Şənbə, 13 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Yer dombalaq aşır

Zamin Hacı
18/02/2015 10:04
0
BAXIŞ
FacebookTwitterTelegram
zamin yeni raz
“Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,
Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!”
 
(Mirzə Ələkbər Sabir)
Səudiyyə Ərəbistanından bir müsəlman din xadimi – əslində orda başqa din xadiminin olması mümkün də deyil – təzəlikcə ərz eləyibdir ki, Yer kürəsi fırlanmır, bunlar hamısı Qərbin yalanlarıdır.
Doğrudan da Avropa və Amerika hər zaman biz şərqliləri, xüsusən müsəlmanları aldadıb var-dövlətlərini əllərindən almağa çalışıbdır. Bizi bir-birimizə qırdıran da onlardır. Misal üçün, Yezid Lənətullah əslən Amerikanın Texas ştatından, Hyuston şəhərindən olmuşdur. Bunlar hamısı risalələrdə, hədislərdə səhih şəkildə yazılıbdır.
Sözüm bunda deyil. Səudiyyəli imamın dərin məzmunlu astronomik kəşfi Qalileyi qəbirdə fırlatmaqla yanaşı Bakıda Qamət Süleymanovu da tərpətmişdir. Sələfilərin bu maraqlı lideri bəyan edib ki, imam doğru buyurur, Yer fırlanmır. Sitat: “Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, ”Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur”. Sitatın sonu.
Əslində Qamət müəllimin bu dərin fikirləri məni o qədər də maraqlandırmır. Mən sadəcə yadıma saldım ki, bu adamın cümə moizələri olanda “Montin” tərəfdəki Əbubəkr məscidinə yığışan adamların, türkün sözü, quyruğu 28 maydan yalan olmasın Nərimanov metrosuna qədər uzanırdı. Gör indi o adamların elm, bilik səviyyəsi nə yerdə olubdur.
İkincisi, bəzi yoldaşlar həm imamı, həm Qamət müəllim kimilərini yalançı çıxartmaq üçün fizika elmindən, Yerin atmosferindən-filandan misal gətirirdilər. Hətta daha dərinə gedib yazırdılar ki, a kişi, atmosfer də Yerlə fırlanır, sən havaya qalxanda atmosfer yerində qalsaydı külək hər yerini dağıdardı. Məncə bu sonuncular – elmi izahat verənlər lap səfeh adamlar idilər. Ona görə yox ki, ərəb imama və Qamət müəllimə baş qoşmuşdular. Yox. Səbəb başqadır.
Səbəb odur ki, hər kəsin istədiyi elmə inanmaq hüququ vardır. İstəsən lap Yer kürəsinin üç öküzün buynuzunda, həmin öküzlərin də tısbağanın belində dayandığına inana bilərsən. Bunun başqalarına qəti dəxli yoxdur. Ona qalsa 20 ildir bizim orta məktəblərdə “YAP gəldi, Azərbaycan bəladan qurtuldu, yurdumuza Günəş doğdu” məzmunlu dərslər keçilir. Nəsə deyə, etiraz edə bilirsən? Beş-on nəfər etirazçı vardı, onların da yarısını türməyə saldılar, yarısı qaçıb qurtardı.
Üstəlik, dünyanın işlərinə bir az da milli bucağımızdan baxanda görürsən dindarlar doğru buyurur. Yer fırlansaydı bizdə də gecə gündüzlə əvəz olunardı. Ancaq 24 saat qaranlıqda bayquş kimi ulaşırıq.
Bunlar öz yerində. Ancaq Qamət müəllimin “Əgər Yer fırlansa Amerika özü sənin yanına gələrdi” cümləsində ciddi siyasi yanlışlıq var, “hesab edirəm” (Müsavat başqanı demişkən) hökumət buna qarşı tədbir görməlidir. Çünki Amerika nəinki bizim yanımıza gəlir, hətta analoqu olmayan xarici siyasətimizin donunun ətəyindən öpür! Azərbaycan mayası nur, qayəsi nur, hər daşından alov dilli ox olar-filan… Şair demişkən. Keçən həftə deputatxanada beş-on nəfər yapist yığışıb ABŞ-ı mələtdilər, bundan sonra amerikalılar Bakıya həm səfir, həm də xarici işlər nazirlərinin müavininin köməkçisinin katibəsini göndərdilər. Əfqanıstanda bin Ladeni biz satmasaq, bəlkə indiyəcən sağ idi. ABŞ həmişə bizim ayağımıza gəlməyə məhkumdur.
Qamət müəllim yaxşı olar misalı gələn dəfə Yaponiyadan çəksin. Amerikanı sındırmışıq.
Qaldı mənim bu fırlanma mövzusuna şəxsi movqeyim, onu başlıqda yazmışam.

DAHA ÇOX OXU

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı
Flash

Dil uğrunda savaşdan SAĞ çıxanlar Vətəni necə xilas etdi – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə sözardı

02/08/2022 13:50
Rəqəmlər balet oynayanda
Köşə

Ey mənim ana dilim

02/08/2022 13:48
Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü
Flash

Bizim ajiotajların körükçüləri – Bir də müftəxor əcnəbi həmkarların lüksü

02/08/2022 13:48
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı
Köşə

“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

31/07/2022 10:07
Qürbətdə Yurd yeri
Köşə

Azərbaycanlı olmaq asanmı?

27/07/2022 11:45
Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi
Köşə

Xocalı canisinin adamı Bakıya gələcək? – Mamicanyanın məkrli hədəfi

20/07/2022 11:59
SON XƏBƏR
Qəzet qadağası və dollar ajiotajı

Qəzet qadağası və dollar ajiotajı

İsti ölkədə sıfır cinsi tamahkarlıq

İsti ölkədə sıfır cinsi tamahkarlıq

YAP məmur övladlarının mandatına qarşı

YAP məmur övladlarının mandatına qarşı

Xəbər lenti

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

13/08/2022 14:47

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38

Mövqelərimiz 8 dəfə atəşə tutulub

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

13/08/2022 12:59

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13/08/2022 12:39

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

13/08/2022 12:29

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

13/08/2022 12:22

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

13/08/2022 12:19

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

13/08/2022 12:13

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

13/08/2022 12:13

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

13/08/2022 12:06

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

13/08/2022 11:55

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

13/08/2022 11:30

Rəsmi Bakıdan sərt bəyanat

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

13/08/2022 11:16

Elnur Allahverdiyev: “Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız zaman məsələsidir”

Elnur Allahverdiyev: “Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız zaman məsələsidir”

13/08/2022 11:08

MİQ üzrə müsahibə bu vaxt başlayır

MİQ üzrə müsahibə bu vaxt başlayır

13/08/2022 10:50

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

13/08/2022 10:29

ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?

ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?

13/08/2022 10:16

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək

13/08/2022 10:08

Baş nazir sülhməramlıları tənqid etdi, Rusiya XİN-dən sərt cavab aldı

Baş nazir sülhməramlıları tənqid etdi, Rusiya XİN-dən sərt cavab aldı

13/08/2022 09:57

“Facebook”dan çıxıb başqa sayta keçənləri izləyirlər

“Facebook”dan çıxıb başqa sayta keçənləri izləyirlər

13/08/2022 09:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.