirləriylə ilk hərtərəfli tanışlığım oldu. Kitabı oxudum və yəqin elədim ki, bu, bir dəfəyə oxuyub rəfə qoyulası kitablardan deyil. Həmin gün feysbukda belə bir status paylaşdım: “Müasir fəlsəfi fikrimizin öncülü Ağalar Məmmədovun “Aşma”sı Ramiz Rövşənin “Nəfəs”i kimidir. Stol üstündə, ələyaxın saxlanası kitabdır. Günün istənilən saatında, ovqatın hər halında oxunası kitabdır. Oxuduqca səni özünə indiyəcən görmədiyin bucaqdan göstərən kitabdır. Səni sənə tanıdan kitabdır. Son illərdə aldığım ən dəyərli hədiyyələrdən biridir. Göndərən də, çatdıran da sağ olsun!”

***

Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən yazıları cəmlənib. O, fəlsəfə, mədəniyyət, milli xarakter, dil, din, əxlaq, adət, ənənə, azadlıq, insan haqqı, cəmiyyət, dövlət, siyasət və daha neçə-neçə sözün arxa qapılarını öz açarıyla açır. Onlara çoxunun görmədiyi bucaqdan işıq tutur. Bu esse, hekayə, məqalə və müsahibələr bir şəklin puzzle parçaları deyil, hər birinin öz mənzərəsi var. Amma bununla belə həm də bütöv mozaikanın müxtəlif naxışlarıdı. Bu hissələri toplayanda – puzzle hazır olanda – qarşında bir filosofun “zaman” və “insan” rənglərindən çəkdiyi tablonu görürsən.

asma

Ağalar Məmmədovun fərqliliyi ondadır ki, o, sovet fəlsəfi məktəbinin ideolojisinə yoluxmayıb. Bu onun düşüncə və analiz tərzindən görünür. Düşüncələri ideologiyasızdır, azaddır, kompleksizdir.

İstər sovet dönəmində, istərsə də sonra Axundov, Zərdabi kimi fikir adamlarımız haqda nə qədər monoqrafiyalar, publisistik məqalələr yazılıb. Amma “Aşma”da onlara fərqli baxış görürük. A. Məmmədov Axundov və Zərdabiyə Qərb rasionallığının Azərbaycan kulturuna daxil edilməsinin cığıraçanları kimi baxır. Bu missiyanı “Azərbaycanı ərəb-fars islami kultura məkanından çıxarmaq layihəsi” adlandırır. Özünü bu missiyanın davamçısı sayan Ağalar bəy, öz “genişləndirilmiş Axundov layihəsini” təklif edir.

Ağalar Məmmədov oxucusunu qəliz suallarla baş-başa qoyub getmir, onu idrak söhbətinə çəkir: mətnlərini sual-düşüncə-cavab trayektoriyası üzrə qurur.

Kitabda oturuşmuş adət, əsrlərlə formalaşan ənənə, milli kod və hətta məşhur insan tipləri haqda diaqnostik arayışlar var. İlkin maarifçilərimizdən üzü bəri bu günün tənqidçi-maarifçi yazarlarına qədər milli xarakterimiz haqda xeyli belə rəylər oxumuşuq. Ağalar Məmmədovu hamıdan fərqləndirən onun problemin daha dərin qatlarına baxmağa cəhd eləməsidir. Tibb diliylə desək, o, xalqın mental özəlliklərinə Qərbin və Uzaq Şərqin müasir texnoloji aparatları (əxlaq fəlsəfəsi) ilə baxır, analiz edir, rəy yazır.

İnsanı daim daxili gərginlikdə saxlayan bu günün qaçhaqaç, qovhaqovlu ölüm-dirim marafonundan çıxarıb, kütləvi psixoz duruma, anomaliyaya kənardan baxmaq şansı verməsi filosofun insana nəfəs dərmək, sakitləşmək üçün təklif etdiyi məqamdı: “Mən birinci ikinciyəm. İkinciliyi seçməklə mən mübarizəsizliyimi elan edirəm. Mən öz qələbəmi belə qazanıram, özümü əsas yerə rəqib saymadan. Məndən birinci olmaq istəyənə, birinci elə mən özüm qalxıb, istədiyi yeri ona verirəm.”

“Aşma” suallarla doludur, məsələn, “Aydınlığın səbəbi günəşdir, bəs Qaranlığınkı nədir?” sualı kimi. Amma müəllif sual verib qaçmır, oxucunu fikir xaosunda tək qoymur. Sualın cavabını da verir: “Qaranlığın günəş kimi bir səbəbkarı olmadığı üçün, aydınlıq qalıcı, Qaranlıq ötəri hal sayılıb. Əslində isə günəş dünyanı işıqlandırır, dünya özü Qaranlıqdır”.

Uzun zamandı davam edən “sivilizasiyaların toqquşması” mübahisə-müzakirəsinə onun baxışı da maraqlıdır. Sentimental Şərq və intellektual Qərb bölgüsü düşündürcüdür: “Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı”.

Ağalar Məmmədovu dini aspektdən qınayanları bəlkə də anlamaq olar. Amma belə səmimi möminlərə onu deyim ki, mən “Aşma”da “dinsiz” Ağalar Məmmədov görsəm də “allahsız” Ağalar Məmmədov görmədim. Allahsız dindarları isə başa düşmək həqiqətən çətindir!

Niyə müsəlman ölkələrində aclıq, səfalət, müharibə, ədalətsizlik hökm sürür? Bunun qaynağı nədir? Kitabda belə bir çətin və ağır suala cavab tapmağa cəsarətli və fikrimcə uğurlu cəhdlər var.

Müasir Azərbaycan fəlsəfi fikrinin ən öndəgedər nümayəndələrindən biri, bəlkə də birincisi (ictimai şüura təsirini nəzərə alaraq bu qənaətə gəlirəm) olan Ağalar Məmmədovun boynuna düşən yük daha ağırdı. “Rus Əhməd” maarifçiliyinin hələ də bitmədiyi, əksinə, yenidən ciddi ehtiyaca çevrildiyi bir zamanda onun kimi “tək”lərin görəcəyi iş QHT birlikləri, partiya koalisiyalarının görəcəyi işdən daha zəruri, taleyüklü və təsirlidir. Bu yol nə qədər “düzxətli” yox, “dolayı” olub uzansa da gedilməlidir.

Filosofların taleyi belədi – sağlığında kütlə onları tanımaz, tanıyan sosial-siyasi institutlarsa sevməzlər. Şərq mentallı bizlər isə bizimlə olmayanacan nəinki sevmərik, hətta daş-qalaq edərik. Ağalar Məmmədovu iqtidar da, müxalifət də elə “bizimlə deyil”ə görə sevmir. Çünki o, onların görünməyən yerlərini görür və göstərir, ayıbını göstərirmiş kimi. Onun hələ beş il əvvəl müxalifətə yönəlik çağırışlarını oxuyuram və belə başa düşürəm ki, o çağırışlar havadadı, hələ də gedib ünvanına çatmayıb.

Ağalar Məmmədov Bakının ən böyük universitet auditoriyalarında tələbələrdən gələcəyin zəka sahiblərini yetişdirə bilərdi. Hər xalqın ən dəyərli neməti onun zəkalı adamları deyilmi?

Nisşenin üstinsan təlimiylə deyəsi olsaq, o, ölkənin üç-beş üstmüəəlimindən biriydi. Müəllimini ölkədən qovan cəmiyyət cəhalət dumanına məhkumdur!

Kitabda sonuncu dərsini dinmədən, susaraq deyən Buddadan nümunə gətirilir: “Ən sonuncu həqiqəti dillə demək olmur”. Düşünürəm ki, Ağalar Məmmədovun öz həqiqətini “susma”sına hələ xeyli zamanı var. Bu gün o, köşə yazısı, qəzet məqaləsi üçün yaşının nə qədər “qoca” vaxtındadırsa, böyük fəlsəfi traktatlar yazmaq üçün də yaşının o qədər oğlan çağındadır.

Axundovdan başlayan Azərbaycan fəlsəfi fikrini davam etdirmək və ötürmək – aşılmaz görünən aşılasılarımızın çoxluğna, ona olanlara və olacaqlara rəğmən – Ağalar Məmmədovun missiyasıdır! “Aşma”dan anladım ki, o, bunu bilir!

Vahid Qazi

Aprel 2015, İsveç

DAHA ÇOX OXU

“Altı-beş” danışan Ermənistan özünü satsa, borcumuzu ödəyə bilərmi?
Köşə

Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi

19/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Qanunsevər notarius

19/05/2022
Çaya xətkeş aparan balıqçı və çaya generatorla gedən balıqçı
Köşə

Sex rəisinə həsr olunan romans

19/05/2022
Qüvvəyə minə bilmədən yerə düşən qanun
Köşə

Palçıq – patriotluq meyarı və ya Şorsulu torpağı müqəddəs deyilmi?

18/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Səfirliyə etirazım

18/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Xaricdən məmur almalıyıq

17/05/2022
SON XƏBƏR
Qarabağda 10-a yaxın erməni məhv edildi … VİDEO

Qarabağda 10-a yaxın erməni məhv edildi ... VİDEO

Nazirliyin sektor müdiri: “Rayonlardakı muzey bələdçiləri xarici dili yaxşı bilmirlər”

Nazirliyin sektor müdiri: “Rayonlardakı muzey bələdçiləri xarici dili yaxşı bilmirlər”

Kindar qisasçıların törətdiyi qətl

Kindar qisasçıların törətdiyi qətl

Xəbər lenti

Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıya eniş edib – VİDEO

Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıya eniş edib – VİDEO

2022/05/21 22:46

Azərbaycanda mövsüm “Qarabağ”ın “Neftçi”ni darmadağın etməsi ilə başa çatıb

Azərbaycanda mövsüm “Qarabağ”ın “Neftçi”ni darmadağın etməsi ilə başa çatıb

2022/05/21 21:35

Ərdoğan Stoltenberqə İsveç və Finlandiya ilə bağlı ŞƏRTİNİ AÇIQLADI

Ərdoğan Stoltenberqə İsveç və Finlandiya ilə bağlı ŞƏRTİNİ AÇIQLADI

2022/05/21 20:47

Azərbaycanda azyaşlılara porno izlədən şəxs HƏBS EDİLDİ – RƏSMİ

Azərbaycanda azyaşlılara porno izlədən şəxs HƏBS EDİLDİ – RƏSMİ

2022/05/21 20:41

“Milli Məclis sədrinin saatını mən düzəldirəm” – Saatsaz Ağabala elə şeylər danışdı ki…

“Milli Məclis sədrinin saatını mən düzəldirəm” – Saatsaz Ağabala elə şeylər danışdı ki…

2022/05/21 18:38

Yelena Zelenskaya: “Heç kim ərimi əlimdən ala bilməz” – FOTO

Yelena Zelenskaya: “Heç kim ərimi əlimdən ala bilməz” – FOTO

2022/05/21 18:32

300 kq çəkisi olan “Şuşa” yazısı necə hazırlanıb? – FAKTLAR – VİDEO

300 kq çəkisi olan “Şuşa” yazısı necə hazırlanıb? – FAKTLAR – VİDEO

2022/05/21 18:25

Azərbaycanlı aparıcıya ağır itki üz verdi

Azərbaycanlı aparıcıya ağır itki üz verdi

2022/05/21 18:16

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi AÇIQLANDI

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi AÇIQLANDI

2022/05/21 18:14

ŞOK İDDİA: Dünyanı qorxuya salan yeni virus bu festivaldan yayılıb – FOTOLAR

ŞOK İDDİA: Dünyanı qorxuya salan yeni virus bu festivaldan yayılıb – FOTOLAR

2022/05/21 15:20

Azərbaycanda hər saatda 4 nəfər boşanır – Daha çox kimlər xəyanət edir, QADINLAR, yoxsa KİŞİLƏR?

Azərbaycanda hər saatda 4 nəfər boşanır – Daha çox kimlər xəyanət edir, QADINLAR, yoxsa KİŞİLƏR?

2022/05/21 15:11

Putin yeni silahını ortaya çıxardı – PUA-ları 5 saniyədə məhv edir (VİDEO)

Putin yeni silahını ortaya çıxardı – PUA-ları 5 saniyədə məhv edir (VİDEO)

2022/05/21 15:03

Finlandiya Rusiya qazından imtina etdi

Finlandiya Rusiya qazından imtina etdi

2022/05/21 14:59

“Meymun çiçəyi” belə yayılır

“Meymun çiçəyi” belə yayılır

2022/05/21 14:45

Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il… – VİDEO

Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il… – VİDEO

2022/05/21 14:25

“ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir”- Milli Məclisin deputatı

“ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir”- Milli Məclisin deputatı

2022/05/21 13:58

Sabah hava necə olacaq?

Sabah 29 dərəcəyədək isti olacaq

2022/05/21 12:48

Gürcüstanla dövlət sərhədi pozuldu: 6 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Gürcüstanla dövlət sərhədi pozuldu: 6 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

2022/05/21 12:22

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

2022/05/21 12:03

İsveçdən PKK-ya daha bir yardım: 400 terrorçu…

İsveçdən PKK-ya daha bir yardım: 400 terrorçu…

2022/05/21 11:51

Bir neçə rayona qar yağıb – FOTO

Bir neçə rayona qar yağıb – FOTO

2022/05/21 11:36

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edildi

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edildi

2022/05/21 11:19

Bu da Monikanın sarışın halı… – Fotolar

Bu da Monikanın sarışın halı… – Fotolar

2022/05/21 11:07

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı

2022/05/21 10:49

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə ol!

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.